Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə18/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   14   15   16   17   18   19   20   21   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



47

                                                            

Q.Rikkert haqlı olaraq göstərirdi ki, tarixlə təbiətşünaslıq elmlərinin 

metodları  arasında  fərq  qoymaq  lazımdır.  Belə  ki,  təbiətşünaslıq 

metodları  qanunauyğunluqları  müəyyənləşdirməyə  yönəlirsə,  tarixdə  - 

fərdi və təkrarolunmazın dərkedilməsi əsas vəzifə kimi ortaya qoyulur. 

C.Klark  “obyektiv  tarixi  həqiqətin  itirildiyindən”

41

danışırdı.  Bu  o 



deməkdir ki, tarix – sonsuz sayda mənalardan ibarətdir və onların hər biri 

ayrı-ayrılqda mötəbər hesab olunmalıdır. 

A.Berqsonun  intuitivizm  fəlsəfəsinə  istinad  edənlər  gerçəkliyin 

rasional inikasını tədqiqatçının intiutiv hissinə qarşı qoymağa çalışırdılar. 

XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  rus  tədqiqatçıları  (N. . 

Kareev, R.Y.Vipper və s.) materializm, idealizm və ümumiyyətlə hər cür 

ziddiyyətlərdən “yüksəkdə” durmağa cəhd etmişdilər. Məsələn, Kareev

42

 



tarix  fəlsəfəsini  tarixi  biliklərin  üçüncü  –  yüksək  pilləsi  hesab  edirdi 

(“tədqiqat”  →  “quruluş”  →  “təfəkkür”).  Həm  də  hesab  edirdi  ki, 

materialist  və  idealistlər,  eləcə  də  dualizm  →  monizm  arasındakı 

diskussiyaların  heç  bir  əhəmiyyəti  yoxdur.  Belə  ki,  buradan  çıxış  yolu 

tapmaq  mümkünsüzdür.  O,  eyni  zamanda  O.Kontun,  Q.Spenserin  və 

K.Marksın  nəzəriyyələrini  qəbul  etmir,  eklektik  sintezin  yeganə  düzgün 

yanaşma olduğunu göstərirdi. R.Vipper də hesab edirdi ki, ayrı-ayrılıqda 

həm materialist, həm də idealist yanaşmalar “... natamamdır, kifayətedici 

deyil, birtərəflidir”.

43

 



L.Krasavin,

44

  qərb  tədqiqatçıları  kimi,  hesab  edirdi  ki,  tarixin 



predmeti  –  “təkcədir”,  “fərdi-təkrarolunmazdır”  və  “sosial-psixolojidir” 

(insanların fəaliyyətində). 

Qarşılıqlı uyğunsuzluq (yanaşma tərzlərində) tarixin elmi statusunu 

da  müəyyən  mənada  şübhə  altına  salmışdır.  Fransız  tarixçisi  Ş.Senobos 

yazırdı  ki:  “...  tarix  elm  deyil:  O,  yalnız  xüsusi  dərketmə  prosesidir.”

45

 



F.Nitşe  və  O.Şpenqler  tarixi  “poeziya”,  “incəsənət  əsəri”  hesab 

edirdilər.

46

  O.Şpenqler  birmənalı  olaraq  göstərirdi  ki,  tarixi  tarixçilər 



yaradır  və  bunu  Qərb  metodologiyasının  əsas  tezisi  kimi 

səciyyələndirirdi. Fransız tarixçisi P.Veyn

47

 hesab edirdi ki, tarixi – elm 



                                                 

41

 Карр Э. История и факты // Современные тенденции в буржуазной философии и 



методологии истории. Ч.1 и 2., М; 1969.- С.32 

42

 Кареев Н. Теория исторического знания. СПБ, 1913.- С.10. 



43

 Виппер Р. Кризис исторической науки. Казань, 1921.- С.13. 

44

 Красавин Л.П. Введение в истории. Пг. 1920.- С.8. 



45

 Сеньобос Ш. Исторический метод в применении к социальным наукам. М., 

1902., 

46

 Шпенглер О. Закат Европы. Новосибирск., с.5, 1993.- с,160 



47

 Veyne P. Comment on ecrit histoire. Paris., 1971., p.9-10. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



48

                                                            

elan etmək, “olmaq” və “bilmək” fellərini dolaşıq salmaq kimi bir şeydir. 

Tarix – izahat vermir və onun metodu yoxdur. Eləcə də, postpozitivizmin 

banisi  K.Popper  özünün  “Нищета  историцизма”  əsərində  tarixin  elmi 

statusunu  inkar  edir,  ingilis  filosofu  və  tarixşünası  R.Kollinqvud  tarixi 

prosesin  tədqiqatında  dialektikanın  tətbiqini  mümkünsüz  hesab  etmişdir 

və s. 


Ümumiyyətlə,  materializm  →  idealizm  dilemmasi  çərçivəsində 

gedən 


diskusiyalar 

bütövlükdə 

tarix 

fəlsəfəsinin 



eləcə 

də 


metodologiyanın inkişafında müsbət işarəli rol oynamışdır. 

Sırf metodoloji nöqteyi-nəzərdən şübhə yoxdur ki, tarixi prosesdən 

səbəbiyyətin  “qovalanması”  labüd  olaraq  təsadüfiliyin  mütləqləşməsinə 

gətirib  çıxarır  ki,  bu  da  nəticədə  sistemləşdirmə  və  ümumiləşdirmə 

aparmağı  əhəmiyyətli  dərəcədə  çətinləşdirir.  Tarixə  -  hadisələrin 

tənzimlənməyən  axını  kimi  yanaşmaq  onu  adi  xronikaya  çevirir.  Hal-

hazırda, qərb tədqiqatçılarının əhəmiyyətli dərəcədə böyük hissəsi tarixin 

elmi statusunu qəbul edirlər. 

A.Berr

48

  yazır ki, “... Tarix – həqiqəti aşkarlamanın formalarından 



biridir”,  buna  görə  də  onu  bellestristikaya  aid  etmək  yalnışlıqdır.  Eyni 

zamanda,  hesab  edilir  ki,  səbəbiyyət  anlayışı  tarixi  şərhin  əsas 

kateqoriyası deyildir. 

Tarixi  tədqiqatlarda  (o  cümlədən,  iqtisadi  aspektdə)  metodoloji 

aydınlıq  problemi  XX  əsrin  sonlarına  yaxın  sürətlə  aktuallaşmağa 

başlamış,  axtarış  prosesi  ziddiyyətli  təmayüllərin  tam  “əsarətinə” 

düşmüşdür.  Tarixin  əlahiddələşməsinə,  tarixi  biliklərin  spesifikliyinin 

qabardılmasına, 

“antissientik” 

istiqamətin 

güclənməsinə, 

postmodernizmin ön plana çıxarılmasına və s. yönümlərdə edilən cəhdlər 

problemə  yanaşmada  arzuedilən  nəticənin  əldə  olunmasına  imkan 

yaratmamışdır. 

Elmin  subyektivist  konsepsiyasının  dirçəldilməsi,  pozitivizmdən 

hermenevtikaya, kəmiyyət ölçülərindən keyfiyyət aspektlərinə keçid və s. 

problemdən  çıxış  yolları  istiqamətində  aparılan  axtarış  prosesinin 

müəyyən bir hissəsini təşkil edir.

49

 

L.Repina  qeyd  edir  ki,  “...  Ssientik  və  humanitar  antitezisin, 



struktur  və  antropoloji  yanaşmaların,  makro  və  mikro  tarixin,  tarixi 

                                                 

48

 Gardiner P. The Nature of Historical Explanation. London., 1952, p.33. 



49

 Репина Л.П. «Новая историческая школа» и социальная история. М; 1998.- С.27 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə