Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə17/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   13   14   15   16   17   18   19   20   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



44

                                                            

Başqa  ifadə  ilə,  anlamanın  hermenevtik  dairəsi  formalaşır.  Məna 

axtarışı  prosesi  dairəvi  hərəkətdə  olmaqla  hər  bir  yeni  tarixi  dönəmdə 

fərqli  mahiyyət  kəsb  edir.  Məna  dəyişkənliyi  gələn  tarixi  dönəmlərin 

özünün  məna  tutumundan  və  bu  mənanın  xarakterindən  asılı  olaraq  baş 

verir. Məsələn, 1917-ci il oktyabr çevrilişi nəinki ayrı-ayrı tarixi-iqtisadi 

hadisə  və  proseslərə,  hətta  bütövlükdə  çevrilişə  qədər  mövcud  olan 

iqtisadi  sistemə  “yararsız”  damğası  vurdu.  Az  sonra,  1991-ci  ildə  isə 

oktyabr çevrilişinin yaratdıqları inkar olundu... 

Yaxud  öz  dövründə  F.Listin  əsərləri  yumşaq  şəkildə  desək,  qəbul 

olunmurdu.  2008-ci  ilin  qlobal  iqtisadi  böhranı  həmin  əsərləri  (o 

cümlədən,  marksizmi)  yenidən  gündəmə  gətirdi.  Göründüyü  kimi,  sırf 

tarixi anlamda məna sabitliyi yoxdur və ola da bilməz! 

Tarix və iqtisad elminin sintezinin “çat” verən digər məqamlarından 

biri  “tarixin  təkrarlanması”  tezisinə  olan  yanaşmadan  qaynaqlanır. 

Adətən,  “tarix  təkrar  olunmur”  deyilir.  Aydındır  ki,  fiziki  və  xronoloji 

aspektdən tarix təkrarlanmır. Amma bunun sosial, yaxud iqtisadi zamana 

aidiyyəti  yoxdur.  qtisadi  zaman  təkrarlana  bilmək  xusisiyyətinə 

malikdir. 

Eyni  zamanda,  göstərilən  rakursdan  bəzi  tədqiqatçılar  tarixin, 

ümumiyyətlə, olmadığını qeyd edirlər. 

Tarix – hadisələrin ardıcıl gedişidir, əbədi təkrarlanmadır (F.Nitşe). 

Yəni, tarix – hadisələrin burulğanında “itir”. 

Tarix  –  insan  fəaliyyətinin  səlnaməsidir.  Bu  mənada  tarixi  proses 

ideyadan qaynaqlanmaqla öz yolunu davam etdirir. Məhz ideya müəyyən 

edir ki, mövcud situasiyanı daha da yaxşılaşdırmaq üçün nələri dəyişmək, 

yaxud  əlavə  etmək  lazımdır.  Tarixi  hadisələrin  öyrənilməsi  məhz 

ideyadan  başlamalıdır.  Aydındır  ki,  sırf  bu  nöqteyi-nəzərdən  tarix 

təkrarlana  bilməz.  Belə  ki,  hər  bir  tarixi  hadisə  -  ideyanın  (digər 

hadisələrdəki  ideyadan  fərqli)  əsas  məqsədinə  doğru  yönələn  prosesin 

yaratdığı şeydir. Yəni hər bir ideya bir növ innovasiya xarakteri daşıyır. 

qtisadi sistem və onu formalaşdıran iqtisadi siyasət də ilkin olaraq 

ideyadan qaynaqlanır. Lakin sonrakı prosesdə həmin “ideya” maddiləşir, 

münasibətlər  kompleksində  “əriyir”  və  “yoxa  çıxır”.  Tarixi  hadisəni 

qiymətləndirən  iqtisadçı  artıq  ideyanı  deyil,  həmin  dövrdə  formalaşmış 

iqtisadi sistemin məzmununu əsas götürür və .... yekun olaraq, həqiqətin 

aşkarlanması prosesində “obyektiv” yanılmalara yol verir. Eyni ilə, tarixi 

hadisələrin  (müxtəlif  sivilizasiyalarda  baş  verən)  müqayisəsinin  də 

mütləq  anlamda  qəbulu  yalnışlıq  hesab  olunmalıdır.  Hər  şeydən  öncə 

tarixi  hadisənin  səbəbiyyət  müstəvisində  “yaradıcı”  mexanizmləri 



Dünya iqtisadiyyatının tarixi 

 

 



45

                                                            

aşkarlanmalı,  sonraki  mərhələdə  empirik  səviyyə  qiymətləndirilməli, 

mahiyyət  üzrə  konseptual  ümumiləşdirmə  aparılmalı,  yalnız  bundan 

sonra  digər  analoji  hadisələrlə  müqayisəsi  həyata  keçirilməlidir. 

Müqayisənin  mahiyyət  açıqlanmasından  önə  keçirilməsi  dolaşıqlıq 

yaratmaqdan qeyri heç bir nəticə verə bilməz. 

 

§2.3. Metodoloji dilemmalar 

 

Sübut etməyə ehtiyac  yoxdur ki, hər bir elmin “elmlik” statusu ilə 

onun metodologiyası arasında çox ciddi səbəbiyyət bağlılığı mövcuddur. 

“Çox  ciddi”  ifadəsi  qaçılmazlıq  mənasındadır.  Metodologiya  –  (yunan 

mənşəli  metod  və  loqos  –  “elm”)  elmi  idrakın  quruluşu,  metodları  və 

üsulları  haqqında  fəlsəfi  təlimdir.  Əksər  hallarda,  metodologiyanı 

metodun ümumi nəzəriyyəsi də adlandırırlar. 

Tarixi  –  iqtisadiyyatın  (o  cümlədən,  dünya  iqtisadiyyatının  tarixi) 

elmi  araşdırmalarında  istifadə  olunan  və  bu  gün  də  qüvvədə  olan 

metodologiyanın ümumi əsasları müxtəlifliyi ilə səciyyələnir. Yəni qeyd 

edilən elmi istiqamətin vahid metodoloji konsepsiyası yoxdur. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



46

                                                            



 

 

Şə

kil 2.3. Tarixi-iqtisad elminin metodoloji arsenalı 



 

Göründüyü  kimi,  vahidlik  yoxdur.  Bir  sıra  metodların  tətbiqi 

(məsələn, eksperiment) ümumiyyətlə mümkünsüzdür və s. Eyni zamanda 

dünya  iqtisadiyyatının  tarixi  fənninin  inteqrativ  xarakter  daşıması 

metodoloji aspektdə mövcud olan problemləri daha da mürəkkəbləşdirir. 

Bu  mənada  problemi  aktuallaşdıran  əsas  səbəblər  iki  mənbədən 

qaynaqlanır: 

1.

  Tarix  və  iqtisad  elminin  həm  fəlsəfəsi,  həm  də 



metodologiyasının  adekvat  şəkildə  inkişaf  etməməsi,  həqiqətin 

aşkarlanması  kriteriyələrinin  hamı  tərəfindən  qəbul  edilə 

biləcək  səviyyədə  işlənib  hazırlanmaması,  hər  iki  elmin 

konseptual  olaraq  leviterizm  mərəzindən  hələ  də  xilas  ola 

bilməməsi; 

2.

  Hər  iki  elmə  xas  olan  mücərrəd  əqlinəticələr  və  müqəddəm 



şərtlərin  inteqrativ  bağlılıqda  doğurduğu  ziddiyyətli  məqamlar, 

müxtəlif  məzmunlu  dilemma  və  dixotomiyaların  meydana 

çıxması. 

Tarixin  metodologiyası  (o  cümlədən,  fəlsəfəsi)  materializm  → 

idealizm,  dualizm  →  monizm  dilemmaları  arasında  savaş  meydanını 

xatırladır. 

Qeyd edilən müstəvidə diskussiyalar bu gün də davam etməkdədir. 

Metodologiyanın ümumi əsasları 

Ümumidrak metodları 

 

- Dialektika 



- Abstraksiya 

Əsas prinsiplər 

 

- Nəzəriyyə və təc-



rübənin vəhdəti 

- Müəyyənlik 

- Konkretlilik 

- Səbəbiyyət 

-  nkişaf 

- Obyektivlik 

- Dərkedilməklik 

Empirik-nəzəri 

metodlar 

 

 



- Müşahidə 

- Eksperiment 

- Ölçmə 

- Təsvir 

Məntiqi-nəzəri metodlar 

1)

 Analiz və sintez 



2)

  nduksiya 

3)

 Deduksiya 



4)

 Analogiya 

5)

 Sair 


 

Metodoloji 

yanaşmalar 

 

 



-Formasiyalı 

sistem yanaş-

ması 

- Texnoloji 



yanaşma 

- Sivilizasiya 

yanaşması 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə