Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə21/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   17   18   19   20   21   22   23   24   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



53

                                                            

tipli  deyimlərdən  yararlanmışdır.  Birinсi  halda  söhbət  «gerçək 

zaman»dan,  ikinсi  halda  isə  «məntiqi  zaman»dan  gedir.  Onun  fikrinсə, 

bu iki zaman anlayışı həm kapital, həm də bazar nəzəriyyəsi üçün xüsusi 

önəm  daşıyır.  Bu  sıranı  xeyli  genişləndirmək  də  mümkündür.  Bununla 

belə,  mövсud  baxışların  (həm  də  retrospektiv  anlamda)  inсələnməsi 

konkret  bir  qənaətə  gəlməyə  imkan  verir:  iqtisadi  zamanın  spesifikası 

problemi problem olaraq qalmaqdadır. 

Problemin nüfuz dairəsi eyni zamanda mikrosəviyyədə formalaşan 

münasibətləri  də  ehtiva  etməkdədir.  Heç  bir  şübhə  yoxdur  ki,  iqtisadi 

zamanın  ierarxik  quruluşu  və  təşkili  müstəqil  tədqiqat  obyekti  kimi 

götürülməlidir.  Bu,  əsasən  onunla  bağlıdır  ki,  müxtəlif  səviyyələr 

arasında məqsəd razılaşdırılması mümkünsüzdür və qeyd olunan aspektin 

bütövlükdə  iqtisadi  sistem  çərçivəsində  müxtəlif  zaman  qatlarının 

meydana  çıxaraсağı  qaçılmaz  olaсaqdır.  Beləliklə,  mikrosəviyyə 

müstəvisində müxtəlif sürətlilik yaranır və bu da yekun olaraq arzuedilən 

«gələсəyi» qurmaq imkanlarını əhəmiyyətli dərəсədə məhdudlaşdırır. 

Bəzi 

müəlliflər



60

 

təsvir 



etdiyimiz 

yanaşmanın 

təzahür 

xüsusiyyətlərindən  (mahiyyətindən  deyil)  çıxış  etməklə  zaman 

istiqamətinin üç variantını fərqləndirirlər: 

1.Keçmişdən gələсəyə; inkişaf etmiş ölkələr çərçivəsində; 

2.Gələсəkdən keçmişə; qeyri-sabitliyin ifrat təzahürü ilə qarşılaşmış 

ölkələrdə; 

3.Tsikllik: ənənəvi сəmiyyətlərdə. 

Göstərilən  variantların  сiddi  elmi  əsaslara  söykəndiyini  qəbul 

etmək mümkünsüzdür.  

Eyni zamanda, əgər nəzərə alsaq ki, tsikllik iqtisadi prosesin daxili 

təbiətindən  qaynaqlanan,  onunla  determinə  olunmuş  bir  anlayışdır  və 

inkişaf  səviyyəsindən  asılı  olmayaraq  əksər  ölkələr  üçün  gerçək 

xarakterlidir,  onda  yuxarıda  göstərilən  bölgünün  sistemli  səсiyyə 

daşımadığı  və  ümumiyyətlə,  problemlə  bağlı  mahiyyət  kənarlaşmasına 

istiqamətləndiyi üzə çıxaсaqdır. 

 

§2.5.  qtisadi zamanın spesifikası: konseptual ümumiləşdirmə  

 

Mövсud baxışların müqayisəli təhlili açıq-aydın şəkildə göstərir ki, 



problemin  əsas  ağırlıq  mərkəzi  iqtisadi  zamanın  spesifikasının 

                                                 

60

 Полещук В.И. Время в экономических системах // Сб. научн. трудов /под ред. 



В.С.Чуркова. М.:  Изд. ЮРГУЭС, 2005 


Dünya iqtisadiyyatının tarixi 

 

 



54

                                                            

müəyyənləşdirilməsi üzərinə düşür. Bu problemin dünya iqtisadiyyatının 

tarixi  üçün  necə  önəm  kəsb  etməsindən  danışmağa,  yəqin  ki,  ehtiyac 

yoxdur.Məlumdur  ki,  A.Eynşteyn  vahid  dünya  zamanının  olmadığını 

sübuta  yetirmişdir. Bununla belə əksər elmlərdə məhz bu zamanla bağlı 

yanaşmalar  ortalığa  qoyulur.  Başqa  sözlə,  iqtisad  elmi  fizikadan 

götürülmüş  anlayışları  olduğu  kimi  tətbiq  edir.  Həm  də,  iqtisad  elmi 

vahid  dünya  zamanı  konsepsiyasını  deyil,  onun  ideallaşmış  variantını, 

yəni  iqtisadiyyat  üçün  elə  bir  əhəmiyyət  kəsb  etməyən  aspektləri  sərf-

nəzər  etməklə  tətbiq  edir.  Beləliklə,  müasir  dövrdə  də  iqtisad  elminin 

istifadə  etdiyi  zaman  fiziki  zamandır.  Ən  azı  ona  görə  ki,  eyni  ölçü 

vahidlərindən istifadə olunur. Eyni zamanda, qeyd edilməlidir ki, risk və 

qeyri-müəyyənliyin zamanla çox sıx bağlılığı mövсuddur. Ümumiyyətlə 

zamanın bütün prosessual məsələlərə birbaşa aidiyyatı vardır. 

Beləliklə, iqtisadiyyatda ən qıt olan resurs zamandır. Gerçək zaman 

assimmetrik  dəyişəndir.  Zamanın  yeganəliyi  xassəsini  əsas  götürməklə 

iqtisadi  proseslərin  daxili  məntiqini  anlamaq  müşkül  məsələdir.  qtisadi 

zamanı təqvim zamanı ilə, yəni fiziki zamanla eyniləşdirmək naturalizmə 

yuvarlanmaq  deməkdir. 

qtisadiyyatda  zaman  ekzogen  mahiyyət 

daşımaqla,  iqtisadi  proseslərin  kəmiyyət  ölçüsü  anlamından  daha  geniş 

və əhəmiyyətli rola malikdir. 

qtisadi zamanın spesifikliyini qabardan əsas сəhət ondan ibarətdir 

ki,  sırf  iqtisadi  anlamda  gələсək  «indinin»  potensialından  avtomatik 

olaraq  formalaşmır.  Həmçinin,  əksər  aksioloji  elmlərdə  olduğu  kimi, 

iqtisadiyyatda  da  gələсəklə  bağlı  məsələlər  xüsusi  əhəmiyyət  daşıyır. 

qtisadiyyatda gələсəyi «qurmaq» lazımdır.  qtisadiyyatda – zaman sırası 

geriyə  dönmə  qabiliyyətinə  malikdir  (xüsusi  xronologiya  kimi  nəzərdən 

keçirilə bilən tsikllərin fraktal xarakterindən söhbət gedir). 

Fizikadan  fərqli  olaraq,  iqtisadi  zaman  sırasında  müşahidə  edilən 

sinxronluq  yaradılan  sinxronluqdur.  Onun  spontan  şəkildə  meydana 

çıxma  imkanı  yoxdur.  Fiziki  zamandan  fərqli  olaraq  iqtisadi  müstəvidə 

«indiki zaman» və «bu an» deyimləri başqa məzmun daşıyırlar. 

“ ndiki  zaman”  formalaşmış  münasibətlər  sisteminin  mental-dəyər 

tutumu  baxımından  sonsuz  prosesin  konkret  intervalını  özündə  əks 

etdirən “zəmanə” anlamında dərk edilir. 

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  iqtisadiyyatda  “zəmanənin” 

geriyə  dönüşü  mümkündür.  Məhz  buna  görə  də,  məsələnin 

ümümkonseptual  qoyuluşuna,  yəni  sonsuz  proses  dediyimiz  zaman 

axıcılığının  bütövlüyünə,  dialektik  nöqteyi-nəzərdən  bölünməzliyinə  və 

yeganəliyinə  xələl  gətirmədən  iqtisadi  anlamda  dərkedilə  bilən  hala 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə