Бизнесин тяшкили вя идаря едилмяси
142
- Universal topdan ticarət vasitələri (topdan tacirlər, topdan müəs-
sisələr, distribüterlər) çoxlu xidmət göstərirlər (malların alışı, daşınması,
saxlanması, komplektləşdirilməsi, kreditləşdirilməsi və s.).
- xtisaslaşdırılmış və ya bir qrup xidmətlə məhdudlaşdırılmış (dar
ixtisaslaşdırılmış) topdan vasitəçilər (informasiya-kontrakt, informasiya,
mal axtarışı, vasitəçilər, poçtla ticarət, lizinq və s.).
Məsələn, informasiya-kontrakt topdan vasitəçilər-komissionerlər mal
verənləri, mal alanları axtarır və öz adından kontrakt, müqavilə bağlayır.
Malın dəyərinin ödənilməsi iki tərəfdən birinin hesabına ola bilər. n-
formasiya vasitəçiləri-brokerlər bazarın konyukturası haqqında informasi-
yaya malik olurlar. Malı müstəqil almadan mal verənin malının satılmasına
yardımçı olurlar.
3. Tabeçilik əlamətlərinə görə topdan ticarət vasitəçiləri aşağıdakı kimi
ola bilər:
a) müstə
qil
b) formal müstə
qil
c) müstə
qil olmayan
Müstəqil vasitəçilər öz fəaliyyətini alqı-satqı müqaviləsi əsasında
həyata keçirir, yəni malı alıcı kimi alır, onun mülkiyyətçisi olur və öz bildiyi
kimi ona sərəncam verir. Bunlara topdansatış müəssisələrinin əksəriyyəti,
distribüterlər, topdan-tacirlər və s. aiddir. Bir qayda olaraq müstəqil topdan-
satış vasitəçilər malların alışından onun satışına qədər bütün xidməti tam
yerinə yetirirlər.
Formal müstəqil vasitəçilər istehsal müəssisəsi tərəfindən vəkil
edilmiş şəxslə və ya agentlə müxtəlif növ bağlanmış müqavilələr əsasında
(müqavilə-tapşırıq, müqavilə-komissiya, müqavilə-konsiqnasiya və s.) məh-
sulun satışını həyata keçirir. Onların əsas funksiyası-komisyon haqqı al-
maqla alqı-satqı prosesinə kömək etməkdir.
Müstəqil olmayan vasitəçilər fəaliyyət göstərdiyi rayondan asılı ol-
mayaraq müddətli və müddətsiz müqavilələr əsasında məhsulun satışını
həyata keçirir. Bunlara misal olaraq broker və konsiqnatoru göstərmək olar.
Broker marağı olan satıcıları və alıcıları axtarmaqla məşğul olur və
onlara müqavilə bağlamaqda köməklik göstərir. Broker sazişdə iştirak etmir,
yəni müqaviləni imzalamır, malın dəyərinə görə hesablaşmır və onun
fəaliyyəti əsasən tələb və təkliflə əlaqədardır. Brokerə kim onu bu işə cəlb
edibsə, o da haqq ödəyir.
Konsiqnator – topdan ticarət vasitəçisidir, müqavilə əsasında fəa-
liyyətini həyata keçirir, bu müqaviləyə görə mal verən malı konsiqnatorun
anbarına göndərir və o, konsiqnasiya müqaviləsi əsasında satıcının hesabına
öz adından həmin malı satır.
4. Təşkilati strukturuna görə topdansatış ticarəti müəssisələri aşağıdakı
müxtəlif təşkilati-hüquqi formalarda ola bilər:
Бизнесин тяшкили вя идаря едилмяси
143
- səhmdar;
- assosiasiyaların tərkibində;
- konsernlərin tərkibində;
- topdan ticarət bazarları;
- ticarət evləri;
- holdinqlərin tərkibində;
- topdan ticarət üzrə mağaza anbarları.
Topdan ticarət bazarları
– Əsas etibarilə kənd təsərrüfatı məhsulları
və ərzaq mallarının topdan alqı-satqısını təşkil edən və müəyyən qaydalar
üzrə fəaliyyət göstərən kommersiya-təsərrüfat strukturudur. Onların əsas
funksiyaları aşağıdakılardır:
a) istehlak mallarının yığılması (konsentrasiya) və onlarla bütün gün
ə
rzində əhalinin həmin mallarla fasiləsiz olaraq təmin edilməsi;
b)
malın yeridilməsi prosesinin sadələşdirilməsi və ucuzlaşdırılması;
c)
real bazar qiymətlərinin formalaşması;
ç) mallara tə
ləb və təklif haqqında düzgün informasiya əldə edilməsi.
Topdan ticarət bazarlarının ali idarəedici orqanı səhmdarların ümumi
yığıncağıdır. Burada direktorlar şurası, idarə heyəti və təftiş komissiyası
seçilir. Direktorlar şurası baş direktoru seçir, o, isə bazarı idarə edir və onun
təsərrüfat-təşkilat fəaliyyətinin təşkilinə bilavasitə məsuliyyət daşıyır.
Holdinq
– müəssisələrin özlərini deyil, onların kapitalını birləşdirən
birlikdir. Topdan ticarətdə holdinq əmlakın özünün birləşməsi yolu ilə və
yaxud ayrı-ayrı müəssisələrin mülkiyyətini birləşdirməklə aksioner kapita-
lında daha yüksək kapitala nail olmaq məqsədi güdür və beləliklə, birliyin
fəaliyyətində maliyyə nəzarəti həyata keçirir.
Holdinqlər inkişaf etdikcə onlar ticarət – maliyyə – sənaye qruplarına
çevrilə bilər ki, onlara topdan və pərakəndə ticarət firmaları, sənaye müəs-
sisələri, banklar, sığorta şirkətləri, nəqliyyat təşkilatları və s. daxil ola bilər.
Holdinqin funksiyaları aşağıdakılardır:
a)
müəssisənin maliyyə möhkəmliyinin təmin edilməsi;
b)
istehsal-təsərrüfat və maliyyə fəaliyyətinə nəzarət edilməsi;
c)
investisiya fəaliyyəti;
ç) bazar konyukturunun və marketinq tədqiqatlarının öyrənilməsi;
d)
xarici ticarət fəaliyyətinin təşkil edilməsi;
e)
müxtəlif səhmdar cəmiyyətlərinin təsis edilməsi, səhmlərin
buraxılması və onların satılması.
Holdinqin idarəetmə orqanı aşağıdakılardır:
1. holdinqin prezidenti-nizamnaməyə əsasən birliyə ümumi rəhbərlik
edir;
2. idarə heyəti – topdanholdinqi cari, operativ idarəetməni həyata
keçirir;