Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə15/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   11   12   13   14   15   16   17   18   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



38

                                                            



 

Şə

kil 2.1.  Tarixi-iqtisadiyyat elminin tipologiyası. 

 

Elmin  formalaşması  və  inkişafı  prosesinə  paralel  olaraq  kateqorial 



aparat  təşəkkül  tapmış,  elmin  predmeti,  əhatə  dairəsi  və  tədqiq  sahəsi 

müəyyənləşmişdir. Son 2 əsr ərzində elmin adı bir neçə dəfə dəyişmişdir. 

lkin olaraq “ qtisadi tarix” adlanmış və ayrı –ayrı ölkələrin iqtisadi tarixi 

kimi 


qəbul 

edilmişdir. 

(“ ngiltərənin  iqtisadi  tarixi”).  Tədricən  tədqiqat  oblastı  genişlənməyə 

başlamış, daha iri regionların, məsələn, Avropanın iqtisadi tarixi, sonralar 

isə  bütövlükdə  dünya  iqtisadiyyatının  tarixi-xronoloji  inkişaf  prosesini 

əhatə etmiş və yekun olaraq “Dünya iqtisadiyyatının tarixi” adlanmışdı. 

Ümumiyyətlə,  tarixi-iqtisadiyyatın  bir  elm  sferası  kimi  müasir 

tipologiyasını aşağıdakı əlamətlər üzrə vermək olar (şəkil 2.1). 



 

 

§2.2. Sintezin “qırılma” nöqtələri 

 

Tarixilik (istorizm) rasionalizmə cavab reaksiyası kimi XVIII əsrin 



sonunda  meydana  gəlmişdir.  Bu  yanaşma  çərçivəsində  zəka-ənənələrin 

nüfuzu  və  ötən  əsrlərin  müdrikliyi  ilə  əvəzlənir.  lkin  variantda 

mühafizəkar  mövqedə  dayanan  tarixilik  konsepsiyası  sonralar  siyasi 

yönümünü  dəyişmiş,  kapitalizmi  və  azad  ticarəti  əsas  “şər”  anlayışları 

kimi qəbul etmişdir. 

Bəri  başdan,  qeyd  etmək  lazımdır  ki,  tarixiliyin  tarixlə 

eyniləşdirilməsi  yanlışlıqdır.  Tarixilik  –  enistemoloji  doktrina  olmaqla 

keçmişə  ona  görə  nəzər  salır  ki,  gələcək  haqqında  fikir  bildirsin.  Eyni 

zamanda,  bu  konsepsiyanın  bəzi  tərəfdarları  belə  bir  qənaətdədirlər  ki, 

tarix – insan fəaliyyətinin öyrənilməsinin yeganə üsuludur və buna görə 

də  insan  fəaliyyətinin  ümumi  nəzəri  elminə  heç  bir  ehtiyac  yoxdur. 

Digərləri  tarixin  elmi  statusuna  şübhə  ilə  yanaşır,  nə  qədər  paradoksal 

səslənsə  də,  pozitivzm  fəlsəfəsinin  müddəalarından  yararlanmaqla  yeni 

elm formalaşdırmağa çağırırlar. 

Yeni  elm  –  tarixi  təcrübəni  araşdırmaqla  tarixi  təkamülün  və 

“dinamik” dəyişikliklərin qanunlarını ortalığa qoymalıdır. 

Ümumiyyətlə,  tarixliyin  əsas  məqsədi  rasionalizm  fəlsəfəsi  və 

iqtisad elminin birmənalı inkarına nail olmaqdan ibarətdir. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



39

                                                            

Tarixiliyin əksər istiqamətləri, o cümlədən alman və Britaniya tarixi 

məktəbləri,  amerikan  institusionalizmi  və  s.  iqtisad  elmini  –  yumşaq 

şəkildə ifadə etsək – qəbul etmirlər. 

Qarşılıqlı  münasibətlərdə  “qırılma”  nöqtələrini  (tarixçilərin 

mövqeyindən) aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 

1.

  qtisad  elminin  teoremləri  –  aprior  mühakimənin  məhsulu 



olduğuna  görə  məzmunsuzdur.  Yalnız  tarixi  təcrübə  real 

məzmunlu  iqtisad  elmini  formalaşdıra  bilər.  Bununla  belə, 

tarixilik  konsepsiyası  “unudur”  ki,  tarixi  təcrübə  həmişə  çoxlu 

sayda  elementlərin  qarşılıqlı  təsiri  nəticəsində  formalaşan 

mürəkkəb hadisələrin təcrübəsidir. 

Belə  təcrübədən  konkret  “fakt”  əldə  etmək  son  dərəcə 

problematik bir məsələdir.  qtisadi müstəvidə faktlar – istisnasız 

olaraq  –  nəzəri  “yüklü”dürlər.  Bu  mənada  tarixi  faktların 

interpretasiyası konkret teorem çərçivəsində mümkündür. Tarixi 

faktlar  özləri-özlərini  şəhr  etmək  iqtidarında  deyildir.  Başqa 

sözlə,  iqtisad  elmi  və  tarixilik  arasındakı  ziddiyyət  faktlara 

münasibətdə deyil, onların interpretasiyasındadır. 

2.

  qtisadçıların  iqtisadi  qanun  adlandırdıqları  məfhum  əslində 



prinsiplərdən başqa bir şey deyildir və epoxal keçidlərdə mütləq 

şəkildə  dəyişilməyə  məruz  qalırlar.  Başqa  sözlə,  bu  prinsiplər 

yalnız  kapitalizm  üçün  doğrudur,  sosializmə  keçidlə  öz 

mahiyyətlərini  dəyişirlər:  xərclər  və  mənfəət  kateqoriyaları 

kimi.  Mənfəət  xatirinə  istehsal  istehlak  xatirinə  istehsalla  əvəz 

olunan kimi bu kateqoriyalar əhəmiyyətsizləşəcəklər. 

Bu  tezisin  də  rasional  elmi  yozumu  yoxdur.  Belə  ki,  xərclər  – 

hər  hansı  bir  hadisənin  özünəxas  xüsusiyyətlərindən  asılı 

olmayaraq,  insan  fəaliyyətinin  istənilən  növündə  vaz  keçilməz 

element  kimi  çıxış  edir.  Xərc  -  əslində  əldə  edilməsi  istənilən 

şeyin  dəyəridir.  Yaxud  həmin  şeyin  qiymətidir.  Xərcsiz  əldə 

olunan  şey  iqtisadi  nemət  hesab  olunmur  və  bu  anlamda  da 

iqtisad  elminin  maraq  dairəsindən  kənardadır.  Analoji  olaraq 

mənfəətlə  də  bağlı  yanaşmanın  yalnışlığı  üzə  çıxarıla  bilər. 

Mənfəət  –  şeyin  yüksək  dəyərliliyi  ilə  onun  yaranması 

dəyərliliyi  arasındaki  fərqdir.  Əks-situasiyada  mənfəət  itkilərlə 

əvəzlənir.  Aydındır  ki,  istənilən  iqtisadi  fəaliyyət  növü  itkilərə 

istiqamətlənə bilməz – bu, sadəcə olaraq nonsensdir. Buna görə 

də, 

kapitalizmin 



hansı 

quruluşla 

əvəzlənəcəyindən 

(əvəzlənəcəkmi?),  yüksək  mənəvi-etik  normaların,  ədalət 




Dünya iqtisadiyyatının tarixi 

 

 



40

                                                            

prinsipinin  hansı  miqyasda  qərarlaşacağından  asılı  olmayaraq, 

xərclər və mənfəət kateqoriyaları mövcud olacaqdır. 

3.

  qtisad  elminin  əsas  səhvi  insanı  yalnız  maddi  rifaha  can  atan 



eqoist kimi səciyyələndirməsidir. 

4.

  Tarixiliyin fundamental tezisi ondan ibarətdir ki, təbiətşünaslıq 



elmləri, riyaziyyat və məntiq istisna olmaqla, tarixdən qeyri heç 

bir  bilik  mənbəyi  yoxdur.  Belə  ki,  insan  fəaliyyəti  sferasında 

qarşılıqlı  əlaqələrin  requlyarlığı  və  hadisələrin  ardıcıllığı 

yoxdur.  Deməli,  iqtisad  elminin  mövcudluğu,  eləcə  də  iqtisadi 

qanunların  aşkarlanması  mənasızdır.  Yeganə  gerçək  metod  – 

tarixi metoddur. 

5.

  Həqiqi olan iqtisad elmi deyil, iqtisadi tarixdir. Bununla yanaşı, 



iqtisadi  nəzəriyyə  olmadan  iqtisadi  tarixin  necə,  hansı  yolla 

interpretasiyasını vermək olar? Sualına susmaqla cavab verirlər. 

6.

  Tarixi  təcrübədən  aposteriori  olaraq  qanunları  formalaşdırmaq 



mümkündür  ki,  bunun  da  əsasında  yeni  elmlər  –  sosial  fizika, 

yaxud institusional iqtisadiyyat yaranar. 

7.

  Tarixçilər  (periodalistlər)  tarixi  hadisələrin  gedişini  iqtisadi 



qanunların xarakteristikasından çıxış etməklə müxtəlif dövrlərə 

ayırırlar.  Onların  fikrincə,  məhz  bu  qanunlar  hər  bir  dövrün 

iqtisadi məzmununu formalaşdırır. Beləliklə, qapalı dairə alınır. 

qtisadi  tarixin  dövrlənməsi  üçün  hər  bir  dövrdə  fəaliyyətdə 

olan  iqtisadi  qanunları  araşdırmaq  lazım  gəlir.  Eyni  zamanda, 

həmin  qanunların  aşkarlanması  isə  yalnız  digər  dövrlərdə  baş 

verən  hadisələri  nəzərə  almadan  məhz  həmin  dövrün 

araşdırılması  nəticəsində  mümkündür.  Tarixçilərin  məntiqi  ilə 

davam  etsək,  onda  tarixin  gedişi  aşağıdakı  məzmun  kəsb 

edəcəkdir:  iqtisadi  təkamülün  mərhələləri  (müxtəlif  tarixi 

dövrlər) bir-birini ardıcıl olaraq əvəz edir və hər bir mərhələdə 

özünəxas  olan  iqtisadi  qanunlar  sabit,  dəyişməz  qalır.  Bir 

mərhələdən  digərinə  keçid  haqqında  isə  heç  nə  deyilmir.  Əgər 

nəzərə alsaq ki, dövrlənmə - “göz qırpımında” baş vermir, yəni 

müəyyən  zaman  intervalını  əhatə  edir,  onda  kifayət  qədər 

maraqlı  suallarla  qarşılaşacağıq:  Bu  keçid  dövründə  nə  baş 

verir, yaxud hansı iqtisadi qanun fəaliyyət göstərir? 

 

 



 

 

Empirik 



Keçid dövrü 

Ontoloji 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə