Бизнесин тяшкили вя идаря едилмяси
123
ardıcıllığı ilə bağlı olan müxtəlif sahə şirkətlərini birləşdirir (məsələn, dağ-
mədən, metallurgiya və maşınqayırma);
−
horizontal konsern - eyni növ məmulat istehsal edən və ya isteh-
salın eyni bir mərhələsini həyata keçirən şirkətləri birləşdirir.
Konsernin fəaliyyəti iqtisadiyyatın bir alt sahəsində yayılır (geniş-
lənir). Ona bir və ya bir neçə sahənin müəssisələri daxil ola bilər. Ancaq
azsaylı ən iri şirkətlər bütün sahəni əhatə edə bilərlər (məsələn, Almaniyada
Simens şirkəti bütün elektrotexnika sənayesini əhatə edir). Konsernlər müa-
sir texnologiyaların tətbiq olunduğu, iri kütləvi istehsalın inkişaf etdiyi sahə-
lərdə fəaliyyət göstərirlər. Çox vaxt konsernlər qara və əlvan metallurgiya,
poladtökmə, maşınqayırma, kimya və elektrotexnika sənaye sahələrində
yaradılır.
Xarici qız (törəmə) müəssisələri olan konsernlər beynəlxalq kon-
sernlərdir. Belə ki, beynəlxalq konsernlərin kapital qoyuluşu həm transmilli,
həm də transkontinental ola bilər.
ri konsernlər istehsal, elmi-tədqiqat, maliyyə, satış və başqa şirkətlər
də daxil olmaqla 10-dan 100-ə qədər şirkəti birləşdirirlər. Məsələn, General
Motors konserni ABŞ-da 126, Kanadada 13 zavodu, dünyanın 36 ölkəsində
istehsal və satış bölmələrini birləşdirir. Bu konsernin istehsal etdiyi məh-
sullar özünün 15 min satış və diler şəbəkələri vasitəsilə reallaşdırılır.
9.2. Strateji alyans
Strateji alyans (Strategic Alliance) - iki və daha çox müstəqil şirkətin
müəyyən kommersiya məqsədlərinə nail olmaq, şirkətlərin birləşmiş və bir-
birini qarşılıqlı tamamlayan strateji resurslarının sinergiyasını almaq üçün
kooperasiya haqqında müqavilədir.
Strateji alyansların dörd əsas növü vardır:
−
mövcud müəssisələrdə səhmdar iştirakı ilə strateji alyanslar;
−
yeni şirkətlərin (müştərək müəssisələrin) yaradılması ilə strateji
alyanslar;
−
investisiya layihələrinin reallaşdırılması üçün strateji alyanslar;
−
zəif kooperasiyalı alyanslar.
Fəaliyyət sferası nöqteyi-nəzərindən strateji alyansları şərti olaraq üç
növə bölmək olar:
−
ETTK -nin reallaşdırılması üzrə alyanslar;
−
Müştərək istehsalın təşkili üzrə alyanslar;
−
Yeni bazarların müştərək mənimsənilməsi üzrə alyanslar.
ETTK sferasında əməkdaşlıq məqsədləri ilə yaradılan alyanslar daha
çox yayılmışlar. Hazırda bütün strateji ittifaqların yarıdan çoxu belə qrupa
aiddir.
Бизнесин тяшкили вя идаря едилмяси
124
Ş
irkətlərin alyansa daxilolma motivləri aşağıdakılardır:
−
stehsal miqyasında qənaətə nail olmaq;
−
stehsal güclərindən müştərək istifadə;
−
Komponentlərin istehsalında və ya son məhsulun yığımında
səylərin birləşdirilməsi;
−
nkişafın qeyri-müəyyənliyinin azaldılması və sabitliyinin güclən-
dirilməsi, belə ki, tənqidi partnyorla uzunmüddətli münasibətdə onların
təcrübə və resursları birləşirlər;
−
Fəaliyyətdə risklərin azaldılması;
−
Artıq yaranmış bazar strukturunun və müəyyən mentalitetin möv-
cud olduğu bazara yol tapmaq, bir-birini məhsul bazarına irəli çəkmək;
−
Texnologiyaların, biliklərin və “nou-hou”-nun ötürülməsi, tədqiqat-
ların müştərək aparılması, heyətin öyrədilməsi;
−
Texniki cəhətdən mürəkkəb məmulatları müştərək işləyib hazırlamaq
və istehsal etmək (kommunikasiya vasitələri, kompyuterlər, təyyarələr və s.).
Alyanslara daxil olan şirkətlərin məqsədləri əhəmiyyətli dərəcədə
fərqlənirlər.
Belə ki, General Motors ittifaqdan öz biznesini dəyişdirmək üçün
istifadə etdi. Bu şirkət Avropada və Asiyada, həmçinin Şimali Amerikada
avtomobil şirkətləri və təchizatçıları ilə geniş əlaqələr şəbəkəsi yaratdı. Al-
yansların bir qismi məhsulun xarici bazarlarda irəliləyişini yaxşılaşdırmalı
idi– digərləri texnologiya mübadiləsini təklif etdilər, üçüncülər General Mo-
torsun buraxdığı məhsulun çeşidini təzələmək iqtidarında idi, dördüncülər–
istehsal metodlarını öyrənmək və s.
nkişaf etmiş ölkələrin ixraca oriyentasiya etmiş tarixi şirkətləri daha
az inkişaf etmiş ölkələrin şirkətləri ilə alyansın imkanlarını axtarırdılar ki,
öz məhsullarını bu ölkələrə ixrac etsinlər və yerli bazarlara irəli çəksinlər.
Son vaxtlar dünyanın müxtəlif bölgələrindən aparıcı şirkətlər bütöv konti-
nentə xidmət etməyə görə öz birgə imkanlarını gücləndirmək üçün və dünya
bazarında irəliləmək üçün strateji alyanslar yaradırlar. Həm Yaponiya, həm
də ABŞ şirkətləri Avropa ittifaqı bazarlarında öz rəqabətqabiliyyətini möh-
kəmləndirmək və Şərqi-Avropa ölkələrində açılmaqda olan bazarları mə-
nimsəmək üçün alyanslar yaradırlar.
Uzunmüddətli planlaşdırma, partnyorların etibarını möhkəmləndirən
siyasətin koordinasiyası və müttəfiq şirkətlərin menecerləri ilə əməkdaşlığa
cəhdlər effektiv strateji alyansın vacib şərtləridir.
Ə
n böyük təhlükə ondan ibarətdir ki, alyanslara daxil olan şirkətlər
partnyorların əməliyyatlarını kifayət qədər yaxşı öyrənib onların fəaliyyət-
lərini yamsılaya və müvəffəqiyyətli rəqib ola bilərlər.