Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə19/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   15   16   17   18   19   20   21   22   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



49

                                                            

prosesə sistemli və dinamik proses kimi yanaşmanın aradan qaldırılması 

tələb olunur.”

50

 

Fransız  tarixçi  –  metodoloqu  M.Emarın  fikrincə,  bu  gün  tarix 



cəmiyyəti  öyrənən  digər  elmlər,  konsepsiyalar  və  hipotezlər  üçün  açıq 

olmalı, metodlar və ümumiyyətlə, problemlərin qoyuluş tərzi əhəmiyyətli 

dərəcədə yeniləşməlidir

51



Iqtisad  elminin  metdologiyasi  ilə  bağlı  da  analoji  situasiya 

müşahidə  edilməkdədir.  Dünya  iqtisadiyyatında  gedən  qloballaşma 

prosesi  iqtisadi  mahiyyət  daşiyan  hadisələrin  daxili  təbiətində  binar 

məntiqə  sığmayan  yeni  keyfiyyət  çalarları  əmələ  gətirmişdir.  qtisadi 

inkişafın  paradiqmasının  yeni  tələblərə  uyğun  şəkildə  formalaşdırıla 

bilməməsi  iqtisad  elminin  mövqelərini  əməlli-başlı  sarsıtmış,  hətta  bəzi 

məqamlarda  onun  elmi  statusu  belə  şübhə  altına  düşmüşdür.  Böhranın 

təzahür formaları onun mahiyyətindən daha kəskin xarakter almışdır. XX 

əsrin sonu XXI əsrin əvvəllərində yaranmış situasiyanı bir sıra amillərlə 

izah etmək olar: 

1.

  Sırf praktiki səciyyə daşıyan problemlərin həllində iqtisadçıların 



gücsüzlüyünü; 

2.

  qtisadi nəzəriyyənin real dünyadan təcridi;



52

 

3.



  Pozitivizmdən gözlənilənlərin alına bilməməsi; 

4.

  Tarixi  və  əxlaqi-etik  dəyişənlərin  nəzərə  alınmasına  nail  ola 



bilməmək; 

5.

  Ekoloji  problemlər  və  gələcək  nəsillərlə  bağlı  narahatçılığın 



kəskinləşməsi. 

Bütün  bunlar  yekun  olaraq,  iqtisadi  nəzəriyyənin  metodoloji 

prinsiplərinə  inamsız  münasibətin  ortaya  çıxmasına,  ümumiyyətlə, 

çıxılmazlıq sindromunun yaranmasına səbəb olmuşdur. 

qtisad  elminin  xeyli  müddətdir  ki,  davam  edən  böhranı  müxtəlif 

səpgili  baxışların  ortalığa  çıxarmasına  (  daha  doğrusu  -  güclənməsinə) 

səbəb  olmuşdur.  D.Xausman  iqtisadiyyatı  əlahiddə  elm  kimi  qəbul 

edir.


53

F.  Mirovskinin  fikrincə  isə  iqtisad  elmi  –  dəqiq  elm  deyil  və  “.... 

                                                 

50

 Yenə orada; c.43. 



51

 Эмар М. Образование и научная работа в профессии историка: Современные 

подходы // Исторические записки. Вып. 1. (119). М., 1995.- С.15. 

52

 Ананьин О.И. Одинцова М.И. Методология экономической науки: современные 



тенденции и проблемы// Истоки. Вып. Ч.М. 2000 

53

 Hansman D.M. The inexact and separate science of economics. Cambridge University 



Press., 1992. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



50

                                                            

işıqdan çox istilik buraxır.”

54

 Bir sıra tədqiqatçılar isə, ümumiyyətlə çox 



dərinə gedir və iqtisadiyyatı (neoklassik) elm hesab etmirlər.

55

 Sözsüz ki, 



qeyd  edilən  yanaşmaların  meydana  çıxmasında  neoklassizmin 

(meynstrim) və yeni klassik iqtisad nəzəriyyəsinin “rolu” danılmazdır. 

Əslində,  hər  şey  Valrasdan  başlayır.  XIX  əsrin  sonunda  L.Valras 

siyasi  iqtisadi  sosial  riyaziyyata  “dəyişdi”.    O,  təbiətşünaslığın 

metodlarından  yararlanmaqla  ümid  edirdi  ki,  alınacaq  normativ  elmi 

nəticələr iqtisadçıların “obyektivliyini” tam şəkildə təmin edəcəkdir.  

Problemin  kökündə  siyasi  təsirin  neytrallaşdırılması  dayanırdı 

( ctimai  seçimin  iqtisadiyyatından).  Bunun  üçün  isə  yalnız  bir  tezisi: 

istənilən halda  yeganə optimal həllini tapmağın  mümkünlüyünü – sübut 

etmək  tələb  olunurdu.  J.Sapir

56

  bu  anlamda  qeyd  edir  ki,  müasir 



meynstrimin  (neoklassizm)  antidemokratik  “davranış”ları  məhz 

Valrasdan qaynaqlanır. 

Faydalılıq  funksiyasının  inteqrasiya  imkanlarının  (Q.Loran) 

təhlilinin  nəticələri  neoklassik  iqtisadiyyatın  Valras-Pareto  “sübut”unun 

əsassız  olduğunu  üzə  çıxardı.  Sonuncular  sübut  edirdilər  ki,  tarazlıq  – 

“təbii” yolla gəlinən situasiyadır. 

Bu  gün  bütün  çılpaqlığı  ilə  aydındır  ki,  ümumiqtisadi  tarazlıq 

nəzəriyyəsinin  həm  keçmiş,  indi,  həm  də  gələcək  zamanda  təsvir  etdiyi 

şey  real  iqtisadiyyatdan  mahiyyətcə,  kənardadır.  Məsələn,  bu  nəzəriyyə 

tələb  əyrisinin  qabarıq  olduğunu  deyir.  Əslində  isə,  bu  istisnadan  başqa 

bir  şey  deyildir.  Ziddiyyətli,  yaxud  ziddiyyətlər  məqamı  da  elə  buradan 

başlayır.  Belə  ki,  qeyd  edilən  müqəddəm  şərtsiz  hər  hansı  bir  tarazlığın 

dayanıqlılığını  nümayiş  etdirmək  yaxud  yalnız  bir  tarazlıq  mövcud 

deyiminin  həqiqiliyini  sübut  etmək  mümkünsüzdür.  Digər  tərəfdən, 

iqtisadi seçim – sözün geniş mənasında siyasi kontekst daşıyır. 

.Stiqlisin

57

  gerçəkliyə  adekvat  yanaşması  çərçivəsində  ümumi 



tarazlıq  nəzəriyyəsinin  bir  çox  müddəaları  ümumiyyətlə  mənasızlaşır. 

Məsələn,  “işsizliyin  təbii  səviyyəsi”  –  mövcudluğu  haqqında  deyilənlər 

çılpaq  yanılmadır.  Yaxud  azad  ticarət  və  maliyyə  liberallaşdırılması, 

eləcə də dövriyyədə olan pul kütləsinin azaldılması, yaxud infliyasiyanın 

                                                 

54

 Mirovski P. More heat than light. Cambridge University Press., 1989. 



55

 Elchner A.W hy economics is not yet a science// New York., M.E. Sharpe, Armank, 

1983, p.205-241. 

56

 Sapir J. les economists contre la democrate. Paris, 2002 



57

 Stiqlitz J.E.  nformation and the change in the paradigm in economics// American 

Economic Review. Vol.92, 2002, N3. p.460-501 



Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə