Бизнесин тяшкили вя идаря едилмяси
144
3.
müş
ayiə
tedici ş
ura-nümayəndəli orqandır, prezident və idarə heyəti
üzvləri ilə kontrakt bağlayır, öz nümayəndələrini qız müəssisələrə təyin edir.
Topdan ticarə
t üzrə
mağ
aza
– anbarlar “keş end kerri” (ödə və apar)
topdan halqanın bir növüdür. Onlar köhnə ticarət təşkilatlarının anbarları
ə
sasında yaradıla bilər və malların satışı, istehsalı və ya informasiya funk-
siyasını yerinə yetirə bilər.
Mülkiyyət formalarına görə onlar dövlət, səhmdar cəmiyyətləri və
məhdud məsuliyyətli cəmiyyət kimi ola bilərlər. Onlar kiçik ticarət müəs-
sisələrinə, ictimai iaşə, xidmət sferası və sahibkarlara xidmət edə bilərlər.
Bazar iqtisadiyyatı ölkələrində kiçik, orta və iri topdan ticarət müəs-
sisələri və ticarət mərkəzləri fəaliyyət göstərirlər.
Kiçik topdan ticarət müəssisələrində 25 nəfərə qədər işçi işləyir. Mül-
kiyyət forması yuxarıdakı üç növdən biri ola bilər. Belə müəssisənin
yaradılması bir neçə mərhələdən keçərək işçilər arasında vəzifə və hüquqlar
müəyyən edilir. şçilərin funksiyaları əsas fəaliyyət sahələri üzrə bölüşdü-
rülür: satış, alış, malların saxlanması və istehlakçılara xidmət.
Orta topdan ticarət müəssisəsində 25-100 nəfər işləyir. Bu müəssi-
sələrdə müdiriyyət mövcud təşkilatı prinsipləri nəzərə alaraq kadrların
yerləşdirilməsini həyata keçirməlidir. Orta topdan ticarət müəssisəsində
fəaliyyət xarakteri xeyli mürəkkəbləşir. Müdiriyyət əsas fəaliyyət sahələri
ilə yanaşı avadanlıqların modernizasiyası, binaların icarəsi, kadrların öy-
rədilməsi və maddi təminat məsələləri ilə də məşğul olur.
ri topdan ticarət müəssisələri 100-dən çox işçini əhatə edir və geniş
təsərrüfat fəaliyyətinə malikdirlər. Belə müəssisələrin təşkili daha mühüm
təsərrüfat fəaliyyəti sahələrini əhatə edir və ixtisaslaşdırılmış idarəetmə
kadrlarına malik olur. Adətən iri topdan ticarət müəssisələri şirkətlərdən
ibarət olur ki, bu da böyük maliyyə vəsaiti tələb edir. darəedici direktor şir-
kətin sahibkarları kimi çıxış edir. O, prezidenti və şirkəti idarə etmək üçün
müdiri təyin edir. Digər idarəetmə üzvləri firmada məsul vəzifə tuturlar.
Belə topdan ticarət müəssisələrində işçilərin sayı bir neçə min nəfər
olur. Bazar iqtisadiyyatı ölkələrində, xüsusilə də ABŞ-da topdan ticarət
mərkəzləri fəaliyyət göstərirlər. Pərakəndə ticarət müəssisələri çoxlu tip
malları topdan ticarət mərkəzlərindən alırlar, bu mərkəzlərdə daim malve-
rənlərin nümayəndələri işləyirlər. Bir çox mal kateqoriyaları üzrə dünyada
ə
n böyük topdan ticarət mərkəzi Nyu-Yorkda yerləşir. Burada Manxetton
rayonunda, Yeddinci Avenyu ətrafında bütün il boyu çoxlu malverənlərin
ofisləri və nümayişetdirmə zalları işləyirlər.
ABŞ-da bir neçə regional topdan ticarət mərkəzləri vardır, məsələn,
Çikaqoda, Los-Ancelosda və Atlandda. Bunlardan ən böyüyü Dallas Market
Centerdir, bu ümumi sahəsi 760 min kv.m olan altı bina kompleksindən
ibarətdir. Onun həmişə açıq olan 2400 nümayişetdirmə zallarında və 2000-
Бизнесин тяшкили вя идаря едилмяси
145
dən çox müvəqqəti işləyən zallarında 26 min idxalçılar və istehsalçılar
mallarını təqdim edirlər.
Topdan ticarət mərkəzlərinin çoxunda ticarət yarmarkaları keçirilir.
Burada topdan ticarət mərkəzlərinin daimi üzvləri, eyni zamanda nüma-
yişetdirmə sahəsini icarəyə götürmüş firmalar iştirak edirlər. Burada tica-
rətçilər təklif edilən mallarla tanış olur və sifarişlər verirlər.
10.4. Kommersiya fə
aliyyə
tinin idarə
edilmə
sinin təş
kili
Kommersiya fəaliyyətinin idarə edilməsinin təşkili aşağıdakı əsas
elementləri əhatə edir:
- vəzifələr;
- ayrı-ayrı halqalarda vəzifələrə uyğun funksiyaların (işin) növləri;
- istehsal və kommersiya şəraitinin dəyişilməsinə uyğunlaşmanı təmin
edən təşkilati strukturun qurulması;
- kommersiya fəaliyyətinə görə məsuliyyətin bölünməsi;
- qəbul edilmiş qərarın, nəzarətin və koordinasiyanın səmərəliliyini
təmin edən informasiyanın verilməsi sisteminin yaradılması.
Kommersiya fəaliyyətinin təşkilinin əsas elementləri arasında təşki-
latın strukturu üstün əhəmiyyətə malikdir, bunun əsasında kommersiya
fəaliyyətinin idarə olunması, həmçinin təşkilatın vəsilələri arasında möhkəm
ə
laqələr həyata keçirilir.
Təşkilatın strukturu, həmçinin müxtəlif vəzifələr və həmin vəzifələrin
yerinə yetirilməsinin koordinasiyası arasında əmək bölgüsü üsullarının
məcmusu kimi müəyyənləşdirilə bilər.
Kommersiya xidmətinin təşkilati strukturunun qurulmasının əsasında
aşağıdakı prinsiplər qoyulmalıdır:
1. Dəqiq formalaşmış məqsədin olması;
2. Kommersiya fəaliyyətinin idarə olunmasında azpilləlik;
3. Çeviklik;
4. nformasiyanın ötürülməsini təmin edən və əks əlaqəsi olan
effektiv rabitə sistemi;
5. Vahid tabeçilik prinsipi;
6. darəetmədə ayrı-ayrı vəsilələr arasında funksiyaların dəqiq
bölünməsi;
7. Fəaliyyətin koordinasiyası.
Biznes fəaliyyətinin istənilən növü (o cümlədən kommersiya) iki
istiqamətdə ixtisaslaşır:
1. ş yerində yerinə yetirilən vəzifələrin sayı ilə müəyyən edilən
işin genişliyi (üfüqi ixtisaslaşma);
2. şin dərinliyi (şaquli ixtisaslaşma).