Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə56/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   52   53   54   55   56   57   58   59   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

121 


ş

tirakçı  kimi  müxtəlif  dövlətlərin  çıxış  etdiyi  yeni  tip  konsorsiumlar 

da meydana gəldi, məsələn,  NTELSAT - peyk rabitəsinin beynəlxalq kon-

sorsiumu.  Bu  ona  kapital  qoyan  və  sistemdən  nəzərdə  tutduğu  istifadəsinə 

mütənasib  səhmlərə  malik  olan  müxtəlif  ölkələrin  hökumətlərinin  iştirak 

etdiyi layihədir. 

Dünya  praktikasında  maliyyə  tipli  konsorsiumlara  çox  tez-tez  rast 

gəlinir. 

Bank konsorsiumu - konsorsium rəhbərinin, ən iri banklardan birinin, 

kredit,  zəmanət  və  ya  başqa  bank  əməliyyatlarını  müştərək  və  ya  yeni  ba-

zarlara çıxış üçün müvəqqəti təşkil etdiyi banklar qrupudur. 

Konsorsium - zəmanət - alınmış kreditə zəmanət verən, başında müəy-

yən bankliderin durduğu bank qrupudur. 

Zəmanət  konsorsiumu  -  müxtəlif  növ  fəaliyyət  növü  ilə  məşğul  olan 

bir  neçə  şirkətin  arasında  sazişdir.  Konsorsium  bir  şirkətin  üzərinə  götür-

düyü riski bölüşdürür və ödənilməsini təmin edir. 

Abunə  konsorsiumu  istiqrazların  reallaşdırılmasına  və  ya  yeni 

qiymətli kağızların yerləşdirilməsinə zəmanət verir. 

Maliyyə  konsorsiumu  -  iri  maliyyə  əməliyyatları  aparmaq  üçün  bir 

neçə  bankın  ittifaqı,  müvəqqəti  sazişdir.  Məsələn,  istiqrazların  yerləşdiril-

məsi. 

xracat  konsorsiumu  -  bir  sıra  ölkələrdə  fəaliyyət  göstərən  şirkətlərin 



ixracat əməliyyatlarına kömək etmək üçün yaradılan xarici ticarət birliyidir. 

Maliyyə  və  ya  abunə  konsorsiumları  arasında  müvəqqəti  və  daimi 

konsorsiumlara rast gəlmək olar. 

Müvəqqəti  konsorsium  nisbətən  kiçik  məbləğdə  milli  və  xarici  istiq-

razların  yerləşdirilməsi,  həmçinin  qısamüddətli  sövdələşmələrin  həyata  ke-

çirilməsi üçün təşkil edilir. 

Daimi  konsorsiumlar  genişmiqyaslı  maliyyə,  kommersiya  və  in-

vestisiya  əməliyyatları  həyata  keçirmək  üçün  ayrı-ayrı  səhmdar  cəmiyyət-

lərinin  qiymətli  kağızlarının  yerləşdirilməsi  üzrə  əməliyyatlarla  məşğul 

olurlar. 

Maliyyə konsorsiumuna, bir qayda olaraq, iri bank və ya bank mono-

poliyası başçılıq edir. Konsorsiuma başçılıq edən bank və ya bank monopo-

liyası saziş iştirakçılarını seçir, istiqrazların və səhmdar cəmiyyətinin təşkil 

olunma şərtlərini işləyib hazırlayır, sənədlərin hüquqi tərtibatı və istiqrazlara 

birjada  qiymət  qoyulması  ilə  məşğul  olur,  səhmləri  və  istiqraz  vərəqlərini 

alıcılar  arasında  yerləşdirir.  Konsorsiumun  üzvləri  komisyon  muzd  almaq 

hüququnu özləri üçün ehtiyatda saxlayırlar. Bu muzdun (mükafatın) ölçüləri 

onların  istiqrazların  yerləşdirilməsində  iştirak  payı  ilə,  səhmlərin  emis-

siyasının  məbləği  və  ya  konsorsiumun  reallaşdırdığı  səhmlərin  və  digər 

qiymətli kağızların qiymətinə mütənasib olaraq müəyyən edilir. 



Pul  (ingiliscə  pool  -  ümumi  istifadə,  ümumi  ziyan)  -  şirkətlərin  bir-


Бизнесин тяшкили вя идаря едилмяси 

122 


ləşmə formasıdır. Bu forma onunla fərqlənir ki, pulun bütün iştirakçılarının 

gəlirləri ümumi fonda daxil olur,  sonradan  isə  onların  arasında  əvvəlcədən 

təyin edilmiş nisbətlə bölüşdürülür. 

Dünya praktikasında pulun aşağıdakı növlərinə rast gəlmək olar: 

1.  birja  növü  -  maliyyə  vəsaitlərinin  fond  birjalarında  məzənnələ-

rindəki fərqə görə spekulyativ oyunlarda səhmlərin məzənnəsinin artırılması, 

yüksəldilməsi və ya azaldılması üçün birləşdirilməsidir. 

2.  “konkret”  növ  -  öz  investisiyalarını  konkret  obyektə  istiqamətlən-

dirən investorların birləşməsidir. 

3.  patent növü -  patentdən  istifadə haqqında ikidən  çox şirkətin bağ-

ladığı  sazişdir.  Patent  pulunun  iştirakçıları  patentin  istifadəsindən  əldə 

edilən gəlirdən pula daxil olarkən təyin olunmuş kvota ölçüsündə gəlir gö-

türürlər. 

4.  ticarət növü - iştirakçıların bir qrup malı anbarlarda toplayıb, müəy-

yən bir vaxta qədər gecikdirib süni qıtlıq yaradaraq həmin malı yüksəldilmiş 

daha sərfəli qiymətə satmaq üçün razılaşdıqları birləşmə. 



Konsern - bu müstəqil müəssisələrin kapitalda, maliyyə əlaqələrində, 

investorların  mənafe  birliyi  haqqında  müqavilələrdə,  şəxsi  birliklərdə,  pa-

tent-lisenziya  sazişlərində,  sıx  istehsal  əməkdaşlığında  iştirak  sistemi 

vasitəsilə bağlı birləşmə formasıdır. 

Konsernin əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

  şirkətlərin  kifayət  qədər  sərt  inteqrasiyası  forması,  trest  istisna 



olmaqla bu yuxarıda nəzərdən keçirilən formalardan ən sərtidir. 

  konsern, adətən istehsal xarakterli birlikdir; 



  konsernə  daxil  olan  şirkətlər  səhmdar  cəmiyyəti  və  ya  təsərrüfat 

yoldaşlıq  formasında  nominal  müstəqil  hüquqi  şəxs  olaraq  qalırlar,  faktiki 

olaraq vahid təsərrüfat rəhbərinə tabedirlər; 

  konsern  çərçivəsində  maliyyə-iqtisadi  idarəetmə  və  elmi-texniki, 



qiymətqoyma, istehsal güclərindən istifadə və kadr siyasəti ilə bağlı işlərin 

görülməsi mərkəzləşdirilir; 

  konsernin  baş  şirkəti,  bir  qayda  olaraq,  holdinq  şirkəti  şəklində 



(əsasən qarışıq holdinq kimi) və ya üstünlük təşkil edən və asılı (assosiativ) 

cəmiyyətlərin qarşılıqlı əlaqəsi əsasında təşkil olunur; 

  konsernin fəaliyyəti əsasən istehsala oriyentasiya olunur, ona görə 



də ana (baş) şirkət kimi çox zaman qız (törəmə) müəssisələrin səhmlərinin 

nəzarət paketinə sahib olan şirkət çıxış edir; 

  verilən  forma  çərçivəsində  onu  təşkil  edən  şirkətlərin  fəaliyyətinə 



tam nəzarət edilir. 

Ş

irkətlər arasındakı inteqrasiya əlaqələrinin xarakterindən asılı olaraq 



konsernləri aşağıdakı növlərə bölürlər: 

  şaquli  konsern  -  hazır  məhsul  istehsalının  texnoloji  proseslərinin 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə