Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə29/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   25   26   27   28   29   30   31   32   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



76

                                                            

çalışır,  həmçinin  kapitalizməqədərki  mərhələdə  2-ci  meqaformasiyanı

80

 



inkişafın mümkün modelləri qismində ortalığa qoyurlar. 

1990-cı  ildən  sonrakı  dövrdə  5  formasiyalı  sxemin  tam  inkarı 

yönümündə  bəyanatlar  səslənməyə  başladı.  Marksist  sxemin  ən  qatı 

tərəfdarları  belə  yanaşmanın  yanlış  olduğunu  etiraf  etdilər.  Məsələn, 

.Dyakonov

81

 tarixi inkişafın 8 fazasının olduğu qənaətini ortalığa qoydu: 



ibtidai, ibtidai-icma, ilkin qədim dövr,imperiya qədim dövrü, orta əsrlər, 

mütləq postorta əsrlər, kapitalizm, postkapitalizm. 

Bir  sözlə,  tənqid  hədəfinə  tuş  gələn  təkcə  tarixi  prosesin  marksist 

yozumu  deyil,  bütövlükdə  paradiqmanın  “nüvəsi  –  ictimai  –  iqtisadi 

formasiyalar anlayışı idi. 

Bu  aspektdən  bu  gün  də  birmənali  cavablandırılmayan  suallar  öz 

aktuallığını saxlamaqdadır :  

1)

  Formasiya  nədir:  cəmiyyətin  tipi,  inkişaf  mərhələsi,  yoxsa 



konkret – tarixi epoxa? 

2)

  Onun əsas mahiyyətini nə təşkil edir: dar mənada yalnız iqtisadi 



münasibətlər,  yoxsa  bütövlükdə  ictimai  münasibətlər  sistemi 

(geniş anlamda)? 

3)

  Formasiya – gerçəklikdir, yoxsa nəzəri abstraksiya? 



4)

  Formasiya  çoxukladlı  ola  bilərmi,  yoxsa  yalnız  bir  istehsal 

üsülundan ibarətdir. 

stənilən  halda  marksist  yozumun  əsas  nöqsanı  bütün  ictimai-

iqtisadi  formasiyalara  –  klassik  bütövlük  anlamında  –  eyni  status 

verilməsidir. 

Tarixi  dövrlənmənin  marksist  yozumu  –  ictimai-iqtisadi 

formasiyalar  nəzəriyyəsi  –  əksər  filosoflar  tərəfindən  Qərbi  Avropa 

fenomeni  kimi  qəbul  edilir.  Bu  nəzəriyyə,  artıq  göstərdiyimiz  kimi, 

müasir  şəraitdə  real  gerçəkliklə  bağlı  çoxlu  sayda  problemlərə  adekvat 

cavab  vermə  imkanında  deyildir,  başqa  sözlə  evristik  funksiyası 

“işləmir”.  

K.Marksın  “Alman  ideologiyası”  əsərində  “antik  istehsal  üsulu” 

anlayışı  öz  əksini  tapmışdır.  Bu,  yəni  “antik  istehsal  üsulu”  quldarlıq 

formasiyasınamı  aiddir?  Yaxud  “Asiya  istehsal  üsulu”  antik,  yaxud 

feodalizm formasiyasına daxildirmi? Yoxsa altıncı formasiya kimi qəbul 

                                                 

80

 Павленко Ю.В. История мировой цивилизации. Философский анализ. Киев: 



Феникс, 2002 

81

 Дьяконов И.М. Пути истории : от древнейшего человека до наших дней. М., 



Восточная литература, 1994 


Dünya iqtisadiyyatının tarixi 

 

 



77

                                                            

edilməlidir?  Yaxud,  sosializm  –  ayrıca  bir  formasiya  ola  bilməzmi? 

Kommunizm – utopiya deyilmi?  

M.Çeşkovun

82

  fikrincə,  formasiya  nəzəriyyəsi  ilkin  başlanğıcda 



sübutolunmayan  “həqiqətlərdən”  qaynaqlanan  müddəalara  istinad  edir: 

Tərəqqi  –  hərəkətin  əsas  forması,  formasiyalılıq:  tərəqqini  hərəkətə 

gətirən əsas üsul kimi qəbul olunur; Formasiyalılıq – ciddi şəkildə ardıcıl 

düzülmüş  (ardıcıl  dəyişən)  mərhələlikdir;  istehsal  münasibətləri  – 

cəmiyyətin  bazisidir;  “Sinif”  –  cəmiyyətin  əsas  vahidi  və  tarixin 

subyektidir. Yuxarıda sadalanan nəzəri müddəaların heç biri mübahisəsiz 

deyildir.  ctimai-iqtisadi  formasiyalar  nəzəriyyəsi  XIX  əsrin  ortalarına 

xas olan nəzəri müddəalara söykənir. Buna görə də, bir çox ziddiyyətləri 

şərh etməkdə acizdir: 

-  nkişaf  etmiş  regionlarla  yanaşı  iqtisadi  geriliklə  üzləşən 

zonaların, staqnasiyanın mövcudluğu; 

-  Dövlətin,  bu  və  ya  digər  formada,  ictimai  istehsal 

münasibətlərinin mühüm amilinə çevrilməsi; 

- Siniflərin mahiyyət dəyişkənliyi və modifikasiyası; 

-  Ümumbəşəri  dəyərlərin  sinfi  dəyərlərdən  üstün  tutan  dəyərlərin 

yeni iyerarxiyasının yaranması və s. 

Bununla  belə,  ədalət  naminə  qeyd  etməliyik  ki,  K.Marksın  özü 

ictimai-iqtisadi  formasiyalar  nəzəriyyəsinin  bütün  cəmiyyətləri, 

bütövlükdə  planeti  əhatə  etdiyi  iddiasında  olmamışdır.  Onun  elmi 

baxışlarının  “qloballaşması”  sonrakı  dövrlərdə  -  marksist  şərhçilər 

tərəfindən həyata keçrilmişdir. 

Müasir dövrdə formasiya tipli metodologiyanın tərəfdarlarına az da 

olsa  rast  gəlmək  mümkündür.  Bir  sıra  tədqiqatçılar  “köhnəlmiş” 

formasiyalı  yanaşmanı  sivilizasiyalı  yanaşma  ilə  əvəz  etməyə,  digərləri 

onların  sintezinə  nail  olmağa,  bəziləri 

83

  isə  ümumiyyətlə,  “köhnəyə” 



qayıdışa – birxəttli formasiya sxeminin yerinə A.Ferqyüsson – L.Morqan 

–  F.Engelsin  “vəhşilik  →  barbarlıq→sivilizasiya”  konstruksiyasına 

üstünlük verməyə çağırırlar. 

 

 

 

 

                                                 

82

 Чешков М. Понимание целостности мира: в поисках неформационной парадигмы // 



Мировая Экономика и международные отношения.- 1990.- № 5.- С. 33-48 

83

 Мартынов  А.И. Модель  цивилизационного развития в  степной Евразии.  Кеме-



рово: КемГУ, 2003.- С.7-15 


Dünya iqtisadiyyatının tarixi 

 

 



78

                                                            



§ 4.5. Tarixi dövrlənmə: Sivilizasiya nəzəriyyəsi 

 

Xətti-mərhələli nəzəriyyələrdən fərqli olaraq sivilizasiyalı yanaşma 



tarixi  prosesə  fərqli  müstəvidə  baxır,  diaxron  “şaqulilik”  “üfüqi”  ölçmə 

ilə əvəzlənir. 

XIX  əsrin  sonu  XX  əsrin  əvvələrində  tarixi  prosesin  dərkedilməsi 

yönümündə  yeni  kulturoloji  yanaşma  meydana  gəldi.  N.Danilevski, 

O.Şpenqler,  sonralar  isə  A.Toynbi  ictimai  həyatın  sivil  strukturu 

ideyasını irəli sürdülər. Bu yanaşmaya görə, ictimai həyatın əsasını az və 

ya  çox  dərəcədə  bir-birindən  təcrid  olunmuş  “mədəni-tarixi  tiplər” 

(Danilevski),  yaxud  öz  inkişafında  bir  sıra  ardıcıl  mərhələlərdən 

(yaranma; yetkinlik; qocalıq; tənəzzül) keçən “sivilizasiya” təşkil edir. 

Kulturoloji  yanaşma  çərçivəsində  fərqli  baxışların  olmasına 

baxmayaraq, onların hamısı üçün xarakterik olan cəhətlərə aşağıdakiları 

aid etmək olar: 

1.

  Avropa mərkəzçiliyi; 



2.

  Cəmiyyətin tərəqqisinin birxətli sxemi; 

3.

  Lokallıq  və  müxtəlif  keyfiyyətliliklə  xarakterizə  olunan  çoxlu 



sayda  mədəniyyət  və  sivilizasiyaların  mövcudluğu  haqqında 

gəlinən qənaət; 

4.

  Tarixi  prosesdə  bütün  mədəniyyət  tiplərinin  eyni  əhəmiyyət 



daşımasının təsbiti. 

 Qeyd  etmək  lazımdır  ki,  bu  günə  qədər  “sivilizasiya”  anlayışının 

məzmunu  ilə  bağlı  yekdil  yanaşma  yoxdur.  “Fəlsəfi  ensiklopedik 

lüğət”də


84

 3 tərif verilir: 

1.

 

Sivilizasiya  –  mədəniyyətin  sinonimidir;  Marksist 



fəlsəfədə bu anlayış həm də maddi mədəniyyəti ehtiva edir. 

2.

 



Sivilizasiya  –  maddi  və  mənəvi  mədəniyyətin,  ictimai 

inkişafın pilləsi, səviyyəsindədir; 

3.

 

ctimai  inkişafın  barbarlıqdan  sonra  gələn  pilləsidir 



(L.Morqan, F.Engels). 

XX əsr fəlsəfəsi yuxarıda sadalananlara daha 4 tərif əlavə etmişdir : 

1)

 

Sivilizasiya  –  xalqlar  və  regionlarda  mədəniyyətin 



inkişafının müəyyən pilləsidir (A.Toynbi, P.Sorokin). 

2)

 



Əksər  xalqlar  üçün  ümumi  xarakter  daşıyan  bütün 

mədəniyyətlərin dəyərliliyidr (K.Yaspers). 

                                                 

84

 Философский энциклопедический словарь.М., 1989.- С.733 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə