Бизнесин тяшкили вя идаря едилмяси
140
özünün dövriyyəsini son dərəcə yüksək həddə çatdıraraq “Françayzinq”
ə
saslarda ngiltərədə 165 qəlyanaltı və qəhvəxana açmışdır.
Qeyd etmək lazımdır ki, şəxsi istehlak təyinatlı mallar istehsal edən iri
sənaye firmaları ixtisaslaşmış müstəqil kiçik və orta ticarətçilərlə razılaş-
malar əsasında bu cür müqavilələrin bağlanması hallarını da təcrübədən
keçirirlər.
Sabit uzunmüddətli əlaqələr şəraitində sənaye şirkətləri ticarət fir-
malarını maliyyələşdirir, onlara ticarət kreditləri verir, onların yeni ticarət
müəssisələri, o cümlədən supermarketlərin tikilməsi işlərində, müasir tex-
niki vasitələrlə və ticarət avadanlıqları ilə təchizatında iştirak edir, reklam və
satışın sövdələşməsi tədbirləri üzrə məsrəflərin çox hissəsini ödəyirlər.
Digər bir xüsusiyyət ondan ibarətdir ki, çox hallarda uzunmüddətli şəxsi
istehlak təyinatlı mallar, o cümlədən soyuducular, paltaryuyan maşınlar, toz-
soranlar, tele-radio və s. mallar istehsalçıları aralıq pərakəndə-topdansatış
vasitələrdən imtina və öz nümayəndələri vasitəsilə öncədən poçta rek-
lamlarından istifadə edərək bilavasitə evlərdə əlaqələr yaradırlar.
10.3. Kommersiya-vasitəçilik təşkilatlarının
biznes fəaliyyətində rolu
Kommersiya-vasitəçilik strukturlarının fəaliyyət strategiyası bazarın
bütün iştirakçılarına, ilk növbədə malgöndərənlərə və istehlakçılara xid-
mətin göstərilməsidir.
Kommersiya strukturlarının işinin keyfiyyəti bilavasitə azad satış qay-
dasında reallaşdırılan əmtəələri axtarıb tapmaq, sənaye və kənd təsərrüfatı
müəssisələrini, kooperativləri, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxsləri
ə
hali üçün zəruri olan əmtəə istehsalında maraqlandırmaq bacarığından ası-
lıdır.
Bu vəzifələrin öhdəsindən gəlmək üçün kommersiya işçiləri iqtisadi
rayonların təbii sərvətlərini yaxşı bilməli, sənaye və kənd təsərrüfatının
müasir inkişaf səviyyəsini, müəssisələrin istehsal imkanlarını və istehsal
etdikləri məmulatların çeşidini real qiymətləndirməyi bacarmalıdırlar.
Mal göndərənləri və onların imkanlarını öyrənmək üçün kommersiya
xidməti işçiləri əmtəə birjalarının, yarmarkaların, satış-sərgilərin və yeni
malların baxış-sərgilərinin işində iştirak etməli, kütləvi informasiya vasitə-
lərində reklam elanlarını diqqətlə izləməli, tələb və təklif bülletenlərində,
birja məlumatlarında, prospekt və kataloqda olan informasiyaları nəzərdən
qaçırmamalıdırlar.
Ə
mtəə bazarlarının tutumunun öyrənilməsi və proqnozlaşdırılması,
reklam-informasiya fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi, mal göndə-
rənlərlə istehlakçılar arasında alqı-satqı işinin əlaqələndirilməsi kommer-
siya xidmətinin əsas vəzifələrinə daxildir.
Бизнесин тяшкили вя идаря едилмяси
141
Kommersiya fəaliyyətinin keyfiyyətinin artırılması onun texnologi-
yasınının daim təkmilləşdirilməsini, idarəetmənin yeni texnikasından,
avtomatlaşdırılmış idarəetmə sistemindən, kommersiya işçilərinin avtomat-
laşdırılmış iş yerlərindən istifadə olunmasını, kommersiya proseslərinin, o
cümlədən əmtəələrin topdansatış və pərakəndə satışın idarə olunmasının
kompyuterləşdirilməsini tələb edir. Kommersiya əməliyyatlarının kom-
pyuterləşdirilməsi kommersiya məlumatlarının işlənməsi və ötürülməsi üzrə
informasiya sisteminin yaradılmasına imkan verir ki, bu da öz növbəsində
ə
mtəə tədavülü sferasında bazar, marketinq fəaliyyətinin texniki əsasını
təşkil edir.
Hər bir təşkilati strukturun əsas tərkib elementləri idarəetmə orqanı,
icraçılarla daxili struktur bölmələri hesab edilir. Topdansatış-kommersiya
müəssisəsində idarəetmənin təşkilati strukturu vahid dinamik sistem kimi
fəaliyyət göstərən və böyük bazar tələbini ödəməyə istiqamətlənmiş, habelə
nəzərdə tutulan gəlirin alınmasını təmin edən və cəmiyyət qarşısındakı so-
sial missiyanı yerinə yetirən qarşılıqlı əlaqəli elementlərin məcmusunu ifadə
edir.
Təşkilati strukturun qurulması aşağıdakı amilləri nəzərə almaqla
həyata keçirilməlidir:
−
kommersiya-vasitəçilik fəaliyyətinin tipi;
−
realizə və alınan məhsulların həcmi və nomenklaturası;
−
mümkün və faktiki malgöndərənlərin və istehlakçıların sayı;
−
işçilərin sayı;
−
topdansatış ticarətin ən optimal forması və yükün effektiv daşınma
üsulu;
−
bazar infrastrukturunun əsas elementlərinin mövcudluğu;
−
göstərilən xidmət;
−
müştərilərə servis və keyfiyyətli təminat.
Topdan vasitəçilik təşkilatlarının təşkilati strukturunun effektiv fəa-
liyyətini qiymətləndirərkən aşağıdakı amillərin nəzərə alınması zəruridir:
1. Fəaliyyət növü, yəni malın alqı-satqısı sahəsində yerinə yetirilən
ə
sas funksiyalar, həmçinin müştərilərə kommersiya-servis xidmətinin
göstərilməsi.
2. Kommersiya strukturunun təşkilati quruluşu və onların ixtisas-
laşması.
stehlak mallarının ticarət təcrübəsi qarışıq, universal, ixtisaslaş-
dırılmış və dar ixtisaslaşdırılmış firmalara ayırmağa imkan verir.
- Qarışıq topdansatış müəssisələrinin çeşidində həm ərzaq və həm də
qeyri-ərzaq mallarının qrupları olur.