Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə27/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   23   24   25   26   27   28   29   30   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



70

                                                            

 

Formasiyalı 



(rasionalist 

paradiqma) 

və 

sivilizasiyalı 



paradiqmaların gerçək məzmunu növbəti paraqraflarda şərh olunur. 

Tarixi  prosesin  dövrlənməsinin  orijinal  versiyası  L.Qumilyov 

tərəfindən  irəli  sürülmüşdür.  Onun  nəzəri  baxışlarının  əsasında  etnos 

anlayışının  ümumiləşdirilmiş  və  modernləşdirilmiş  mənası  dayanır. 

Etnos,  L.Qumilyovun  fikrincə,  insan  orqaniziminə  xas  olan  inkişaf 

fazalarını  -  yaranma,  artım,  qocalıq,  ölüm  –  eyni  ardıcıllıqla  keçir. 

Etnosda  əsas  hərəkətverici  qüvvə  passionarlıqdır.  Passionarlığın 

səviyyəsi etnosun inkişaf mərhələlərini müəyyən edir. Həmin mərhələləri 

L.Qumilyov orta hesabla, 1000 il götürür. ”Ölən ” etnosun yerinə yenisi 

gəlir. Etnoslar – superetnoslar yaradırlar ki, onların qarşılıqlı təsiri məhz 

tarixi  prosesi  doğurur.  Kifayət  qədər  gözəgəlimli  bir  quruluş  alınır. 

Amma, etnosun ilkin passionarlığı necə alınır? sualının rasional yozumu 

qaneedici deyildir. Müəllif bunu, yəni ilkin passionarlığı hansısa kosmik 

şüalanma ilə izah edir?! Məhz bu aspekt L.Qumilyovun yanaşma tərzinə 

bir mübhəmlilik xassəsi gətirir. 

 

§ 4.2. Tarixəqədərki tarix: dövrlənmə problemi 

 

Tarixin  dövrlənməsi  problemi  ilə  bağlı  maraqlı  məqamlardan  biri 

prosesin  tam  şəkildə  əhatə  olunmamasıdır.  Əksər  yanaşmalar  çıxış 

nöqtəsi  kimi  homo  sapiensin  meydana  gəldiyi  tarixi  əsas  götürürlər. 

Həqiqətən  də,  nədən  proses  ilkin  başlanğıcı  (2.5  mln  il  əvvəl),  yəni 

qominid,  hətta  protoqominidləri  əhatə  etmir?

70

  Əlbəttə,  sözügedən 



zamanın dövrlənməsi o qədər şərti olacaqdır ki, (real faktların olmaması 

ucbatından),  onun  hər  hansı  bir  məna  yükü  daşıması  mümkünsüzdür. 

Eyni  zamanda  dövrlənmənin  əsasları  konseptual  və  formal  eyniyyətdə 

olmaq məcburiyyətindədir. Bu anlamda elə bir kriteri müəyyənləşdirmək 

mümkün  deyildir  ki,  “ağıllı  insana”  qədərki  dövrü  əhatə  edə  bilsin. 

Həmçinin,  insanın 

yaranması  prosesinin  (antropogenez)  əsas 

hərəkətverici qüvvəsi daha çox bioloji xarakter daşımışdır. Sosial amilin 

rolu  isə  kifayət  qədər  cüzi  olmuşdur.  Eyni  zamanda,  digər  bir  problem 

homo sapiensin yarandığı tarixlə bağlıdır. Bir qayda olaraq 40-45 min il 

                                                 

70

 Гринченко С.Н Системная память живого (как основа его мегаэволюции и 



периодической структуры).М.: ИПИРАН.,Мир,2004. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



71

                                                            

əvvəlki  tarix  əsas  götürülür.  Bəzi  tədqiqatlarda 

71

  “ağıllı  ”  insanın  100-



200  min  il  əvvəl  meydana  gəldiyi  göstərilsə  də,  40-45  minillik  tarix 

dəyişməz qalmaqdadır. 

Məhz  həmin  dövrdən  etibarən  müasir  mədəni  insan  tipindən, 

ələlxüsus  dilin  meydana  gəlməsindən  və  ümumiyyətlə,  sözün  həqiqi 

mənasında, sosial təkamüldən danışmaq mümkündür. 

 

 



§ 4.3. Tarixi dövrlənmə problemi fəlsəfi müstəvidə 

 

Təbiidir  ki,  sırf  xronoloji  aspektdən  tarixi  prosesin  dövrlənməsini, 

ayrı-ayrı  epoxalara  ayrılmasını  ifadə  etmək  elə  də  müşkül  məsələ 

deyildir.  Məsələn,  qədim  dünya  →  orta  əsrlər→  yeni  dövr  →  ən  yeni 

dövr  tipli  təsnifatın  aparılması  üçün  hansısa  bir  sistemli  araşdırmalara 

ehtiyac  yoxdur.  Həm  də,  nəzərə  almaq  lazımdır  ki,  sonuncu  dövrü 

çıxmaqla əsrlər boyu qəbul edilmiş üçlük öz həyat qabiliyyətini saxlamaq 

imkanında olmuşdur. O.Şpenqlerin “mistik üçlük”

72

 adlandırdığı təsnifat 



tarixi baxımından əksər filosoflar tərəfindən ( .Kant, V.Hegel, K.Marks, 

M.Veber,  Xaydeqqer  və  s.)  qəbul  edilmiş  və  bu  gün  də  dövriyyədə 

qalmaqda davam edir. 

Bununla  belə,  məhz  XX  əsrdə  tarixin  dövrlənməsi  üzrə  müxtəlif 

yanaşmalar  meydana  çıxmışdır.  Aydındir  ki,  müxtəliflik  dövrlənmənin 

kriterisinə  münasibətdə  yaranmışdır.  Belə  ki,  tədqiqatçılardan  bir  qrupu 

(U.Rostou, D.Bell, O.Toffler) əsas kriteri kimi əmək alətlərini, T.Maltus 

əhalinin artımını, Ş.Monteskye coğrafi mühiti və s.götürmüşlər. 

Tarixi  dövrlənmə  probleminə  münasibətdə  fəlsəfi  fikrin  polyarlığı 

daha qabarıq şəkildə nəzərə çarpır: 

I.

 

Dövrlənmənin  əsas  kriterisi  azadlıqdır,  onun  instinktdən 



uzaqlaşma  dərəcəsidir  ( .Fixte).  “...Insan  nəslinin  yerdəki 

həyatının  məqsədi  –  azadlıqdır  və  bütün  münasibətlərin 

ağılla  qurulmasından  ibarətdir”

73



.Fixte  5  epoxanı 

fərqləndirir: 

                                                 

71

 Клима В. Период человека разумного современного вида до начала производст-



ва пищи производящего хозяйства: Oбщий обзор. История человечества.М, 

ЮНЕСКО, 2003 

72

 Шпенглер О. Закат Европы. Новосибирск, 1993, с.6 



73

 И.Г.Фихте. Основные черты современной эпохи // Мир философии: Книга для 

чтения. Ч.2. М.1991.- С.445 



Dünya iqtisadiyyatının tarixi 

 

 



72

                                                            

1.

  Məcburiyyət  olmadan  insani  münasibətlərin  formalaşması 



epoxası;  Başqa  sözlə,  bütün  münasibətlər  kompleksi  “ağıllı” 

instinkt üzərində qərarlaşır; 

2.

  nstinktin  zəiflənməsi,  “seçilmişlər”  tərəfindən  hamı  üçün 



məcburi olan “xarici avtoritetə” çevrilməsi epoxası; 

3.

  Həmin  avtoritetin  və  onunla  birlikdə  bu  vaxta  qədər  yeganə 



formada olan ağlın (zəkanın) inkarı epoxası; 

4.

  Zəkanın  elm  formasında  ümumbəşəri  miqyasda  yayılması 



epoxası; 

5.

  Elmin  incəsənətlə  birləşməsi;  onun  vasitəsilə  həyatın  elmə 



uyğun şəkildə dəyişdirilməsi epoxası. 

 

II.



 

Tarix  –  bir  epoxadan  digərinə  keçiddir  (K.Yaspers). 

Ekzistensializmə görə “insan varlığının tarixi substansiyası” 

- ənənədir. Bəşəri vahidlik mövcuddur. Həmin bu vahidliyin 

məzmununu  izah  etmək  üçün  K.Yaspers  “əsas  (осевой) 

epoxa”  (b.e.ə.  I  minilliyin  ortaları)  anlayışını  elmi 

dövriyyəyə  daxil  edir.  Onun  fikrincə,  məhz  həmin  dövrdə 

insan  tarixi  özünün  məxsusi  strukturunu  əldə  etmişdir.  Hər 

bir tarixi epoxa digərindən özünün spesifik tarixi situasiyası 

ilə  fərqlənir.  Eyni  zamanda,  qeyd  edilir  ki,  oxşar  tarixi 

situasiyaların  yaranması  da  mümkündür.  Məsələn,  müasir 

insan  tipinin  formalaşdığı  dövrdə  Çində,  Hindistanda, 

Fələstində oxşar tarixi situasiyalar mövcud olmuşdur. Məhz 

həmin dövr dünya sivilizasiyasının “əsas epoxası” adlanır. 

III.


 

Tarix  –  istehsal  üsülunun,  yaxud  formasiyaların 

dəyişməsidir  (K.Marks).  “Formasiya”  termini  geoloji 

anlayışdır.  Marksist  yanaşma  ilk  dəfə  onun  (F.Engelslə 

birlikdə)  yazdığı  “  Alman  ideologiyası”  əsərində  (  1845  – 

1846  )  formalaşmışdır.  Sözügedən  əsərdə  cəmiyyətin 

strukturu aşağıdakı kimi verilmişdir :  

Məhsuldar 

qüvvələr→istehsal 

münasibətləri→siyasi 

üstqurum→ictimai süurun formaları.  

Eyni  zamanda,  tarixin  dövrlənməsi  probleminə  də  toxunulmuşdur. 

Həmçinin, hökmran olan mülkiyyət formalarının ardıcıl şəkildə bir-birini 

əvəz etməsi – insan cəmiyyətinin tarixi inkişafının əsas mərhələləri hesab 

olunurdu:  

 

1.



  Tayfa; 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə