Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə55/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   51   52   53   54   55   56   57   58   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

118 


üzərinə  götürə  bilər.  Eyni  zamanda,  sənayesinin  texniki-iqtisadi  səviyyəsi-

nin  yüksəlməsinə  dövlət  nəzərə  çarpacaq  dərəcədə  təsir  göstərən  müştərək 

biznes  fəaliyyətinə  istehsalı  genişləndirmək  və  modernləşdirmək  üçün  əl-

verişli şərtlərlə kredit verə bilər. 

Müştərək biznes fəaliyyətinin inkişafına dövlətin maliyyə-kredit vasi-

təsilə  təsiri  və  yerli  investorların  xüsusi  maraqlarının  ümummilli  mənafeyi 

ilə uzlaşmasında mühüm rol oynayır. Müştərək biznes fəaliyyətinin inkişa-

fının stimullaşdırılması üçün yönəldilən bütün yardım və güzəştlər dövlətin 

çəkdiyi  xərclərdir.  Dövlət  büdcəsinin  imkanlarının  məhdudluğu  müştərək 

biznes  fəaliyyətinin  inkişafının  hərtərəfli  stimullaşdırılmasını  məhdudlaş-

dırır.  Hal-hazırda  sənayedə  mövcud  istehsal  güclərinin  yenidən  qurulması 

və modernləşdirilməsi, kapital yığımının stimullaşdırılması öncül istiqamət-

lərdəndir. 

Beləliklə,  yuxarıda  göstərilən  stimullaşdırma  prinsipləri,  metod  və 

məqsədlərinin  müəyyən  olunması  və  tətbiqi  müştərək  biznes  fəaliyyətinin 

xalq təsərrüfatı mənafelərindən çıxış edərək məqsədəuyğun inkişafını təmin 

edərdi. 



Бизнесин тяшкили вя идаря едилмяси 

119 


IX FƏS L. B ZNES N TƏŞK L N N  

MÜTƏRƏQQ  FORMALARI 

 

9.1. Biznesin təşkilinin assosiativ formaları 

 

ri miqyaslı biznesə son dərəcə kiçik miqyaslı biznes üçün xarakterik 

olan  formalardan  fərqlənən  təşkilati  formalar  –  assosiativ  formalar  xasdır. 

Müəssisələrin  və  şirkətlərin  müştərək,  inteqrasiya  olunmuş  strukturlarda 

birləşməsi yolu ilə ümumiləşdirilmiş assosiativ formalar yaradılır. 

Korporasiya  - bir neçə şirkətin ümumi məqsədlərini və ya üstünlük-

lərini  mühafizə  etmək  üçün  fəaliyyətlərini  birləşdirdiyi  səhmdar  cəmiy-

yətidir.  Hüquqi  şəxs  kimi  korporasiya  ona  daxil  olan  bütün  müəssisələrin 

borcları  və  vergiləri  üzrə  məsuliyyət  daşıyır  və  müstəqil  sahibkarlıq  fəa-

liyyəti subyekti qismində çıxış edir. 

Korporasiya  -  sahibi  olan  konkret  şəxslərdən  fərqlənən  və  ayrılmış 

biznesin hüquqi formasıdır. Dövlət tərəfindən tanınmış bu “hüquqi şəxslər” 

resurslar  əldə  edə,  aktivlərə  sahib  ola,  borc  götürə,  kredit  verə  və  iddia 

qaldıra və məhkəmədə cavabdeh kimi çıxış edə bilərlər. Eyni zamanda, istə-

nilən başqa tip müəssisənin yerinə yetirdiyi bütün funksiyaları yerinə yetirə 

bilərlər. 

Korporasiyanın bir sıra üstünlükləri vardır: 

1.Pul  kapitalının  cəlb  olunması  məsələlərində  biznesin  təşkilinin  ən 

effektiv  formasıdır.  Səhmlərin  və  istiqrazların  satılması  vasitəsilə  maliy-

yələşdirmə  korporasiyalara  xas  olan  nadir  üsuldur.  Bu  çoxsaylı  ev  təsərrü-

fatlarının qənaət edib yığdıqları pulları cəlb etməyə imkan verir. Korporasi-

yalar qiymətli kağızlar bazarı vasitəsilə çox böyük sayda ayrı-ayrı şəxslərin 

maliyyə  resurslarını  ümumi  fondda  birləşdirə  bilirlər.  Qiymətli  kağızları 

satmaq yolu ilə maliyyələşdirmənin də, həmçinin müəyyən üstünlükləri var. 

Korporasiyalar biznesin təşkilinin başqa növləri ilə müqayisədə bank kredit-

lərinə  asanlıqla  yol  tapırlar.  Səbəb  korporasiyanın  yalnız  böyük  etibarlılığı 

deyil,  həm  də  onun  banklara  hesabların  gəlirliliyini  təmin  etmək  qabiliy-

yətindən ibarətdir. 

2. Korporasiyaların digər üstünlüyü məhdud məsuliyyətdir. Korporasi-

ya sahibləri (yəni səhm sahibləri) səhmləri almaq üçün verdikləri pul məb-

ləği  ilə  risk  edirlər.  Onların  şəxsi  aktivləri  əgər  korporasiya  iflasa  uğrasa 

belə  təhlükə  altında  qalmır.  Kredit  verənlər  xüsusi  şəxs  kimi  korporasiya 

sahibinə  deyil,  hüquqi  şəxs  kimi  korporasiyaya  qarşı  iddia  qaldıra  bilərlər. 

Məhdud  məsuliyyət  hüququ  pul  kapitalı  cəlb  etməkdə  korporasiyanın  işini 

ə

həmiyyətli dərəcədə yüngülləşdirir.  



3. Bir halda ki, korporasiya hüquqi şəxsdir, o onun sahiblərindən, bu 

səbəbdən də öz vəzifəli şəxslərindən asılı olmayaraq mövcuddur. Partnyor-




Бизнесин тяшкили вя идаря едилмяси 

120 


luq qəflətən və qabaqcadan xəbər tutmadan məhv ola bilər, korporasiya isə 

heç olmasa qanunauyğun olaraq əbədidir. Səhmlərin satılması vasitəsilə kor-

porasiyanın  mülkiyyətinin  başqasına  ötürülməsi  onun  bütövlüyünə  xələl 

gətirmir.  Bir  sözlə,  korporasiya  başqa  biznes  formalarında  çatışmayan,  ha-

mıya məlum olan sabitliyə malikdir ki, bu da perspektiv planlaşdırmaya və 

inkişafa imkanlar yaradır. 

Korporasiyanın  üstünlükləri  həddindən  artıq  çoxdur  və  adətən  çatış-

mazlıqları qat-qat üstələyir. Lakin az da olsa bu çatışmazlıqlar mövcuddur. 

Korporasiyanın  nizamnaməsinin  qeydiyyatı  bir  sıra  bürokratik  prose-

durlarla  və  hüquqi  xidmətlərə  çəkilən  xərclərlə  bağlıdır.  Korporasiyanın 

növbəti  mümkün  çatışmazlığı,  onun  əldə  etdiyi  gəlirlər  vergiqoyma  ilə 

ə

laqədar məsələlərə aiddir. Burada söhbət ikiqat vergiqoymadan gedir. Belə 



ki, korporasiyanın gəlirinin divident kimi səhm sahiblərinə ödədiyi hissəsin-

dən iki dəfə vergi tutulur. Daha doğrusu, birinci  dəfə korporasiyanın  gəliri 

kimi, ikinci dəfə isə səhm sahiblərinin şəxsi gəliri kimi vergi tutulur. 

Konsorsium  -  müstəqil  şirkətlərin  koordinasiya  olunmuş  sahibkar 

fəaliyyətinin müxtəlif məqsədi ola bilən müvəqqəti ittifaqıdır. Belə məqsəd 

çox zaman sifarişlərin alınması və onların müştərək icra olunması olur. 

Bir  qayda  olaraq,  konsorsium  səylərin,  elmi-texniki,  istehsal  və  xid-

mət  vasitələrinin  və  qarşıya  qoyulan  məsələləri  müştərək  yerinə  yetirməyə 

qadir  olan  maliyyə  şirkətlərinin  birləşməsini  tələb  edən  təcili  və  baha 

qiymətli sifariş və layihələrin yüksək keyfiyyətlə icrası üçün yaradılır. Kon-

sorsium  çox  zaman  yataqların  müştərək  işlənməsi  üçün  yaradılır,  məsələn 

1994-cü  il  sentyabrın  20-də  bağlanmış  “Əsrin  müqaviləsini”  yerinə  yetir-

mək üçün ilk konsorsium təşkil edilmişdir. 

Konsorsiumlar  bir  neçə  banklar,  istehsal  şirkətləri,  elmi  mərkəzlər, 

dövlət strukturları tərəfindən təşkil oluna bilərlər. Onlar birgə iştirakçıların 

texniki  və  kommersiya  rəqabətqabiliyyətini  artırmaq  üçün  yaradılırlar.  ri 

beynəlxalq  investisiya  layihələrinin  həyata  keçirilməsində  sənayeçilərin  və 

maliyyəçilərin səylərinin birləşdirilməsi müasir konsorsiumları fərqləndirən 

cəhətdir. 

Konsorsiumun  hər  bir  üzvü  öz  payına  düşən  işi  maliyyələşdirir  və 

məsuliyyətin  ona  aid  hissəsinin  yerinə  yetirilməsi  ilə  bağlı  kommersiya  və 

texniki riskləri öz üzərinə götürür. 

XIX  əsrin  sonunda  XX  əsrin  əvvəllərində  konsorsiumlar  milli  və 

beynəlxalq bazarlarda maliyyə əməliyyatlarını həyata keçirmək üçün bank-

lar  arasında  razılaşma  idi.  XX  əsrin  ortalarında  konsorsiumlar  sənaye 

sahəsində  geniş  yayılmağa  və  iri  sənaye,  elmi-texniki,  inşaat  və  başqa  la-

yihələrin  reallaşdırılması  məqsədlərinə  xidmət  etməyə  başladı.  Məsələn, 

atom  reaktorlarının  tikintisini  həyata  keçirmək  üçün  sənayeçilərin  çox  iri 

birləşmələri  tərəfindən  konsorsiumlar  yaradılırdı.  Müasir  tip  konsorsiumlar 

üçün elmi-tədqiqat işlərinin müştərək aparılması səciyyəvidir. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə