Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə22/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   18   19   20   21   22   23   24   25   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



55

                                                            

salınması  zəruriliyi  mövcuddur.  Eyni  zamanda  məlumdur  ki,  “bu  an”  – 

ifrat  sürətli  axıcılığı  ilə  səciyyələnən  zaman  sırasının  elementidir.  “Bu 

an”-  həmişə  keçmişdir.  Gələcəyə  istiqamətlənən  keçmiş.  Gələcəyi 

formalaşdıran keçmiş. Gələcək “bu an”da intişar tapmağa başlayır. Yəni 

gələcək  “bir  ayağı”  keçmişdə  olan  ifrat  qısa  zaman  kəsiyinin  bətnindən 

doğur.  Problemin  dərin  qatlarına  nüfüz  etmədən  də  konkret  məzmunlu 

konseptual  ümumiləşdirmə  aparmaq  olar.  Elmi  abstraksiyanın  (bunsuz 

keçinmək  mümkün  deyil)  maksimumundan  çıxış  etməklə  belə  bir 

qənaətə  gəlmək  olar  ki,  “zəmanə”(iqtisadiyyatda)  keçmiş  →  indi  → 

gələcək  zaman  oxunun  sosiallaşması,  maddiləşməsi,  ideologiyalaşması 

və  ümumiyyətlə,  konkret  dəyərlərlə  “yüklənməsi”nin  məhsuludur. 

“Zəmanə”-  həm  fiziki,  həm  də  sosial-iqtisadi  anlamda  keçmişin 

“qalıqlarını”, gələcəyin konturlarını və indiki zamanı bütün təfərrüatı ilə 

özündə  birləşdirən  gerçəklikdir.  Bu  gerçəklikdə,  yaxud  zəmanədə  batıb 

qalma  imkanı  da  var.  Məsələn,  Saxaradan  (Böyük  Səhradan)  cənubda 

yerləşən  Afrika  ölkələri  kimi.  Bu  ölkələrdə  bizim  dediyimiz  anlamda 

zaman axıcılığı yoxdur. Zaman “dayanıbdır”. 

Beləliklə,  məcmu  iqtisadi  proseslərin  zaman  axıcılığı  və  onun 

meydana  çıxardığı  nəticələr  öz  mahiyyəti  və  əhəmiyyəti  baxımından 

inkişaf probleminin özündən də mühüm məsələdir. Əgər nəzərə alsaq ki, 

müəyyən ekstremal situasiyalarda əldə olunmuş yüksək inkişaf səviyyəsi 

heç bir rol oynamaya bilər (məsələn,  slandiyanın bir ölkə olmaq etibarilə 

müflisləşməsi),  onda  akademik  Ramiz  Mehdiyevin  gəldiyi  nəticənin 

mühüm əhəmiyyət kəsb etdiyi üzə çıxacaqdır. 

nkişaf probleminə yanaşmada “səviyyə yoxsa sürət” dilemmasında 

prioritetliyin  ikinciyə  verilməsini  zəruri  hesab  edən  akademik 

R.Mehdiyev  iqtisad  elminin  ən  aktual  problemlərindən  birinin  həllində 

müstəsna  rol  oynamaq  iqtidarında  olan  konseptual  yanaşma  ortalığa 

qoymuşdur. 

Qlobal  maliyyə  böhranının  gedişində  qeyd  etdiyimiz  yanaşmanın 

sırf  praktiki  məzmun  kəsb  etdiyini  adi  gözlə  müşahidə  etmək  olar. 

Bununla  belə,  sözügedən  dilemmanın  fərqli  müstəvidə  “davranış 

tərzinin”  necə  olacağı  sualı  da  mövcuddur.  Başqa  sözlə,  müasir  “oyun 

qaydaları”  çərçivəsində  həlledici  mövqenin  sürətə  xas  olduğu  empirik 

səviyyədə öz təsdiqini tapmış, lakin kardinal dəyişikliklərin baş verdiyi, 

yaxud keyfiyyətcə yeni dünya düzəninə keçirildiyi, neoliberalizmin əhatə 

dairəsinin  təhlükəsizlik  limitinə  qədər  daraldıldığı  halda  sözügedən 

yanaşma  öz  aktuallığını  saxlayacaqmı?  Axı,  dünyanın  yeni  iqtisadi 

düzənə  keçidi  “xalis”  şəkildə  baş  verə  bilməz.  qtisadiyyatda  həyata 



Dünya iqtisadiyyatının tarixi 

 

 



56

                                                            

keçirilən sistem dəyişikliyi ictimai həyatın bütün sferalarında: siyasətdə, 

ideologiyada, sosial-mənəvi sahələrdə və s. və i.a adekvat  yeniləşmə ilə 

müşayiət  olunur,  yaxud  olunmalıdır.  qtisadi  anlamda  “zəmanənin” 

məzmun  dəyişikliyi  yekun  etibarilə  bütövlükdə  cəmiyyətin  təşkili  və 

idarəolunması sisteminin həmin istiqamətdə yeniləşməsini tələb edir və s. 

Problemə  yanaşmada  dərketmə  diskomfortunu  aradan  qaldıra 

biləcək  adekvat  dialektik  formaların  tapılmasına  və  ümumiyyətlə, 

problemin  fəlsəfi  müstəvidə  konseptual  qiymətləndirilməsinə  böyük 

ehtiyac vardır.  

 Beləliklə,  metodoloji  yeniləşmənin  qaçılmaz  olduğu  göz 

qabağındadır.  Qeyd  edilən  yönümlü  dəyişikliklər,  ələlxüsus  metodiki 

aparatın  yeniləşməsinə  bir  tərəfdən  ümumelmi  kateqoriyaların  tarix 

elminin  müvafiq  aparatına  daxil  edilməsi,  digər  tərəfdən  tarixi 

mənbələrin  təhlilində  istifadə  olunan  riyazi  metodların  və  tarixi 

proseslərin  riyazi  modelləşdirilməsinin  təkmilləşdirilməsi  yönümündə 

aparılır.

61

  Son  dövrlərdə  riyazi  statistikanın  daha  mürəkkəb  metodlarına 



müraciət edilməsi artıq bir təmayül halına gəlmişdir. 

Söhbət, hər şeydən əvvəl, qeyri-xətti dinamikanın (ələlxüsus, xaos 

nəzəriyyəsinin)  metodlarından  istifadədən,  mürəkkəb  proseslərin 

modelləşdirilməsi  və  empirik  xarakterli  dinamik  sırada  xaosun 

aşkarlanmasından gedir. 

Bir  sözlə,  O.Meduşevskinin  dəqiq  ifadəsi  ilə  desək,  “...Ən  aktual 

problem...  metod  problemidir,  peşəkarlıq  problemidir,  elmlərarası 

inteqrasiya           ( metodoloji – Ş.H., Ə.B )” problemdir.

62

 

  



 

 

 

 

 

                                                 

61

 Ковальченко И.Д. Методы исторического исследования. М; 1987.- С.198-199. 



62

  Медушевская  О.М.  Профессионализм  гуманитарного  образования  в  условиях 

междисциплинарности  //  Проблемы  источниковедения  и  исторографии.  М.2000. 

С. 350. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



57

                                                            



III FƏS L 

 

 DÜNYA  QT SAD YYATININ TAR X  FƏNN K M  

 

§ 3.1. Təkamül və müasirlik 

 

Tarixi  mənbələr  göstərir  ki,  artıq  XIX  əsrin  sonlarından  etibarən 

tarixi-iqtisadiyyat  “iqtisadi  tarix”  adı  altında  tədris  proqramlarına  daxil 

edilmişdir. Tarixi məlumatlara  görə  “iqtisadi tarix” fənni ilk dəfə 1881-

1882-ci illərdə Oksfordda A.Toynbi tərəfindən tədris edilmişdi. 

Paralel  olaraq  Bazel  Universitetində  K.Blüxer  həmin  fənn  üzrə 

mühazirələr oxumuşdu. 

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  iqtisadi  tarix  əksər 

universitetlərin  tədris  planına  daxil  edilmişdir.  lk  “ qtisadi  tarix” 

kafedrası  XX  əsrin  əvvəllərində  ABŞ-ın  Harvard  Universitetində 

(U.Eşli), 1910-cu ildə isə Mançester Universitetində yaradılmışdı. 

“ qtisadi  tarix”  fənninin  tədrisi  ngiltərədə  və  Fransada  xüsusilə 

geniş yayılmışdı. 

 Tədricən  bütün  Avropa  ölkələrində  bu  fənnin  öyrənilməsinə 

başlandı: 1950-ci illərdə  taliyanın 46 universiteti “ qtisadi tarixi” tədris 

proqramlarına  daxil  etmişdirlərsə,  onların  sayı  1980-ci  illərdə  87-ə 

çatmışdı. 

Hal-hazırda  əksər  Qərb  ölkələrində  iqtisadi  tarix  iqtisad,  siyasət, 

hüquq və tarix ixtisasları üzrə məcburi fənn kimi tədris olunur. Bu sırada 

yalnız  ABŞ-da  fərqli  yanaşma  ortalığa  qoyulmuşdur: qtisadiyyatın  ifrat 

“riyaziləşdirilməsi”  nəticəsində  iqtisadi  tarix  iqtisadi  nəzəriyyəyə 

birləşdirilmişdir. 

 

 

§ 3.2. Fənnin məzmunu 



§3.2.1. Predmet 

 

Bəri başdan qeyd edək ki, dünya iqtisadiyyatının tarixi çərçivəsində 

predmet  müəyyənləşməsində  ilkin  olaraq  “iqtisadi  tarix”  və 

“iqtisadiyyatın  tarixi”  fərqliliyindən  doğan  “tələ”dən  yan  keçmək 

imkanlarına  baxılmalı  və  tarixi-iqtisadi  prosesin  subyekti  (obyekti)  ilə 

bağlı konseptual dəqiqləşdirmə aparmağa ehtiyac vardır. 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə