Бизнесин тяшкили вя идаря едилмяси
45
Hazırkı vaxtda effektiv innovasiya fəaliyyətinin həyata keçirilməsi
elmi-texniki biliklərin və texnoloji imkanların transferinin sürətlənməsini
təmin etmək məqsədilə yaradılan strukturlarla əməkdaşlıq etmədən qeyri-
mümkündür. Bununla belə yaxşılaşdırılmış texnologiyaların işlənməsi
zamanı belə strukturlar tərəfindən dəstəyə, köməyə ehtiyac olmaya bilər.
nnovasiyanın istənilən tipi və miqyası tədqiqat mərhələsinin əsas son
nəticəsi üçün ən perspektiv ideyasının seçilməsidir, hansı ki, sonradan işlə-
nilməsi zamanı yeni məhsul istehsalında, yaxud yaxşılaşdırılmış texno-
logiyada reallaşdırıla bilər.
2. Konstruktiv mərhələdə seçilən ideya özünün konstruktiv tərtibatını
tapır.
Burada innovasiya texnoloji və istehsal layihələşdirilməsi prosesləri
vasitəsilə keçir. Bu mərhələdə istifadə olunan əsas təşkilati metodlar,
həmçinin işlənilən texnologiyanın miqyasından asılıdır.
Baza innovasiyanın işlənilməsi və inkişafı işçi qrupunun formalaşdırıl-
masını tələb edir. Bu qrupun tərkibinə ET və K T bölməsinin, marketinq,
maliyyə və menecment funksional şöbələrinin işçilərilə yanaşı, həmçinin
biznes-inkubatorların və vençur fondlarının nümayəndələri və kənar eks-
petləri daxil edilməlidir. Tezlik, komplekslik və müxtəlif amillərin hərtərəfli
uçot prinsipləri, təkrar hərəkətlərin və tədbirlərin aradan qaldırılması, həm-
çinin layihənin reallaşdırılmasının ümumi səmərəliliyi işçi qrupun yaradıl-
masını zəruri edir.
Yaxşılaşdırılmış texnologiyaların işlənilməsi də öz növbəsində işçi
qrupun yaxşılaşdırılmasını tələb edir. Lakin onun struktur tərkibi çox böyük
olmur, burada əsasən daxili funksional şöbələrin və xidmətlərin işçiləri iş-
tirak edirlər.
ş
tirakçıların tərkibindən və təşkilati məqsədlərin xarakterindən görün-
düyü kimi bu mərhələdə iqtisadi xərclərin öz xüsusiyyətləri olur və tətbiq
edilən yeniliklərin tipindən asılıdır.
3. Konseptual mə
rhə
lə
də iki əsas məsələ həll olunur: istehsalın stan-
dartlaşdırılması və məhsulun sertifikasiyası daxil edilməklə istehsal prose-
sinin reqlamentləşdirilməsi; reklam kompaniyası daxil edilməklə yeniliyin
bazara çıxarılması konsepsiyasının formalaşdırılması. Burada əsas təyin-
edici an innovasiyanın kommersiyalaşdırılmasının mümkün bazarları içə-
risindən ən sərfəlisinin seçilməsidir.
Bazis innovasiyanın kommersiyalaşdırılmasının bir müəssisə tərə-
findən həyata keçirilməsi həm də çox risklidir, böyük xərc tələb edir. Bu,
yeni əmtəəyə, yaxud xidmətlərə istehlakçıların reaksiyasına nəzarətin, proq-
nozlaşdırma və idarəetmənin mürəkkəbliyi ilə şərtlənir.
Burada rəqiblərin kopirovkasından yeni və yaxşılaşdırılmış məhsulla-
rın mühafizəsinin iqtisadi, yaxud bazar mexanizmi barədə düşünmək lazım-
Бизнесин тяшкили вя идаря едилмяси
46
dır. Yeni məhsulun keyfiyyətini daim yaxşılaşdırmaq yolu ilə onu mühafizə
etmək mümkündür.
Digər mühafizə üsulları içərisində müəyyən bazar seqmentinin təmər-
küzləşməsini, yaxud məcburi standartların olmasını göstərmək olar. Birinci
halda istehlakçı üçün elə şərait yaratmaq lazımdır ki, rəqiblər üçün maraqlı,
yaxud qəbul edilən olmasın. kinci halda məhsulun müəyyən keyfiyyət
standartlarına, sertifikatlara və instruksiyalara mütləq uyğun gəlməlidir.
4. Distributiv mərhələdə yeniliklərin işlənilməsi özünun məntiqi ta-
mamlanmasını alır. Yeni texnologiyaya, yaxud təkmilləşdirilmiş məhsul
geniş təkraristehsal və satış üçün hazırdır.
Yeni məhsulun buraxılışı, yaxud texnoloji innovasiyanın realizasiyası
üçün, bir qayda olaraq, yeni istehsal bölməsi, yaxud sahə təşkil edilir. Bu
məsələ müəssisənin qismən yenidən təşkili əsasında və yeni strateji biznes-
vahidinin yaradılması yolu ilə həll edilir. Müəssisədə yaxşılaşdırılmış texno-
logiyaların tətbiqi üçün yeni məhsulun marketinq şöbəsini formalaşdırmaqla
kifayətlənmək olar.
Beləliklə, yeni texnologiyaların tətbiqinin təşkilati-iqtisadi təminatı
ə
sasən onların tipindən və miqyasından asılıdır. Bu halda həyata keçirilən
təşkilati tədbirlərin və qəbul edilən iqtisadi fəaliyyətin tərkibi müxtəlif cür
olur. Bununla əlaqədar maliyyə-iqtisadi təminatın tərkibi və ölçüsünün ən
müfəssəl tədqiqatının aparılması zərurətə çevrilir ki, bu da yeni, yaxud
yaxşılaşdırılmış texnologiyaların realizasiyası üçün zəruridir.
Söhbət məcmu xərclərin hesablanması metodunun işlənib hazırlanması
haqqında gedir, hansı ki, bazis və yaxşılaşdırılmış innovasiyaların təsərrüfat
dövriyyəsinə cəlbedilməsi proseslərinin maliyyələşdirilməsi üçün müəssi-
səyə lazımdır. Bizim fikirimizcə, göstərilən mərhələlərdən hər birində həll
edilən əsas iqtisadi məqsədlər və vəzifələrin əsasında belə metodik yanaş-
manın formalaşdırılması vacibdir.
3.4. Müəssisənin innovasiya potensialının qiymətləndirilməsi
nnovasiya layihələri formasında innovasiya ideyasının təqdim edil-
məsi və onların effektivliyinin qiymətləndirilməsi innovasiyalı inkişaf
strategiyasının formalaşması prosesində mərkəzi halqadır.
nnovasiyalı inkişaf strategiyasının formalaşması sistemində müəssi-
sənin innovasiya potensialının qiymətləndirilməsi təkcə strateji innovasiyanı
deyil, həm də cari istehsal fəaliyyətini effektiv təmin etmək üçün müəssi-
sənin maliyyə-iqtisadi resurslarının kifayət qədər olmasını müəyyənləşdir-
mək məqsədilə aparılır. Bu yanaşmanın təyinatı ondan ibarətdir ki, o, cari
istehsal və strateji innovasiya fəaliyyətləri arasında dinamik uyğunluğu
müəyyənləşdirməyə və yeni, yaxud yaxşılaşdırılmış texnologiyaların real-
laşdırılmasında son dəfə seçim etməyə imkan verir.