Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə25/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   21   22   23   24   25   26   27   28   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



64

                                                            



§ 3.2.2. Vəzifələ

 

“Dünya  iqtisadiyyatının  tarixi”  elminin  əsas  vəzifəsi  dünya 



iqtisadiyyatının  genezisi,  qərarlaşması  və  inkişafında  bu  və  ya  digər 

formada  iştirak  edən,  konkret  amillər  kimi  təsir  göstərən  və  yekunda 

ümumplanetar  səviyyəli  sistemli  yaranışın  meydana  çıxmasına  səbəb 

olan “hər şeyi” araşdırmaq, öyrənmək və ümumiləşdirməkdən ibarətdir: 

  stehsalın (bölgünün, mübadilə və istehlakın) mahiyyəti, struktur və 



formalarının təkamülü prosesinin öyrənilməsi; 

Konkret tarixi dövrlərdə iri region, yaxud aparıcı ölkələr bölümündə 



iqtisadi  sistemin  qərarlaşması  və  dəyişməsi  dinamikasının 

araşdırılması; 

qtisadi sistemlərin alternativ inkişaf variantlarının tədqiqi və aşkara 



çıxarılması; 

Təsərrüfat  fəaliyyəti  təcrübəsinin  toplanması  və  konseptual 



ümumiləşdirilməsi; 

Dünya  iqtisadiyyatının  gələcək  inkişaf  yolları  üzrə  tövsiyələrin 



hazırlanması. 

 

§ 3.2.3. Funksiyalar 

 

A.Toynbi  özünün  “XVIII  əsrdə  ngiltərədə  sənaye  inqilabı” 



əsərində  yazırdı  ki,  tarixi-iqtisadiyyat  elmi  iqtisadi  inkişafın  fəlsəfəsi 

kimi çıxış etmək iqtidarındadır. C.N.Keyns isə “Siyasi iqtisadın predmeti 

və metodu”(1891) əsərində siyasi iqtisadla iqtisadiyyatın tarixi arasındakı 

münasibətlərə  xüsusi  diqqət  yetirmiş  və  bu  fənnin  3  əsas  funksiyasını 

fərqləndirmişdir: 

1.  qtisadi nəzəriyyənin tarixi “nümayişi”. 

2.  qtisadi  nəzəriyyənin  tarixi  tənqidi,  yaxud  tarixi  müstəvidə 

yoxlanılması. 

3. Yeni iqtisadi nəzəriyyənin tarixinin əsaslandırılması. 

Müasir  dövrdə  “dünya  iqtisadiyyatının  tarixi”  fənninin  əsas 

funksiyalarına aşağıdakılar aid edilir: 

1.  Bəşəriyyətin  təsərrüfat  təcrübəsi  üzrə  məlumatlarının  yığılması, 

öyrənilməsi  və  ümumiləşdirilməsi;  bu  baxımdan  iqtisadiyyatının  tarixi 

professional  “yaddaşın”  formalaşmasında  müstəsna  rol  oynayır 

(“Yaddaş” funksiyası). 



Dünya iqtisadiyyatının tarixi 

 

 



65

                                                            

2.  Dünya  iqtisadiyyatının  tarixindən  götürülən  konkret  faktlar  və 

nümunələr əsas iqtisadi terminlərin məzmununun mənimsənilməsində bir 

növ “hazırlıq” mərhələsi kimi çıxış edir (“Hazırlıq” funksiyası). 

3.  Dünyagörüşü  funksiyası  ümumbəşəri  iqtisadi  təkamülün  elmi 

mənzərəsini verməklə iqtisadi təfəkkürə tarixilik (историзм), miqyaslılıq 

kimi mühüm anlayışları, inkişafın çoxvariantlılığını aşılayır; 

4.  qtisadi təfəkkürdə realizmin formalaşdırılması funksiyası: başqa 

sözlə,  tarixi-xronoloji  inkişaf  prosesinin  təkcə  pozitiv  deyil,  həm  də 

neqativ aspektlərini üzə çıxarır; 

Metodoloji funksiya aşağıdakıları ehtiva edir: 

-  iqtisadi  nəzəriyyənin  ayrı-ayrı  müddəaları  (qanunları) 

iqtisadiyyatın tarixindən götürülmüş faktlarla təsbit edilir; 

-  iqtisadiyyatın  tarixi  siyasi-iqtisadi  təhlilin  düzgünlüyünü, 

elmiliyini yoxlayır (Tənqidi funksiya); 

- yeni iqtisadi nəzəriyyənin elmi əsaslandırılması funksiyası; 

6.  Fundamental  funksiya;  dünya  iqtisadiyyatının  təkamülü 

qanunauyğunluqlarının nəzəri ümumiləşdirilməsi; 

7.  Mədəni  funksiya:  dünya  iqtisadiyyatı,  yaxud  regional  iqtisadi 

sistemlərdə mədəni xüsusiyyətlərin qorunub saxlanılması və inkişafı; 

8.  drak  funksiyası:  dünya  iqtisadiyyatının  inkişaf  qanuna-

uyğunluqları  və  bütövlükdə  inkişaf  prosesi  haqqında  təsəvvür  forma-

laşdırılması; 

9.  Mental  funksiya:  təsərrüfat  fəaliyyətinin  forma  və  metodlarında 

mənəviyyatla bağlı ünsürlərin təhlili; 

10.  Proqnostik  funksiya:  əldə  edilmiş  tarixi-empirik  məlumatlara 

istinadla  dünya  iqtisadiyyatının  gələcəyi  haqqında  fikirlərin  irəli 

sürülməsi. 

Funksiyaların kompleks şəkildə realizasiyası dünya iqtisadiyyatının 

tarixinin  digər  elmlər  arasında  yeri  və  rolunu  müəyyən  etməyə  imkan 

verir. Bu aspektdən  

qeyd  etmək  lazımdır  ki,  “Dünya  iqtisadiyyatının  tarixi”  əksər 

ictimai-humanitar  elmlərlə  sıx  bağlılıqda  olmaqla  iqtisad  elmləri 

sistemində  “iqtisadi  nəzəriyyə”  və  “iqtisadi  fikir  tarixi”  fənləri  ilə 

yanaşı fundamental elm sahəsidir. 



 

§ 3.2.4.  Metodika aparatı 

 

Müasir  dövrdə  “Dünya  iqtisadiyyatının  tarixi”  üzrə  aparılan 



tədqiqatlarda əsasən aşağıdakı metodlar tətbiq olunur: 


Dünya iqtisadiyyatının tarixi 

 

 



66

                                                            

1. Xronoloji: iqtisadi-tarixi materialın xronoloji ardıcıllıqla şərhi; 

2.  Sinxron:  ölkə  və  kontinentlərin  təsərrüfat  həyatında  baş  verən 

tarixi-iqtisadi hadisələrin eyni vaxt ərzində öyrənilməsi; 

3. Dixron: dövrlənmə metodu; 

4. Tarixi modelləşdirmə. 

Ümumiyyətlə,  iqtisadi-tarixi  araşdırmalarda  istifadə  olunan 

metodlar kompleksini iki qrupa ayırmaq olar: 

Ə

nənəvi metodlar: 

- tarixi (tarixi-genetik) metod: Tədqiq edilən obyektin təkamülü və 

genezisi proseslərinin və faktların ardıcıl təhlilinə əsaslanır. Tədqiq 

edilən reallığın təsvirində konkretliliyi təmin etməklə hadisələrarası 

səbəb-nəticə əlaqələrini üzə çıxarmağa imkan verir; 

-  Sistemli-struktur  metod:  Tam  və  onun  hissələrinin  qarşılıqlı 

əlaqədə olan sistem kimi öyrənilməsi; 

-  Tarixi-müqayisə  metodu:  iqtisadi-tarixi  tədqiqatın  obyektlərinin 

zaman və məkanca müqayisəsinə əsaslanır. 

Bu  metodla  iqtisadiyyat  tarixində  ümumi,  xüsusi  və  təkcəni,  ayrı-

ayrı 


ölkələrin 

inkişaf 


yolları, 

variantları 

və 

modellərini 



müəyyənləşdirmək,  iqtisadi-tarixi  prosesin  təsnifatı  və  tipologiyasını 

vermək mümkündür. 

-  Tarixi-tipoloji  metod:  qtisadi  həyatın  müxtəlif  hadisələrinin 

eynicinsli xassə və cəhətlərinə əsaslanır. Bu metodla əsas əlamətlər 

üzrə eynicinsli olan obyektlər fərqləndirilir.  

Tarixi-iqtisadi  tədqiqatlarda  tipologiya  mühüm  əhəmiyyət  kəsb 

edir. 

Tipologiya  –  elmi  idrakın  metodu  kimi  ümumiləşdirmə  modeli 



vasitəsilə  obyektlər  sistemi  və  onların  müxtəlif  qruplarının  bölgüsünə 

əsaslanır. 

Tipologiyanın  tətbiqində  əsas  məqsəd  təsərrüfat  çoxluğunun 

adekvat şəkildə təsviridir. 

Ən  geniş  yayılmış  tipologiya  aşağıdakı  əlamətlərin  məcmusuna 

əsaslanır: 

- Texnoloji: Əmək alətləri və texnologiyaların inkişaf səviyyəsi; 

qtisadi:  Mülkiyyət  münasibətləri  sistemi,  istehsalçı  ilə 



istehlakçının əlaqə formaları; 

- Sosiomədəni, o cümlədən təsərrüfat mədəniyyəti; 

-  nstitusional:  istehsalın  təşkilində  dövlətin  və  digər  ictimai 

institutların rolu. 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə