Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə28/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   24   25   26   27   28   29   30   31   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



73

                                                            

2.

  Antik; 



3.

  Feodal; 

4.

  Burjua; 



5.

  Ümummülkiyyətin kommunizm forması. 



 

 

§ 4.4. Tarixi dövrlənmənin marksist nəzəriyyəsi 

 

Tarixi dövrlənmənin bitkin marksist baxışı XIX əsrin 50-ci illərində 



K.Marksın  yazdığı  “Siyasi  iqtisadın  tənqidi”  əsərində  yer  almaqdadır. 

“ ctimai – iqdisadi formasiya” termini ilk dəfə olaraq K.Marksın “Siyasi 

iqtisadın  tənqidinə  dair”  (1859)  əsərinin  ön  sözündə  ifadə  olunmuşdur. 

K.Marks  hər  şeydən  əvvəl,  iqtisadi  bazisin  (istehsal  münasibətləri) 

mülkiyyət münasibətlərinin müəyyənləşməsində əsas rol oynadığını qeyd 

etmişdir.  Bazis  –  özünə  adekvat  olan  üstqurumu  (siyasi)  müəyyən  edir. 

Üstqurumun əsas elementi – dövlətdir. 

           

 

 Cədvəl 4.1 

ctimai-iqtisadi formasiyanın strukturu 

Məhsuldar 

qüvvələ

stehsal 

münasibətləri 

Üstqurum 

Formasiyanın 

elementləri 

Əmək cismi; 

Əmək aləti; 

nsan  –  maddi 

nemətlərin 

istehsalçısı 

(işci 

qüvvəsi) 



stehsal 

vasitələri, 

bölgü,  mübadilə  və 

maddi 


nemətlərin 

istehlakı 

üzərində 

mülkiyyətlə 

bağlı 

sosial 


– 

iqtisadi 

münasibətlər 

-  Təşkilat  və  ida-

rələr; 

-  Siyasi  (dövlət, 



partiya); 

- Mədəni – maarif; 

- Dini; 

-  ctimai  şüur  və 

onun formaları; 

-  deoloji,  siyasi, 

hüquqi 

və 


dini 

münasibətlər 

Sinfi struktur; 

nsan  birliklərinin 

tarixi 

formaları 



(nəsil,  tayfa,  xalq, 

millət).  

Məişətin 

tarixi 


formaları. 

Təbiətşünaslıq  və 

texniki biliklər 

 

Beləliklə,  marksist  nəzəriyyə  cəmiyyətin  strukturuna  bir  sistem 



kimi baxmaq imkanı verir. Bu nəzəriyyəyə görə mərhələlər, bir tərəfdən 

istənilən  xalq  üçün  qaçılmazdır,  digər  tərəfdən  hər  bir  cəmiyyət  hər  bir 

mərhələdə uyğun struktura malik olacaqdır. 

  Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  5  ictimai  –  iqtisadi 

formasiya  sxemi  nə  K.Marks,  nə  də  F.Engels  tərəfindən  irəli 



Dünya iqtisadiyyatının tarixi 

 

 



74

                                                            

sürülməmişdir.  K.Marksın  əsərlərində  tarixin  dövrələnməsi  başqa 

müstəvidə verilmişdir

74

 (şəkil 4.2). 



Şəkildən  görüldüyü  kimi  ,  K.Marks  tarixi  prosesin  dövrlənməsinə 

yanaşmada onun adı ilə təqdim edilən sxemdən fərqli mövqe sərgiləmiş 

və  eyni  zamanda,  heç  bir  əsərində  gəldiyi  qənaətin  ümumdünya 

miqyasında mütləq həqiqət olduğunu göstərməmişdir. 

Bununla  əlaqədar  olaraq  “Asiya  istehsal  üsulu”  ilə  bağlı  aparılan 

diskussiyalar SSR  – nin süqutuna qədər davam etmiş və yekunda “Asiya 

istehsal üsulundan” danışanların (“yaradıcı marksistlər”) məğlubiyyəti ilə 

başa  çatmış,  5  hissəli  formasiya  sxemi  (Stalin  –  Engels)  təsbit 

olunmuşdur. Bununla belə, formasiyaların sayı ilə bağlı fərqli yanaşmalar 

davam  etməkdə  idi.  Yeni  formasiya  sxemləri  meydana  çıxmağa 

başlamışdı. Belə ki, bir qrup tədqiqatçılar

75

 6 formasiyanın (ibtidai icma 



və  quldarlıq  formasiyaları  arasında  “Asiya  istehsal  üsulu”nun  olması), 

digər qrup

76

 isə 4 formasiyanın (quldarlıq və feodalizmin yerinə “böyük 



feodal  formasiyası”),  yaxud  vahid  kapitalizməqədərki  formasiyanın

77



bəziləri 3,8 və hətta 11 formasiyanın olduğunu göstərirdilər. 

 

                                                 



74

 Ю.М.Бородай , В.Ж.Келле , Е.Г.Плимак. Наследие К.Маркса и некоторые мето-

дологические  проблемы  исследования  докапиталистических  обществ  и  генезиса 

капитализма. М.,Мысль , 1972.- С.13 – 169  

75

 Ю.И.Семенов. Философия истории. М., Старый сад , 1999  



76

  Ю.М.Кобищанов.  Теория  большой  феодальной  формации  //  Вопросы  истории. 

1992.- № 4 – 5.- С.57 – 72  

77

  В.П.Илющечкин  Теория  стадийного  развития  общества  (История  и  проблемы) 



М.,Восточная литература, 1996 


Dünya iqtisadiyyatının tarixi 

 

 



75

                                                            

 

Şə

kil 4.2. Tarixi dövrlənmənin “həqiqi” marksist yozumu 



 

Eyni  zamanda,  ictimai-iqtisadi  formasiyalar  sxemi  çərçivəsində 

birxətli  yanaşmanın  çoxxətliliklə 

78

  əvəzlənməsi  cəhdləri  də  olmuşdur. 



Çoxxətliliyin  istinad  nöqtəsi  kimi  Qərb  və  qeyri-qərb  cəmiyyətlərinin 

fərqli inkişaf yoluna malikliyi çıxış edirdi.  

Bir  sıra  tədqiqatçılar 

79

  K.Marksın  tarixi  proses  konsepsiyasına 



söykənməklə  çox  xətlilik  və  mərhələlilik  prinsiplərini  birləşdirməyə 

                                                 

78

 Л.С.Васильев. Генеральное очертание исторического процесса. Философия и 



общество. М., 1997-1998 

79

 Бородай Ю.М., Келле В.Ж., Плимак Е.Г. Наследие К.Маркса и проблемы тео-



рии общественно – экономической формации , М.:Мысль, 1975  

“ lkin” (ibtidai - icma) 

formasiya 

ikinci” (antaqonist-sinifli) formasiya 



“şəxsi” asılılıq mərhələsi 

Asiya istehsal üsulu    antik istehsal üsulu    feodal istehsal 

“Şey” asılılığı mərhələsi 

Kapitalizm formasiyası 

“üçüncü” (kommunizm) formasiya 

Ümumdünya tarixi proses 

Dövrlənmə 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə