Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə12/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   8   9   10   11   12   13   14   15   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



30

                                                            

orqanizmlərin fərqləndirilməsində ərazi əlamətindən deyil, onların daxili-

təşkilati  prinsiplərindən  çıxış  etmək  lazımdır.  Məhz  həmin  prinsiplər 

əraziyə fərqli münasibətin sərgilənməsində əsas rol oynayırlar. 

Y.Semyonov  sosiotarixi  orqanizmlər  arasında  sərhədlərin  müəy-

yənləşdirilməsi probleminə yanaşmada iki əsas üsuldan bəhs edir:

33

 



1.  Geososiotarixi  orqanizm  (geososior)  -  ərazi  ilə  bağlıdır  və 

“ölkə” anlamında səciyyələndirilir (məs: Azərbaycan, Fransa, Türkiyə və s.). 

2.  Demososiotarixi  orqanizm  (demososior)  –  daha  qədim  tarixə 

malikdir. Fərdlərin “ittifaqı” kimi səciyyələnir. 

Geososior  -  ərazidən  kənarda,  demososior  isə  “şəxsi  heyətdən” 

kənarda mövcud deyildir. 

L.E.Qrinin  fikrincə,  tarixi  prosesi  heç  bir  halda  ümumdünya 

tarixinin  sinonimi  kimi  başa  düşmək  olmaz.  Təbiidir  ki,  tarixi  proses 

ümumdünya tarixinin konkret faktlarına əsaslanır, lakin əvvəla, proses və 

dəyişikliklər  nöqteyi-nəzərindən  faktların  hamısı  deyil,  daha  mühüm 

olanları  seçilir;  ikincisi,  faktlar  çoxluğunun  qaydalaşdırılması  və 

interpretasiyası  tədqiq  olunan  zaman  və  məkan  miqyasına,  bütövlükdə 

bəşəriyyətin  tarixi  inkişaf  məntiqi  və  təmayüllərinə,  eləcə  də  inkişafın 

bugünkü  yekunlarına adekvat olaraq həyata keçirilir. Başqa sözlə, tarixi 

proses nə müxtəlif xalqların, cəmiyyətlərin tarixinin mexaniki cəmi deyil, 

nə  də  həmin  xalq  və  cəmiyyətlərin  zamanca  hərəkət,  yaxud  inkişaf 

prosesi  anlamında  çıxış  etmir.  Bu  aspektdən  bəşəriyyətin  tarixi  prosesi 

anlayışına  hansısa  həmişə  mövcud  olmuş  real  sistem  kimi  yanaşma  bir-

mənalı şəkildə qəbul edilə bilməz. Bu anlayışın ifadə etdikləri 1) Tədqi-

qatın müvafiq miqyasının seçilməsi və 2) Cəmiyyətin, sivilizasiyanın və 

s.  tarixinin  bütün  dövrləri  ərzində  inkişafın  qeyri-bərabər  olmasının 

nəzərə  alınmasından  ibarətdir.  Sırf  metodoloji  anlamda,  bu  o  deməkdir 

ki,  tarixi  prosesin  təhlilində  (digər  məsələlərlə  yanaşma)  mühüm 

əhəmiyyət  kəsb  edən  məsələ  inkişaf  etmiş  regionların  geridə  qalanlara 

təsiri modelidir;  

3)  Bir  mərhələdən  digərinə  keçidin  miqyası  bütün  planeti  əhatə 

etmə dərəcəsinə qədər genişlənir; 4) Deməli, bəşəriyyətin tarixi prosesi – 

avtonom  və  təcrid  olunmuş  sosiumlardan  sıx  qarşılıqlı  təsirdə  olan 

sosiumlararası  mürəkkəb  sistemin  formalaşması  prosesidir;  5)  Tarixi 

prosesin  bugünkü  mənası  yalnız  o  halda  dəyişə  bilər  ki,  bəşəriyyət  real 

fəaliyyətdə olan vahid subyektə çevrilsin.  

                                                 

33

 Ю.Семенов. Философия истории.М; «Старый сад», 1999. 




Dünya iqtisadiyyatının tarixi 

 

 



31

                                                            

Yekunda  L.Qrinin 

34

  belə  bir  qənaətə  gəlir  ki,  müasir  qloballaşma 



prosesi  milli  suverenliyi  aradan  qaldırmaqdadır  və  deməli,  bütövlükdə 

bəşəriyyətin vahid real subyektə çevrilməsi gerçəkləşəcəkdir. Yəni tarixi 

proses  sözün  həqiqi  mənasında  ümumdünya  tarixi  prosesi  mənasını  əxz 

edəcəkdir. 

Ümumdünya  tarixi  prosesin  interpretasiyası  iki  əsas  istiqamətdə 

aparılır: 

1.

  Unitar-mərhələli  yanaşma:  xətti-mərhələli  yanaşma  bunun 



variantlarından biridir. 

2.

  Plüralist-tsiklik yanaşma. 



Bəşər  tarixinin  unitar  (latınca  unitas-  vahid)  –  mərhələli 

konsepsiyası  ilk  dəfə  olaraq  .Florskinin  (1130-1202)  “Согласование 

Ветхого и Нового заветов”

35

 əsərində öz əksini tapmışdı. .Florski bəşər 



tarixini (kifayət qədər abstrakt xarakter daşısa da) 3 mərhələyə bölürdü: 

1.

  Adəmdən  Xristosa  qədər  olan  dövr:  “Ata-  Allahın”  dövrü; 



maddi  həyatın  prioritetliyi,  maddiyyata  canatma,  qanunlara 

tabeçiliyin qorxu üzərində bərqərar olması; insanlar, sözün tam 

mənasında,  azad  deyildirlər.  Kölə  tabeçiliyi  (Allaha  münasi-

bətdə). 


2.

  “Oğul-Allahın”  dövrü:  maddiyata  canatma  hələ  də  güclüdür, 

lakin mütləq mahiyyət daşımır; ruhi inkişaf cücərməyə başlayır. 

nsan  –  hələ  də  azad  deyil.  Amma  qorxu  şüurlu  davranış, 

intizamla əvəz olunur. Xristian kilsəsinin təşkili və inkişafı; 

3.

  “Müqəddəs ruh” dövrü: Ruhun tam azadlığı; qorxu və intizam 



məhəbbətlə əvəz olunur. Əbədi ədalətin təntənəsi. 

Maraqlıdır  ki,  o  dövrün  tanınmış  simalarından  biri  olan  F.Akvinski 

(1225-1274) bu yanaşmanın əleyhinə çıxmış və onu inkar etmişdir. 

Unitar-mərhələli  yanaşma  çərçivəsində  real  şəkildə  mövcud 

olanların sırası ayrı-ayrı sosiotarixi orqanizmlər və onların sistemləri ilə 

məhdudlaşmır.  nsan  cəmiyyəti  də  (bütövlükdə  bəşəriyyət)  bütövlük  və 

tamlıq keyfiyyətinə malikdir. Ayrı-ayrı sosiotarixi orqanizmlər və onların 

sistemli  yaranışları  birlikdə  vahid  ümumdünya  tarixi  prosesi 

formalaşdırırlar. 

Tarixə  plüralist  (latınca:  pluralis  -  çoxluq)  –  tsiklik  yanaşmanın 

baniləri  sırasında  J.Qobino  və  Q.Rükket  ön  sırada  gəlirlər.  J.Qobino 

                                                 

34

  Гринин  Л.Е.Глобализация  и  национальный  суверенитет.  История  и  современ-



ность.(1).М;2005.- С.6-31 

35

 Антология средневековой мысли. Теология и философия европейского средне-



вековья. Т.1., СПБ., 2001 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə