Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə20/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   16   17   18   19   20   21   22   23   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

45 


Hazırkı  vaxtda  effektiv  innovasiya  fəaliyyətinin  həyata  keçirilməsi 

elmi-texniki  biliklərin  və  texnoloji  imkanların  transferinin  sürətlənməsini 

təmin  etmək  məqsədilə  yaradılan  strukturlarla  əməkdaşlıq  etmədən  qeyri-

mümkündür.  Bununla  belə  yaxşılaşdırılmış  texnologiyaların  işlənməsi 

zamanı belə strukturlar tərəfindən dəstəyə, köməyə ehtiyac olmaya bilər. 

nnovasiyanın istənilən tipi və miqyası tədqiqat mərhələsinin əsas son 

nəticəsi üçün ən perspektiv ideyasının seçilməsidir, hansı ki, sonradan işlə-

nilməsi  zamanı  yeni  məhsul  istehsalında,  yaxud  yaxşılaşdırılmış  texno-

logiyada reallaşdırıla bilər. 

2. Konstruktiv mərhələdə seçilən ideya özünün konstruktiv tərtibatını 

tapır.  


Burada  innovasiya  texnoloji  və  istehsal  layihələşdirilməsi  prosesləri 

vasitəsilə  keçir.  Bu  mərhələdə  istifadə  olunan  əsas  təşkilati  metodlar, 

həmçinin işlənilən texnologiyanın miqyasından asılıdır. 

Baza innovasiyanın işlənilməsi və inkişafı işçi qrupunun formalaşdırıl-

masını  tələb  edir.  Bu  qrupun  tərkibinə  ET  və  K T  bölməsinin,  marketinq, 

maliyyə  və  menecment  funksional  şöbələrinin  işçilərilə  yanaşı,  həmçinin 

biznes-inkubatorların  və  vençur  fondlarının  nümayəndələri  və  kənar  eks-

petləri daxil edilməlidir. Tezlik, komplekslik və müxtəlif amillərin hərtərəfli 

uçot prinsipləri, təkrar hərəkətlərin və tədbirlərin aradan qaldırılması, həm-

çinin  layihənin  reallaşdırılmasının  ümumi  səmərəliliyi  işçi  qrupun  yaradıl-

masını zəruri edir. 

Yaxşılaşdırılmış  texnologiyaların  işlənilməsi  də  öz  növbəsində  işçi 

qrupun yaxşılaşdırılmasını tələb edir. Lakin onun struktur tərkibi çox böyük 

olmur,  burada  əsasən  daxili  funksional  şöbələrin  və  xidmətlərin  işçiləri  iş-

tirak edirlər. 

ş

tirakçıların tərkibindən və təşkilati məqsədlərin xarakterindən görün-



düyü  kimi  bu  mərhələdə  iqtisadi  xərclərin  öz  xüsusiyyətləri  olur  və  tətbiq 

edilən yeniliklərin tipindən asılıdır. 



3.  Konseptual  mərhələdə  iki  əsas  məsələ  həll  olunur:  istehsalın  stan-

dartlaşdırılması  və  məhsulun  sertifikasiyası  daxil  edilməklə  istehsal  prose-

sinin  reqlamentləşdirilməsi;  reklam  kompaniyası  daxil  edilməklə  yeniliyin 

bazara  çıxarılması  konsepsiyasının  formalaşdırılması.  Burada  əsas  təyin-

edici  an  innovasiyanın  kommersiyalaşdırılmasının  mümkün  bazarları  içə-

risindən ən sərfəlisinin seçilməsidir. 

Bazis  innovasiyanın  kommersiyalaşdırılmasının  bir  müəssisə  tərə-

findən  həyata  keçirilməsi  həm  də  çox  risklidir,  böyük  xərc  tələb  edir.  Bu, 

yeni əmtəəyə, yaxud xidmətlərə istehlakçıların reaksiyasına nəzarətin, proq-

nozlaşdırma və idarəetmənin mürəkkəbliyi ilə şərtlənir. 

Burada rəqiblərin kopirovkasından  yeni və  yaxşılaşdırılmış məhsulla-

rın mühafizəsinin iqtisadi, yaxud bazar mexanizmi barədə düşünmək lazım-




Бизнесин тяшкили вя идаря едилмяси 

46 


dır. Yeni məhsulun keyfiyyətini daim yaxşılaşdırmaq yolu ilə onu mühafizə 

etmək mümkündür. 

Digər mühafizə üsulları içərisində müəyyən bazar seqmentinin təmər-

küzləşməsini, yaxud məcburi standartların olmasını göstərmək olar. Birinci 

halda istehlakçı üçün elə şərait yaratmaq lazımdır ki, rəqiblər üçün maraqlı, 

yaxud  qəbul  edilən  olmasın.    kinci    halda  məhsulun  müəyyən  keyfiyyət 

standartlarına, sertifikatlara və instruksiyalara mütləq uyğun gəlməlidir.  

4.  Distributiv  mərhələdə  yeniliklərin  işlənilməsi  özünun  məntiqi  ta-

mamlanmasını  alır.  Yeni  texnologiyaya,  yaxud  təkmilləşdirilmiş  məhsul 

geniş təkraristehsal və satış üçün hazırdır. 

Yeni məhsulun buraxılışı, yaxud texnoloji innovasiyanın realizasiyası 

üçün,  bir  qayda  olaraq,  yeni  istehsal  bölməsi,  yaxud  sahə  təşkil  edilir.  Bu 

məsələ müəssisənin qismən yenidən təşkili əsasında və yeni strateji biznes-

vahidinin yaradılması yolu ilə həll edilir. Müəssisədə yaxşılaşdırılmış texno-

logiyaların tətbiqi üçün yeni məhsulun marketinq şöbəsini formalaşdırmaqla 

kifayətlənmək olar. 

Beləliklə,  yeni  texnologiyaların  tətbiqinin  təşkilati-iqtisadi  təminatı 

ə

sasən  onların  tipindən  və  miqyasından  asılıdır.  Bu  halda  həyata  keçirilən 



təşkilati tədbirlərin və qəbul edilən iqtisadi fəaliyyətin tərkibi  müxtəlif cür 

olur.  Bununla  əlaqədar  maliyyə-iqtisadi  təminatın  tərkibi  və  ölçüsünün  ən 

müfəssəl  tədqiqatının  aparılması  zərurətə  çevrilir  ki,  bu  da  yeni,  yaxud 

yaxşılaşdırılmış texnologiyaların realizasiyası üçün zəruridir. 

Söhbət məcmu xərclərin hesablanması metodunun işlənib hazırlanması 

haqqında gedir, hansı ki, bazis və yaxşılaşdırılmış innovasiyaların təsərrüfat 

dövriyyəsinə  cəlbedilməsi  proseslərinin  maliyyələşdirilməsi  üçün  müəssi-

səyə  lazımdır.  Bizim  fikirimizcə,  göstərilən  mərhələlərdən  hər  birində  həll 

edilən  əsas  iqtisadi  məqsədlər  və  vəzifələrin  əsasında  belə  metodik  yanaş-

manın formalaşdırılması vacibdir. 

 

3.4. Müəssisənin innovasiya potensialının qiymətləndirilməsi 

 

nnovasiya  layihələri  formasında  innovasiya  ideyasının  təqdim  edil-

məsi və onların   effektivliyinin   qiymətləndirilməsi   innovasiyalı   inkişaf   

strategiyasının formalaşması prosesində mərkəzi halqadır. 

nnovasiyalı  inkişaf  strategiyasının  formalaşması  sistemində  müəssi-

sənin innovasiya potensialının qiymətləndirilməsi təkcə strateji innovasiyanı 

deyil,  həm  də  cari  istehsal  fəaliyyətini  effektiv  təmin  etmək  üçün  müəssi-

sənin  maliyyə-iqtisadi  resurslarının  kifayət  qədər  olmasını  müəyyənləşdir-

mək  məqsədilə  aparılır.  Bu  yanaşmanın  təyinatı  ondan  ibarətdir  ki,  o,  cari 

istehsal  və  strateji  innovasiya  fəaliyyətləri  arasında  dinamik  uyğunluğu 

müəyyənləşdirməyə  və  yeni,  yaxud  yaxşılaşdırılmış  texnologiyaların  real-

laşdırılmasında  son dəfə seçim etməyə imkan verir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə