Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə33/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   29   30   31   32   33   34   35   36   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



87

                                                            

qaydalardan  çıxış  edirlər.  Başqa  sözlə,  modernləşmənin  xarakteri  və 

dərəcəsi  ABŞ,  Almaniya  və  s.  ölkələrə  yönəlik  qiymətləndirilir.  Yəni 

modernləşmənin “qərbləşmə”, “avropalaşma” anlamında interpretasiyası 

üstünlük təşkil edir. 

Keçid  dövrləri:  ənənəvidən  industriala  və  ondan  da  postindustrial 

cəmiyyətə keçid prosesi ictimai modernləşmə dövrləri hesab olunur. Bir 

qayda  olaraq  “ilkin”  və  “ikinci”  modernləşməni  fərqləndirirlər:  “ilkin” 

modernləşmə  -  ənənəvi  cəmiyyətdən  industrializmə  keçidi,  yəni  faktiki 

olaraq kapitalist sisteminin genezisini ehtiva edir. “ kinci” modernləşmə 

isə daha “yetkin” səviyyəyə çatma anlamında işlədilir. 

Tarixi  prosesin  industrializməqədərki  və  industrial  dövrlərə 

bölünməsi  ideyası  modernləşmə  konsepsiyasının  qaynaqlandığı  əsas 

mənbədir. 

Modernləşmə

93

  (müasirləşmə)  –  soail-iqtisadi,  mədəni  və  siyasi 



dəyişikliklərin  yolu  ilə  ənənəvi  cəmiyyətin  industrial  cəmiyyətə  keçidi, 

liberal-demokratik institutların, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin 

formalaşması,  ənənəvi  dəyərlərə  (milli,  dini  və  s.)  deyil,  rasionalizmə 

istinadla  yeni  insan  tipinin,  bazar  iqtisadiyyatına,  dinamik  proseslərə, 

fərdiyyətçiliyə yönəlik yeni davranış modelinin yaradılması prosesidir. 

Modernist yanaşma tarixi dövrlənmədə 4 mərhələni fərqləndirir: 

1.

  ibtidai (tarixəqədərki) dövr; 



2.

  industrializmə qədərki dövr; 

3.

  industrial dövr; 



4.

  postindustrial dövr. 

Bir  mərhələdən  digərinə  keçid  (modernist  baxışlarda)  inqilablarla 

əlaqələndirilir.  Yəni  mərhələlərə  müvafiq  olaraq  3  inqilabdan  söhbət 

gedir: Aqrar (neolit), industrial və informasiya inqilabları. 

Eyni zamanda modernləşmənin bir neçə “dalğası”da fərqləndirilir: 

1.

  Birinci dalğa Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər) ; 



2.

  kinci  dalğa  Şərqi  və  Cənubi  Avropada,  Rusiya,  Yaponiya  və 

Türkiyədə baş vermişdir; 

3.

  Üçüncü dalğa müasir Asiya, Afrika və Latın Amerikasını əhatə 



etmişdir. 

Eyni  zamanda,  modernləşmə  prosesinin  kəskin  fərqlilikləri 

(ölkələrə münasibətdə) də diqqət mərkəzindədir. Belə ki, ölkələrin böyük 

bir  hissəsi  hələ  də  müasir  dünyanın  periferiyasında  qalmaqdadırlar. 

Bəziləri (Hindistan, Braziliya, Argentina və s.) müəyyən nailiyyətlər əldə 

                                                 

93

 Вебер М. Избранные сочинения. М.: Прогресс, 1990 




Dünya iqtisadiyyatının tarixi 

 

 



88

                                                            

edə bilmişlər. Yalnız çox azsaylı ölkələr ( “Asiya pələngləri” ) ciddi uğur 

qazanmağa müvəffəq olmuşlar. 

Hal-hazırda da sırf  elmi, bir sıra ölkələrdə isə -  praktiki baxımdan 

modernləşmə  ayrıca  götürülmüş  bir  nəzəriyyə  kimi  öz  aktuallığını 

saxlamaqdadır.  Bununla  belə,  sözügedən  konsepsiyanın  kifayət  qədər 

ciddi problemləri də mövcuddur : 

1.

  industrializməqədərki 



dövr 

üçün 


(qeyri-Avropa 

cəmiyyətləri  də  daxildir)  modernist  konsepsiya  ciddi 

metodoloji  məhdudiyyətlərlə  üzləşir.  Ona  görə,  bu 

konsepsiya  birmənalı  olaraq,  kapitalizmin  iqtisadi  və 

siyasi prinsiplərinin mütləqləşdirilməsinə istinad edir. 

2.

  modernləşmə  -  bir  proses  olmaq  etibarı  ilə  avtomatik 



şəkildə  getmir.  Bir  çox  hallarda  birbaşa  təsirə  yönəlmiş 

məqsədlərin  realizasiyası  keçid  dövrünü  (ənənəvidən 

→müasirliyə) yaşayan cəmiyyətin mental – dəyər, yaxud 

arxaik xüsusiyyətləri ilə təhrif olunur. 

3.

  iqtisadi  modernləşmənin  mütləq  siyasi  modernləşmə  ilə 



uzlaşması  prinsipinə  ehtiyatlı  yanaşma  zəruriliyinin 

mövcudluğu. 

4.

  tarixi  prosesin  xətti  müstəvidə  götürülməsi  – 



modernizmin  sırf  metodoloji  anlamda  ən  ciddi  nöqsanı 

kimi qəbul edilməlidir. 

Əksər  keçid  iqtisadiyyatlı  ölkələrdə  modernist  baxışlar  öz 

populyarlığını  saxlamaqdadır.  Aparılan  tədqiqatların  böyük  əksəriyyəti 

modernizmin  metodoloji  konstruksiyasına  söykənir.  Məsələn,  bu 

yönümdə  elmi  tədqiqat  aparan  N.Rozov  tarixi  dövrlənmənin  4  əsas 

iqtisadi mərhələsini fərqləndirir : 

1.

  “Mənimsəmə” təsərrüfatlı cəmiyyət; 



2.

  Aqrar – sənətkarlıq texnologiyalı cəmiyyət; 

3.

  ndustrial cəmiyyət; 



4.

  Servis  texnologiyalı  (“xidmət”  təsərrüfatlı  –  Ş.H.,  Ə.B.) 

cəmiyyət.  

Bu  mərhələlərə  müvafiq  olaraq  cəmiyyətin  inkişafının  5  fazası 

təsnifləşdirilir : 1)  btidai icma; 2) Barbarlıq; 3)  lkin qədim dövr; 

4) Yetkin qədim dövr – orta əsrlər; 5) Yeni dövr – müasir mərhələ. 

Modernizm  konsepsiyası  çərçivəsində  tarixi  prosesin  4  mərhələli 

sxeminin  daha  adekvat  olduğunu  qeyd  edən  tədqiqatçılar  dövrlənmənin 

baza prinsipi kimi yeni anlayışdan-istehsal məhsulları prinsipindən çıxış 

edirlər:  




Dünya iqtisadiyyatının tarixi 

 

 



89

                                                            

1.

  Ovçuluq – yığım;  



2.

  Aqrar – sənətkar; 

3.

  Sənaye; 



4.

  Elmi – informasiya; 

stehsal  prinsiplərinin  sərhədləri  kimi  istehsal  inqilabları  –  aqrar, 

sənaye  və  elmi  –  informasiya  –  götürülür.  Bu  yanaşma  əsasında 

E.Qrinin

94

  tarixi  prosesin  iri  dövrlərini  fərqləndirir.  Və,  həmin  dövrləri 



“formasiya”  adlandırır.  Bu  cür  yanaşmanın  marksist  bölgü  ilə  əlaqəsi 

yoxdur.  E.Qrinin  özünün  formalaşdırdığı  “tarixi  prosesin  formasiyaları” 

konsepsiyasına istinad edir. 

 

 



§ 4.7. Tarixi dövrlənmə: dünya-sistem yanaşması 

 

Sosial elmlər sferasında əldə ediləəhəmiyyətli 

nailiyyətlərin səbəbi toplanan faktların çoxluğunda deyil, 

gerçək həqiqət kimi qəbul edilən özünü aldatmanın 

aradan qaldırılmasındadır. 

T.Şanin

95

 

 

Qeyd edilən  yanaşma dünya tarixinin mərhələli interpretasiyası ilə 



müxtəlif lokal sistemlərin məcmusunun metodoloji sintezinə əsaslanır. 

Dünya  -  sistem  yanaşmasının  əsasında  Brodelin  müxtəlif  tipli 

zaman  çoxluğu  nəzəriyyəsi,  onların  müxtəlif  məkan  səviyyələri  və 

miqyasları  ilə  qarşılıqlı  əlaqəsi  dayanır.  F.Brodelin  irəli  sürdüyü 

alternativ yanaşmada bir-biri ilə qarşılıqlı bağlılıqda olan iki yeni zaman 

(temporallıq)  tipi  əks  olunmuşdur:  dayanıqlı  strukturların  ləng  dəyişən 

temporallığı  və  həmin  strukturların  daxilində  konyunktur  tərəddüdlərin 

tsikliyi


96

.  Bu  bölgüyə  əsaslanmaqla  .Vallerstayn  iki  zaman  tipini 

fərqləndirir: 

1.

 



Struktur  zaman:  ləng  gedən  və  uzunmüddətli  trendləri 

özündə birləşdirən “böyük uzunluqda” zaman kəsiyi; 

                                                 

94

 Гринин Л.Е. Периодизация истории: Теоретико – математический анализ, 



М.:Комкнига //URSS.,2006.-  C.53 – 79 

95

 Неформальная экономика. Россия и мир/ под.ред.Т.Шанина – М.: Логос,1999.- 



С. 576 

96

 Wallerstein I. Unthinking Social Science. The Limits of Nineteenth-Century Para-



digms. Cambridge: Polity Press, 1991, p. 223 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə