Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə31/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   27   28   29   30   31   32   33   34   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



82

                                                            

D.Bell  –  bu  cəmiyyətləri  “əsas  instituta”  görə  fərqləndirir.  ndustrial 

cəmiyyətdə  “əsas  institut”  kimi  xüsusi  mülkiyyət,  postindustrial 

cəmiyyətdə isə yaradıcı bilik çıxış edir.  

 Müasir  tarix  fəlsəfəsinin  əsas  problemləri  və  ümumiyyətlə  tarixi 

prosesin  məzmunu  çərçivəsində  müxtəlif  səpgili  mühakimələri  ehtiva 

edən  konsepsiyalar  sırasında  A.Toynbinin  “Lokal  sivilizasiyalar” 

nəzəriyyəsini,  P.Sorokinin  konsepsiyasını  (tarix  –  azsaylı  əsas  cəmiyyət 

tiplərinin  növbələşməsidir)  və  K.Yaspersin  “Xətti  tarix”  nəzəriyyəsini 

xüsusi  olaraq  vurğulamaq  lazımdır.  Dünya  iqtisadiyyatının  tarixi 

prizmasından  A.Toynbinin  baxışlar  sistemini  daha  önəmli  hesab  etmək 

olar.  

A.Toynbinin  lokal  sivilizasiyalar  nəzəriyyəsi  mədəni  tsikllər



 

nəzəriyyəsinin variant müxtəlifliyi içərisində xüsusi yer tutur. Əsas ideya 

ondan  ibarətdir  ki,  tarix  bir-biri  ilə  zəif  qarşılıqlı  əlaqədə  olan  çoxlu 

sayda  sivilizasiyalardan  ibarətdir.  Sivilizasiyalar  tipik  canlı  orqanizm 

kimi yaranışdan məhv olmaya qədər inkişaf yolu keçirlər.  

Öz məzmunu və əhatə dairəsi baxımından A.Toynbinin sivilizasiya 

nəzəriyyəsi O.Şpenqlerin xəttinin davamı kimi daha çox lokal sivilizasiya 

nəzəriyyələrinin klassik variantı kimi başa düşülür. Toynbiyə görə, tarix 

–  insanın  və  bəşəriyyətin  mövcudluğu  naminə  ilahinin  yaratdığıdır. 

Tarixin  əsasında  dünya  qanunu  –  ilahi  hikmətlə  bəşəriyyətin  qarşılıqlı 

təsiri dayanır. Tarixi anlamaqla, insan özü – özünü və  eləcə də, özündə 

olanı  –  ilahi  qanun  və  ali  təyinatı  dərk  edir.  Təzahür  xüsusiyyətləri, 

yaxud  xarici  –  səthi  görünüşdə  tarix  çoxmənalı  görünsə  də,  gerçəkliyin 

dərin qatlarında mahiyyətcə biristiqamətlidir və insanın özünü realizasiya 

vasitəsi ilə Allaha qovuşmasıdır.     

A.Toynbinin

86

  nəzəriyyəsində  mərkəzi  məsələ  müxtəlif  əlamətlər 



toplusu ilə xarakterizə olunan sivilizasiya və qapalı cəmiyyət anlayışıdır. 

Sivilizasiyanın  təsnifatında  istifadə  olunan  kriterilər  dəyişkəndir,  lakin 

bunlardan ikisi həmişə sabit qalır: 

         1. Din və onun təşkili forması; 

         2. Ərazi əlaməti. 

 Bu  kriterilərə  adekvat  olaraq  tədqiqatçı  21  sivilizasiyanı  (Misir, 

And,  Çin,  munoy,  Şumer,  Maya,  Hind,  Ellin,  Qərb,  Provoslav,  Uzaq 

Şərq,  ran, Ərəb, Hind, Meksikan, Yukatan və Babilistan) fərqləndirir ki, 

bunlardan  da  14-ü  “ölü”  sivilizasiyalardır.  Bununla  yanaşı,  A.Toynbi  4 

“doğulmamış”  (məsələn,  skandinaviya),  eləcə  də  “ləngiyən”  (yəni 

                                                 

86

 Тоунби А. Постижение истории. Сборник ,М., 1996.- С.64 




Dünya iqtisadiyyatının tarixi 

 

 



83

                                                            

“doğulmuş”,  lakin  inkişaf  etməmişdir:  məsələn,  polinezey,  eskimos, 

köçəri, spartan və s.) sivilizasiyaları fərqləndirir. Onun fikrincə, primitiv 

cəmiyyətlərdən  fərqli  olaraq,  ”ləngiyən”  sivilizasiyalar  “tarixi  olmayan 

xalqlar”a  əyani  misaldır.  Sivilizasiyanın  genezisini  nə  irqi  amillə,  nə  də 

coğrafi  mühitlə  izah  etmək  olmaz.  Sivilizasiya  o  vaxt  inkişaf  edir  ki, 

bunun üçün “neytral” situasiya formalaşsın, yəni nə çox yaxşı, nə də çox 

pis olmasın və cəmiyyətdə kütləni arxasınca apara biləcək yaradıcı azlıq 

mövcud olsun. Müvəffəqiyyətlə inkişaf edən sivilizasiyalar 4 mərhələdən 

keçir: yaranma, artım, durğunluq və süqut. 

 Göründüyü  kimi,  A.Toynbinin  mövqeyi  mədəni  plüralizm  kimi 

xarakterizə oluna bilər. Yəni bəşər tarixi diskret sosial təşkil olma vahid-

lərinin  (sivilizasiyalar)  məcmusudur.  Bunların  hər  birinin  özünəməxsus 

dəyərlər sistemi və unikal inkişaf yolu vardır (bax: cədvəl 4.4). 

                                                       

Cədvəl 4.4 

 Sivilizasiyaların (S.Xantinqtonun təsnifatında) Qlobal məcmu 

məhsulda xüsusi çəkisinin dinamikası ( % ) 

 

Siviliza- 



siyalar 

1950 

1970 

1980 

1992

87

 

2000 

2005 

2008 

2009 

2009 

1950

-ci-

nis-

bətə

(+;-) 

1. Qərb 

2.Pravoslav 

3. Çin 

4.  slam 

5.  ndus 

6. Yapon 

7. Latın 

Amerikası 

64.1 

16.0 

3.3 

2.9 

3.8 

3.1 

5.6 

53.4 

17.4 

4.8 

4.6 

3.0 

7.8 

6.2 

48.6 

16.4 

6.4 

6.3 

2.7 

8.5 

7.7 

48.8 

6.2 

10.0 

11.9 

3.5 

8.0 

8.3 

46.3 

1.4 

4.9 

2.5 

1.1 

11.1 

3.0 

49.5 

2.7 

6.1 

4.7 

1.4 

7.9 

3.3 

50.1 

4.3 

8.1 

6.6 

1.7 

7.1 

4.4 

46.2 

3.4 

8.5 

5.9 

1.8 

7.2 

4.4 

-17.9 

-12.6 

+5.2 

+3.0 

-1.8 

+4.1 

-1.2 

   


Qeyd: Cədvəl 1992-ci ilə qədər BVF-nın, 2000-ci ildən 2009-cu ilə 

qədər elmi araşdırmalar əsasında tərtib edilmişdir. 

 S.Xanqinqton  sivilizasiya  nəzəriyyəsi  çərçivəsində  8  müasir 

sivilizasiyanı fərqləndirir : 

         1. Qərb; 

         2. Latın Amerikası; 

                                                 

87

 Экономическая энциклопедия. М., Экономика , 1999 , с.946  




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə