Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə23/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   19   20   21   22   23   24   25   26   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



58

                                                            

Tarix  elminin  idraki  imkanlarının  təkamülündən  çıxış  etməklə 

tarixi-iqtisadi  prosesin  dərkedilməsi  səviyyələrini  aşağıdakı  ardıcıllıqla 

vermək olar (şəkil 3.1). 

 

 



 

Şə

kil 3.1. Tarixi-iqtisadi prosesin mahiyyət açıqlanmasının təkamülü 

 

“Tarix-hekayə”  (“narrativ”)  XIX  əsr  tarixinin  prioritet  forması 



olmuşdu. Tədqiqatçılar bu və  ya digər hadisələrin başvermə səbəblərinə 

elə də əhəmiyyət vermirdilər.

63

 

Fransız tarixşünası F.Füre hesab edirdi ki, məhz “tərəqqinin ümumi 



böhranı”  və  “qlobal  və  xətti”  tarix  konsepsiyasına  uyğun  olaraq  “tarix-

hekayə” “tarix-problemlə” əvəz olunmuşdu.

64

 

Ümumiyytələ,  tarixşünaslığın  əsas  istiqamətləri  XX  əsrdə  3 



mərhələdən keçmişdir: 

                                                 

63

 Harriet Gilliam. The Dialektics of Realizm and  dealizm in modern Historiqraphic 



Theory// “H.T” VOL. XV. N3, 1976, p.251 

64

 Furet F. Latelier de  histoire. Paris, 1982, p.76-77 



Elmi idrak sərhədlərinin 

dəyişməsi ardıcıllığı 

Tarixi-iqtisadi hadisələrin təsviri 

Tarixi-iqtisadi hadisələrin 

başvermə səbəblərinin üzə 

çıxarılması 

Tarixi-iqtisadi prosesin şərhi 

(interpretasiyası) 

Tarix-hekayə 

Tarix-problem 

Nəzəri tarix 

Tarix fəlsəfəsi 

Tarix elmində yanaşma 

Tarixi-iqtisadi proses tarix elmi müstəvisində 



Dünya iqtisadiyyatının tarixi 

 

 



59

                                                            

1.

  XIX əsrin sonu – XX əsrin ortalarına qədər ümumsosial-iqtisadi 



təmayülü  ilə  xarakterizə  olunan  “humanitar  tarix”  üstünlüyə 

malik olmuşdu. 

2.

  XX  əsrin  ortalarından  etibarən  əksər  ictimai  elmlərin  tədqiqat 



aparatı  və  nəzəri  modelləri  ilə  zənginləşən  fənlərarası  analitik 

elm  kimi  “Yeni  sosial  tarix”  önə  çıxmışdır.  Onun  əsas  diqqət 

mərkəzində “cəmiyyətdə olan insan”

65

 dayanırdı. 



3.

  Ən  yeni  mərhələ:  tarixin  metodologiyası  və  əsasən  “artımın 

böhranı” tədqiqatın mərkəzi elementinə çevrilmişdir.

66

 



Şübhə 

yoxdur 


ki, 

tarixi-iqtisadi 

prosesin 

nəzəri 


ümumiləşdirilməsinə  nail  olmadan  “dünya  iqtisadiyyatının  tarixi”  fənni 

çərçivəsində  idrak  prosesinin  başa  çatdığından  danışmağa  dəyməz. 

Fənnin sintez xarakteri tarix elmi ilə bağlı olan əsas problemlərdən birini 

–  nəzəri  tarixə  biganə  münasibəti  olduğu  kimi  tarixi-iqtisadi  proseslərə 

yanaşmada da saxlayır, yaxud saxlamaq məcburiyyətindədir. 

Nəzəri  tarixə  olan  biganə  münasibəti  bir  sıra  amillərlə  izah  etmək 

olar: 

1.

  “Tarix-hekayə”  (narrativ)  uzun  dövr  ərzində  tarix  elminin 



mahiyyətini əks etdirmişdir. 

2.

  Nəzəri tarixin mövcudluğunun inkarı; 



3.

  Uzun dövr ərzində tarixi materializmin  yeganə  mütləq həqiqət 

statusunda qəbulu. 

4.

  Tarix  haqqında  və  tarixlə  bağlı  tarixi  gerçəkliyə  adekvat 



olmayan 

konsepsiyaların, 

baxış 

bucaqlarının 



ortalığa 

qoyulması. 

Beləliklə,  tarixi-iqtisadi  proseslərin  interpretasiyasında  istər-

istəməz  iqtisad  elminin  metodoloji  arsenalı  yeganə  istinad  nöqtəsinə 

çevrilir  ki,  yekunda  da  metodoloji  müxtəlifliyə  adekvat  olaraq  müxtəlif 

nəzəri-ümumiləşdirmələr meydana çıxır. 

Predmet  müəyyənliyi  nöqteyi-nəzərindən  digər  məsələ  tarixi-

iqtisadi 

prosesin 

subyekti 

(obyekti) 

ilə 


bağlı 

konseptual 

dəqiqləşdirmələrlə  bağlıdır.  Bu  problem  “Dünya  iqtisadiyyatının  tarixi” 

fənni  prizmasından  xüsusi  önəm  kəsb  edir.  Məhz  bu  aspektdə  ortalığa 

qoyulan  yanılmalar  (subyektin  yanlış  seçimi)  tarixi-iqtisadi  prosesin 

dövrlənməsində ifrat müxtəliflik yaratmışdır. Elə buradaca qeyd edək ki, 

                                                 

65

 Репина Л.П. «Новая историческая школа» и социальная история. М; 1998.- С.9 



66

 Гуревич А.Я. О кризисе современной исторической науки// Вопросы истории. 

1991.- N2-3.- С. 35 



Dünya iqtisadiyyatının tarixi 

 

 



60

                                                            

tarixdə subyekt-obyekt eyniliyi mövcuddur. Yəni tarixi-iqtisadi prosesin 

subyekti elə öyrənilən obyektin özüdür. 

Tarix və dünya iqtisadiyyatının tarixi bölümündə prosesin 

subyektlərini aşağıdakı kimi sıralamaq olar (şəkil 3.2).  



 

 

Şə

kil 3.2. Konkret elmi istiqamət prizmasından tarixi prosesin 



subyektləri (obyektləri) 

 

Dünya  iqtisadiyyatının  tarixi  fənninin  predmeti,  məhz  şəkildə 

verilən ardıcıllığı özündə ehtiva edir. 

Müxtəlif  məktəblər  və  istiqamətlər  arasında  gedən  diskussiyaların 

nəticəsində “iqtisadiyyatın tarixi” fənninin predmeti aşağıdakı redaktədə 

formalaşdırılmışdır: 



“ qtisadiyyatın  tarixi”  fənni  –  iqtisadi  proseslərin,  strukturların, 

institutların,  təsərrüfat  fəaliyyətinin,  hadisələrin  və  nəzəriyyələrin 

inkişafını öyrənir. 

Bu  yanaşma  çərçivəsində  iqtisadiyyatın  strukturu  mühüm 

anlayışlardan biri kimi ortalığa qoyulur. 

Bununla  belə,  tərifin  kumulyativ  xarakter  daşıdığı  açıq-aydın 

şəkildə  görünməkdədir.  Məhz  bu  cür  yanaşmanın  qəbuledilməzliyindən 

Lokal iqtisadi sistem, yaxud 

iqtisadi qaydaların məcmusu 

 

Lokal iqtisadi sistemlərin 



qarşılıqlı əlaqəsi və qarşılıqlı 

təsiri 


 

 Regional iqtisadi sistem. 

Qlobal iqtisadi sistem

 

Dünya iqtisadiyyatının tarixi 



Sosiotarixi orqanizm, yaxud 

konkret cəmiyyət tipi 

 

Sosiotarixi orqanizmlər, yaxud 



cəmiyyət tipləri sistemi 

Qlobal sosium, yaxud bəşəriyyət 

Tarix elmi 

Ümumdünya tarixi prosesin subyektləri (obyektləri) 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə