Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə16/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   12   13   14   15   16   17   18   19   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



41

                                                            

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Şə

kil 2.2. Tarixi dövrlənmənin zaman “çəkisizliyi” – keçid dövrü 

 

 Keçid  dövrünün  özünəxas  olan  qanunları  varmı?  Həmçinin,  fərz 



etsək  ki,  iqtisadiyyatın  qərarlaşması  qanunları  tarixi  faktlardır  və  buna 

görə də tarixi hadisələrin dəyişməsinə uyğun olaraq, dəyişirlər, onda belə 

alınır  ki,  heç  bir  dəyişikliyə  məruz  qalmayan  dövrlərin  mövcudluğu 

haqqındakı təsbitlə ziddiyyət yaranacaqdır. 

8.

  Sosial və iqtisadi təkamülün tarixi təmayülləri (ələlxüsus, yaxın 



keçmişdə)  gələcəkdə  də  olacaqdır.  Buna  görə  də,  keçmişin 

öyrənilməsi  gələcəkdə  baş  verəcək  hadisələrin  xarakterini 

indidən  anlama  imkanı  verir.  Qeyd  edilən  ehkamçı  yanaşmaya 

bir neçə istiqamətdən baxmaq olar: 

  “....  Cari  epoxa”  konsepsiyasının  yanlış  dərki;  Yaxın 



keçmişdə  olanların  mexaniki  şəkildə  cari  duruma  aid  edilməsi 

yanlışlıqdır. Müəyyən zaman çərçivəsində hansısa dövrü “indi” 

kimi  qəbul  ediriksə,  deməli,  hansısa  problemə  münasibətdə  bu 

dövr ərzində şərtlərin sabit qaldığını nəzərdə tuturuq. Buna görə 




Dünya iqtisadiyyatının tarixi 

 

 



42

                                                            

də  fəaliyyətin  müxtəlif  istiqamətlərində  “indi”nin  konsepsiyası 

müxtəlif  cür  təzahür  edir

39

.  Eyni  zamanda,  bu  sabitliyin  nə 



qədər  sürəcəyi  və  gələcəyin  hansı  zaman  intervalını  əhatə 

etməyin lazım gəldiyi heç vaxt dəqiq müəyyən edilə bilməz. Bu 

aspektdə  irəli  sürülən  fikirlərdə,  deyimlərdə  bir  ehtimal 

elementi olmalıdır: Dünən vəziyyət belə idi, gözləyirik ki, hələ 

bir müddət həmin vəziyyətdə dəyişiklik baş verməyəcəkdir. 

Konkret iqtisadi siyasətin gələcəkdə nələrə gətirib çıxaracağını 



indidən  qiymətləndirmək  mümkün  deyildir.  Belə  ki,  söhbət 

istənilən  halda  keçmişdən  gedir,  yəni  biz  keçmişin  tarixini 

araşdırırıq,  “gələcəyin”  yox!  Bu  baxımdan  yalnız  bir  ehtimal 

irəli  sürmək  mümkündür  ki,  bugünkü  şərtlər  kompleksinin 

dəyişməyəcəyi,  sabit  qalacağı  halda  gələcəkdə  olacağı 

gözlənilənlər 

bugünkü 

situasiyadan 

qədər 


də 

fərqlənməyəcəkdir. Lakin əsas problem də məhz ondadır ki, bu 

şərtlərin  dəyişməyəcəyini  əvvəlcədən  müəyyənləşdirmək 

mümkünsüzdür.  Tarixilik  (istorizm)  –  dəyişikliyin  nə  vaxt  baş 

verəcəyini  bilmir.  O,  yalnız  keçmişdəki  təmayüllərdən  danışır. 

Bunun  avtomatik  olaraq  gələcəyə  aid  edilməsi  yalnışlıqdır. 

Fələsəfi  fikir  təmayülünün  metafizik  təsəvvürlərini  bir  tərəfə 

qoyaraq  L.Mizes  yazır  ki,  “...  Biz  başa  düşməliyik  ki, 

təmayüllər  dəyişə  bilərlər...  keçmişdə  dəyişənlər  gələcəkdə  də 

dəyişmə iqtidarındadırlar”

40



Tərəqqi  və  tənəzzül  konseptlərinə  münasibətdə  iqtisad  elmi  hər 



kəsin anlaya biləcəyi mövqedən çıxış edir. Bu problemə insan fəaliyyəti 

nöqteyi-nəzərindən  yanaşılır.  Tezisin  mahiyyəti  son  dərəcə  anlaşıqlıdır: 

Həyat  şəraitinin  yaxşılaşmasına  yönələn  hərəkət-tərəqqidir.  Əlbəttə, 

unutmaq  olmaz  ki,  proses  –  obyektiv  olaraq  dərkedilən,  tərəqqi  isə  - 

subyekt qiymətləndirilən konseptlərdir.... Lakin iqtisadi nöqteyi-nəzərdən 

məsələnin başqa cür qoyuluşu da ola bilməz. 

Tarixi  hadisələrin  qiymətləndirilməsində  “tarixi  hissin”  qabarıq 

şəkildə ifadə edilməsinə (elmi tədqiqatda) canatma, sırf iqtisadi anlamda 

yanılmadan başqa bir şey  deyildir.  Başqa sözlə,  tarixi hadisənin düzgün 

qiymətləndirilməsi  yalnız  və  yalnız  həmin  hadisənin  baş  verdiyi  tarixi 

situasiyadan çıxış etməklə ortalığa qoyula bilməz. Məsələn, Qədim Roma 

imperiyasında iqtisadi situasiyanı yaxşılaşdırmaq mümkün idimi? Yaxud 

                                                 

39

 Мизес Л. Человеческая деятельность. M., 1992.- С. 97 



40

 Mises l. Planning form Freedom. South Holland, III., 1952., p.163-169. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



43

                                                            

orta  əsrlərdə  Asiyada  baş  verən  kütləvi  yoxsulluq  nədən 

qaynaqlanmışdır?  -  sualına  həmin  dövrün  tarixi  məzmununa  istinadla 

cavab  vermək  kifayət  qədər  müşkül  məsələdir.  Amma  iqtisad  elminin 

gerçəkliyi  şübhə  doğurmayan  müddəalarına  əsasən  hər  iki  hadisəni 

dəyərləndirmək  mümkündür.  Belə  ki,  əgər  Roma  imperatoru  yüksək 

qiymət  siyasətini  yerinə  yetirməsə,  o  cümlədən  pulların  xarab  edilməsi 

ilə  məşğul  olmasaydı  situasiya  tamamilə  başqa  məzmun  daşıyacaqdı. 

Yaxud  Asiya  hökmdarları  hüquqi  və  konstitusion  sistem  tətbiq  etməklə 

kapital yığımı prosesinə şərait yaratsaydılar, kütləvi yoxsulluğu önləmək 

mümkün  ola  bilərdi.  Bununla  yanaşı,  tarixi  hadisələrin  iqtisadi 

məzmununun  dəyərləndirilməsi,  bir  sistemli  anlayış  olmaq  etibarilə 

kifayət  qədər  problematikdir.  Məsələn,  1929-33-cü  illər  böhranının 

nəticələrinin  aradan  qaldırılması  Keynsin  nəzəriyyəsindən  istifadə 

edilməklə  baş  tutduğunun  gerçək  həqiqət  olduğunu  birmənalı  şəkildə 

söyləmək  mümkün  deyildir.  Bu  halda  iqtisadi  həqiqət  öz  “həqiqiliyini” 

təkrar  verifikasiyada  (falsifikasionizmə  münasibətdə  də  analoji  məzmun 

daşıyır)  sübuta  yetirməlidir.  Lakin  təkrar  verifikasiyanın  aparılması 

mümkünsüzdür.  Belə  ki,  bunun  üçün  gərək  həmin  dövr  bütün 

təfərrüatları ilə bərpa edilsin ki, bu da tamamilə qeyri-realdır. 

Tarix və iqtisad elminin sintezinin “çat” verdiyi əsas məqamlardan 

biri tarixi təcrübəyə münasibət məsələsidir. Aydındır ki, tarixi təcrübəyə 

istinadla  müxtəlif  fəaliyyət  üsullarının  və  eləcə  də,  ictimai  institutların 

ortalığa  qoyduğu  nəticədən  nəinki  planetar  miqyasda,  hətta  ayrıca 

götürülmüş bir region çərçivəsində qəbul edilə biləcək ümumi qaydalar, 

ümumi  yanaşma  tərzi  formalaşdırmaq  mümkün  deyildir.  Amma  bu 

qənaət  heç  də  o  anlama  gəlmir  ki,  tarix  heç  nəyi  öyrətmir.  Məsələnin 

qoyuluşu, sadəcə olaraq tarixi prosesin məzmun identikliyini yaradanlara 

münasibətdə  qəlizləşir.  Məsələn,  tarix  yox,  iqtisad  elmi  xüsusi 

mülkiyyətin  hansı  rol  oynadığını  (sivilizasiyanın  inkişafı  prosesində) 

rasional  şəkildə  şərh  etmək  iqtidarındadır.  Əlbəttə,  əgər  qeyd  olunan 

məsələ  “xalis”  tarixi  müstəviyə  keçirilirsə  (tarixilik  konsepsiyası  bu 

mövqedədir)  onda,  təbiidir  ki,  tarixdən  heç  bir  örnək  əldə  edilə  bilməz. 

Dünya  iqtisadiyyatının  tarixi  rakursunda  tarixi  prosesin  real  məzmunu 

onun  iqtisadi  determinantları  əsasında  formalaşır.  Yəni  tarixin  mənası 

(qeyd  edilən  aspektdən)  iqtisadi  mahiyyətdə  olanların  formalaşdırdığı 

məna  kimi  çıxış  edir.  Bu  baxımdan  tarixin  mənasının  anlaşılması  bir 

proses  olmaq  etibarilə  sonsuzluğa  qədər  uzana  bilər.  Belə  ki,  hər  bir 

konkret  tarixi  situasiyada  ötüb-keçənlərin  qiymətləndirilməsi  həmin 

situasiyanı “yaradan”ların subyektiv baxışlarına şamil edilir. 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə