Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə26/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   22   23   24   25   26   27   28   29   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



67

                                                            

Məhz  bu  cür  yanaşma  nəticəsində  iqtisadi  inkişafın  milli  və 

regional  xüsusiyyətlərini  nəzərə  almaqla  tarixi  aspektdə  təsərrüfat 

tiplərinin makromodelini formalaşdırmaq imkanı yaranır. 

Yeni metodlar: 

-  Kəmiyyət  (riyazi)  metodları:  qtisadi-tarixi  inkişafın  amilləri, 

təmayülləri  və  qanunauyğunluqlarının  aşkarlanmasında,  hadisə  və 

proseslərin  tipoloji  təsnifatının  aparılmasında,  sistemdaxili  və 

sistemlərarası  qarşılıqlı  əlaqələrin  təhlilində  tətbiq  edilir.  Bu 

prosesdə riyazi üsullardan – qruplaşdırma, dispersiya, korrelyasiya, 

reqressiya, faktorlu təhlil və s. geniş istifadə olunur. 

-  Sosioloji  tədqiqatlar  və  sosial-psixoloji  metodlar:  Xüsusi 

əhəmiyyət  kəsb  edir.  Belə  ki,  tarixi  və  iqtisadi  proseslərdə  xalq 

kütlələrinin birbaşa təsirinin xarakterini öyrənir. 

“Dünya  iqtisadiyyatının  tarixi”  informasiya  mənbələri  kimi,  bir 

qayda olaraq aşağıdakılardan istifadə edir: 

Arxeoloji 

qazıntılar: 

Dünya 


iqtisadiyyatının 

ayrı-ayrı 

inkişaf 

mərhələlərinə  aid  real  maddi  faktların  (“sübutların”)  əldə  olunmasına 

imkan verir. 

Demoqrafiya: tarixin müxtəlif dövrlərində əhalinin uçotunun nəticələrini 

tədqiq etmək imkanı yaradır; 

Mətnlərin öyrənilməsi: keçmişə aid qanun mətnləri, tarixçi-iqtisadçıların 

əsərləri və s. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



68

                                                            



IV FƏS L 

 

ÜMUMDÜNYA TAR X - QT SAD  PROSES N DÖVRLƏNMƏS :  

NƏZƏR  BAXIŞLARIN XÜLASƏS  

 

§ 4.1. Tarixi dövrlənmənin əsas paradiqmaları 

 

Tarixi  prosesin  dövrlənməsi  tarixin,  o  cümlədən  tarixi-

iqtisadiyyatın  tədqiqi  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.  Heç  bir 

şübhə  yoxdur  ki,  dövrlənmə  -  tarixi  prosesin  tədqiqinin  ən  effektiv 

metodlarındandır.  

Tarixin  dövrlənməsi  –  sistemləşdirilmənin  xüsusi  növü  kimi  tarixi 

prosesin şərti olaraq müəyyən xronoloji dövrlərə bölünməsidir. 

Bəşər  tarixinin  ən  uzun  sürən  dövrü  -  ən  qədim  dünya  dövrüdür. 

Bütün  insanlar 

69

  bu  dövrdə  eyniyyətdə  olmuşlar.  Yəni  Yer  Kürəsində 



canlı həyatın yaranmasından (təqribən 3 mlrd. il əvvəl), insanın meydana 

gəldiyi dövrdən (təqribən 3 mln. il əvvəl) ibtidai icmanın formalaşdığı və 

onun  dağılmağa  başladığı  dövrə  qədər  insanların  nəinki  yaşayış,  hətta 

təfəkkür  tərzi  də  eyni  olmuşdur.  Bu  nöqtəyə  qədər  tarixi  prosesə 

münasibətdə  irad  tutulası  elə  bir  şey  yoxdur.  Lakin  maraqlı  hadisələr 

məhz  bu  dövrdən  sonra  başlanır...  Tarixi  prosesin  həm  zaman,  həm  də 

məkanca prinsipial şəkildə fərqli məzmun daşıdığı üzə çıxır. Sanki “tarixi 

proses”  dediyimiz  şey  hər  iki  istiqamətdə  (məkan  və  zaman)  avtonom 

intervallara  parçalanır.  Bu  hal  həm  mövcudluq,  həm  də  inkişaf 

prizmasından  gerçək  məzmun  daşıyır.  Fikrimizcə,  tarixi  prosesin 

vahidliyi (yeganəliyi) deyilən şey sadəcə olaraq, nonsensdir. O, məzmun 

və  keyfiyyətcə  müxtəlifdir,  heterogendir.  Əks  təqdirdə,  biz  “zamansız”, 

yaxud  “məkansız”  tarixi  prosesdən  bəhs  etməliyik.  “Zamansız”  tarix 

müasir  tarix  elminin  “nailiyyəti”  də  hesab  oluna  bilər.  Məhz  bu 

aspektdən biz, K.Popperlə tamamilə şərikik ki, nəzəri tarix – mümkünsüz 

olan  bir  şeydir.  Məhz  buna  görə  də,  tarixi  prosesin  dövrlənməsi 

problemin  yalnız  və  yalnız  kriterilərə  bağlamaq,  əsas  çətinliyin  sistemli 

yekun  verə  biləcək  kriteri  axtarışında  olduğunu  ön  plana  çıxarmaq 

əslində problemin “çıxılmaza” salınması deməkdir. 

Teoloji  paradiqmanın  əsas  məsələsi  –  insanın  yer  həyatının 

məzmunu  və  mənasıdır.  Dini  nöqteyi  –  nəzərə  görə  tarixin  mənası 

                                                 

69

 Burada “xalq”lar termini yerinə düşmür. Belə ki, o dövrdə “xalq” yox idi. Sadəcə 



insan sürüsü, sonraki mərhələdə ibtidai icma mövcud olmuşdur.  


Dünya iqtisadiyyatının tarixi 

 

 



69

                                                            

bəşəriyyətin dönmədən, tədricən Allaha qovuşması, mütləq həqiqəti dərk 

etməsindədir.  Tarixi  prosesin  məzmunu  insanın  azadlığını,  onun 

dərrakəsi  tarix  qurucusu  olmasını  ehtiva  edir.  nsan  tarixi  –  Adəm  və 

Həvvanın  cənnətdən  çıxarılmasından  başlanır.  Tarixin  sonu  –  qeybdə 

olandır və onu yalnız Allah bilir. 

                                                                                 Cədvəl 4.1 

 

Tarixi dövrlənmənin əsas paradiqmaları 

Nəzəriyyənin 

adı 

əllifi, yaranma tarixi 

Dövrlənmə 

kriteriləri 

Ə

sas anlayışlar 

1.Dini 

(Teoloji) 



Xristian konsepsiyasının 

müəllifi Evsey  

Pamfil 311-ci il. 

Son variant Avqustin (354-

430-cu illər) 

lahi 


öngörmə 

Провиденсиализм (lat- 

провидение). Tarixin 

ilahi iradənin təzahürü 

aspektində dini dərki; 

əvvəlcədən hazırlanmış 

və insanın xilasına 

yönəlinən ilahi planın 

həyata keçməsi 

2. 


Formasiyalı 

XIX əsrin 40-60-cı illəri 

K.Marks (V.Lenin və s.) 

Sovet alimləri: 

1930-1980-ci illər 

Sosial-


iqtisadi 

 

ctimai-iqtisadi formasi-



ya: cəmiyyətin tarixi tipi, 

istehsal üsulu; Bazis, 

üstqurum 

3. 


Sivilizasiyalı 

XIX əsrin sonu – XX əsrin 

əvvəlləri 

N.Danilevski, O.Şpenqler, 

A.Toynbi. 

Sosial-


mədəni 

Sivilizasiya – universal 

tərifi yoxdur. Seçilən kri-

teridən asılı olaraq tərif 

verilir. Əsas əlamətləri: 

mövcudluğun zaman 

sürəci; geniş əraziləri 

əhatə etməsi; çoxlu sayda 

insanları əhatə etməsi; 

unikallığı 

4. Passionar 

L.Qumilyov 

1939-cu il. Elmi dövriyyəyə 

1970-ci illərdən etibarən 

daxil edilib. 

Etnosun 


inkişaf 

dinamikası 

Etnos – vahid davranış 

stereotipləri olan, digər-

lərinə qarşı duran, daxili 

struktura malik insan qru-

pu. 

Passionarlıq– ayrı-ayrı 



fərdlərin yüksək səviyyəli 

məqsədyönlülüyü (real, 

yaxud illüziya olmasının 

fərqi yoxdur), bu yolda 

öz həyatını belə qurban 

verməyə hazır olması və 

digərlərini öz entuziazmı 

ilə arxasınca aparması 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə