Бизнесин тяшкили вя идаря едилмяси
50
Möhtəkirlik mədəniyyəti sferası işgüzar insan submədəniyyəti üçün
münbit şərait yaradır: onda döyüşçü və aqressiv xarakter cəhətləri, qərar-
vermədə qətilik formalaşır. Ünsiyyətə azsözlülük, sürətlilik, qısa replika və
jestlər kimi cəhətlər xasdır. Bu sferada mövhumatçılıq qəbul olunur, aq-
ressivlik isə mükafatlandırılır. Uğursuzluqlar və onların səbəbləri haqqında
danışmamağa çalışırlar, sanki onlar heç bir zaman olmamışdır.
nvestisiya mə
də
niyyə
ti
əsasən sənayedə, tikintidə, bank işində və s.
sahələrdə təzahür edir. Bu mədəniyyət tipi aşkarcasına gələcəyə oriyen-
tasiyalı olması ilə xarakterizə olunur. Yüksək risk dərəcəsi şəraitində iri
kapital qoyuluşları həyata keçirilir. Bu zaman investorlar öz qərarlarının
nəticələrindən uzun müddət xəbərsiz qalırlar.
Bu sferada əməkdaşlar ehtiyatla, ehmalla, səbirlə və inadkarlıqla işlə-
yirlər. Onlar minimal əks əlaqə şəraitində nisbətən uzunmüddətli qeyri-
müəyyənlik dövrünü dəf etməyə məcbur olurlar. Qərar qəbul olunan yerdə
avtoritet (nüfuz) və peşəkarlığa hörmət hökm sürür. Burada, bir qayda
olaraq, bir dəfə qəbul olunmuş müddəa və razılaşmalara riayət edilir.
Ə
məkdaşlar tez-tez ünsiyyətdə olur və detallara qədər bütün aspektləri
müzakirə edirlər. Birgə iclaslarda mülayim və xoşrəftar olurlar, çünki hər
kəs bir-birilərindən asılı olduqlarını bilirlər. Qeyd etmək lazımdır ki, qeyri-
müəyyənlik şəraitində qəbul olunmuş qərarlar insanları bir araya gətirir.
nzibatçılıq mədəniyyəti
ictimai xidmətdə, müəssisələrdə, firmalarda,
bank və sığorta kompaniyalarında təzahür edir.
Bu təşkilatlar strateji olaraq xidmət və servisə istiqamətlənirlər. Əmək-
daşlar, bir qayda olaraq, tədbirli və ciddi, eyni zamanda ehtiyatlı, pedantik
(vasvası), bəhanəçi insanlardır, həmçinin şəraitə uyğunlaşmağı bacarırlar.
Qərarları düşünərək qəbul edir, hər tərəfdən özlərini sığortalayırlar. Qərar
qəbuluna kifayət qədər çox vaxt sərf edirlər. nzibati mədəniyyət sfe-
ralarında ünsiyyət ciddilik və nəzərə çarpan ierarxiya ilə xarakterizə olunur.
nzibati mədəniyyət hər yerdə qeyri-məmnunluq yaradır. O, əsaslı
olaraq, bürokratiya, ən zəruri olanın yerinə yetirə bilməmək qabiliyyətilə,
tez-tez isə korrupsiya və rüşvətxorluqla assosiasiya təşkil edir.
Biznes mədəniyyətini sadə şəkildə manipulyasiya etmək mümkündür.
O, illər ərzində toplanır, dinamikdir, daimi olaraq təkmilləşir.
Biznes mədəniyyəti firmaların keçmiş və gələcək təcrübəsini öyrənə-
rək qarşıya qoyulmuş məqsədlərin təmin edilməsində ən effektiv mədəniy-
yət ənənələrinə istinad etdikləri zaman təbii yolla inkişaf edir, bununla ya-
naşı müəyyən davranış komplekslərinin güclə tətbiqi yolu ilə məqsədli
şə
kildə formalaşa bilər.
Mədəniyyətin təkmilləşdirilməsi üçün ayrı-ayrı elementlərin necə qar-
ş
ılıqlı təsirdə və hansı qarşılıqlı əlaqənin olduğunu, onların bir-birinə necə
təsir göstərdiyini öyrənmək lazımdır. Bu zaman firmaya uğur gətirən
dəyərlər haqqındakı düşüncələrin köhnəlmiş olduğunu, onların təzələnmə-
Бизнесин тяшкили вя идаря едилмяси
51
sinin vacibliyini öyrənmək lazımdır. Biznes mədəniyyətinin dəyişməsi
dəyərlər haqqındakı yeni təsəvvürlərə müvafiq olaraq baş verir.
Biznes mədəniyyəti üçün əsas məsələ davranış səviyyəsində nə baş
verdiyidir. Əgər dəyərlər və davranış səviyyəsi üst-üstə düşmürsə, nəticə
mənfidir. Bu o zaman mümkündür ki, partnyor münasibətləri təbliğ edilir,
təcrübədə isə əlaqələri olan işçilərin vəzifəsi artırılır.
Firma mədəniyyətini aşağıdakı hallarda zəif adlandırmaq olar:
- əgər dəyərlər və uğura necə nail olmaq haqqında aydın təsəvvür
yoxdursa; məqsədlər əsasən qısamüddətli dövr üçün qoyulur;
- ümumən məqsədlər və inamlar haqqında təsəvvür var, lakin verilmiş
anda nəyin düzgün və vacib olduğu haqda razılıq yoxdur, bunun nəticəsində
ziddiyyətlər ortaya çıxır;
- firmanın ayrı-ayrı strukturları razılığa gələ bilmir, müxtəlif nöqteyi-
nəzərlər mövcuddur;
- rəhbərlər dəyərlərin, ümumi inamların (əqidənin) ümumən başa
düşülməsi üçün heç nə etmirlər.
qtisad elmi və praktiki leksikonda “Sahibkarlıq mədəniyyəti”, “Тəş-
kilati mədəniyyət”, “ şgüzar mədəniyyət”, “Кorporativ mədəniyyət” və s.
kimi anlayışların ortaya çıxması bu problemin əhəmiyyətliliyindən xəbər
verir.
Biznes mədəniyyətinin əhəmiyyəti həm də ondan ibarətdir ki, o, işdən
çıxan, daha yüksək məvacibli işlərə gedən mütəxəssislərin sayının nəzərə
çarpacaq dərəcədə azalmasına və kadr potensialından daha səmərəli istifadə
olunması üçün əlverişli şərait yaradılmasına səbəb olur.
4.2. Firma mədəniyyəti
Firma fəaliyyətinin mədəniyyəti onun əməkdaşlarının mədəniyyətin-
dən, işgüzar etika səviyyəsindən və işgüzar münasibətlər mədəniyyətindən
təşkil olunmuşdur.
O, bir sıra xarici və daxili amillərlə müəyyən olunur:
- müştərilərə dəqiq və keyfiyyətli xidmət göstərilməsi, istehlakçılarla
yaxşı qarşılıqlı münasibət;
- firma maraqlarına sadiqlik və hər bir əməkdaşın firmanın son və ara-
lıq məqsədlərinə nail olunmasındakı payı haqqında xəbərdarlığı;
- qərar qəbulunun qrup formalarına üstünlük verilməsi;
- əvvəlcədən tərtib olunmuş fəaliyyətlər planına riayət edilməsi.
Firmanın fəaliyyəti mədəniyyətinin mühüm elementləri aşağıdakılardır:
- qüvvədə olan qanunlara, hüquqi aktlara, standartlara, qayda və
ümumi etik normalara riayət edilməsi;