Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə8/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   4   5   6   7   8   9   10   11   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



20

                                                            

Bu qanunların yoxluğu həm də onunla əsaslandırıla bilər ki, əvvəla, 

tarixi  tədqiqatın  predmeti  həmişə  “yarımçıq”  xarakter  daşıyır,  yəni 

“tükənən” deyil; ikincisi, tarixin hər hansı bir dövrünə yanaşmada vahid 

mövqe yoxdur. 

Beləliklə,  tarix  ümumi  ilə  deyil,  təkcə  ilə,  spesifik  olanla 

məşğuldur.  Yalnız  tarix  ayrıca  götürülmüş  hadisələrin  (hadisənin) 

səbəbiyyətlə  izahını  verir.  Nəzəri  elmlərdə  bu  qəbildən  olan  səbəbiyyət 

izahı  digər  bir  məqsədə  -  universal  qanunların  yoxlanılmasına  xidmət 

edir. 

Tarixi  qanunların  mövcudluğunu  ehtiva  edən  konsepsiyanı 



K.Popper 

“tarixçilik”(историцизм) 

adlandırır. 

“... 


Tarixçilik 

metafizikası... insanı məsuliyyət yükündən azad edir”.

20

 

Yəni,  əgər  möhkəm  inam  varsa  ki,  (tarixi  qanunlara  istinadla) 



hansısa  hadisələr  mütləq  baş  verəcək,  onda  həmin  hadisələrlə  mübarizə 

aparmaq mənasızlaşır. 

K.Popperin  fikrincə,  tarixçilik  ssientizmin  növ  müxtəlifliyindən 

başqa  bir  şey  deyildir.  O  mənada  ki,  tarixçilik  də  ssientizm  kimi 

təbiətşünaslıq elmlərinin metodlarını ictimai elmlər sferasına “daşıyır”. 

Tarix  –  unikal  hadisələrin  növbələşməsini  özündə  ehtiva  edir.  Eyni 

hadisənin  təkrar  baş  verməsi  mümkünsüzdür  və  buna  görə  də  tarixin 

qanunlarından danışmaq yersizdir. Qeyd edilən mövqe hələ XIX əsrin sonu 

– XX əsrin əvvəllərində formalaşmışdır.(Q.Rikkert, V.Vindelband, V.Diltey 

və s.). 


K.Yaspers  yazırdı  ki,  “…  Əgər  biz  tarixin  ümumi  qanunlarını 

aşkarlayırıqsa,  onda  tarixin  özü  bizim  şüurumuzdan  kənarda  qalır.  Zira, 

tarix özünün individual simasında təkrarolunmazdır”.

21

 



Bununla  belə,  məlum  həqiqətdir  ki,  tarixi  inkişafın  universal 

qanunların  yoxluğu  heç  də  o  anlama  gəlmir  ki,  tarixdə  səbəbiyyət 

bağlılığı  yoxdur  və  müəyyən  təmayülləri,  yaxud  inkişaf  yolunu 

müəyyənləşdirmək mümkünsüzdür. Tarixdə səbəbiyyət prinsipi fəaliyyət 

göstərir.  Heç  nə  səbəbsiz  baş  verə  bilməz.  Lakin  səbəbiyyət  prinsipinin 

mövcudluğu  heç  də  tarixi  qanunların  mövcudluğunu  ehtiva  etmir.  Bu 

anlamda  tarixi  hadisələr  arasında  səbəbiyyət  bağlılığının  aşkarlanması 

tarix elminin əsas vəzifələrindən biridir. 

                                                 

20

 Поппер К. Открытое общество и его враги. Т.II, М.1993.- С.34 



21

 Ясперс К.Истоки истории и ее цель. Вып.2. M., 1994.- С.150 




Dünya iqtisadiyyatının tarixi 

 

 



21

                                                            

Digər tərəfdən, müəyyən zaman kəsiyində hər hansı bir cəmiyyətin in-

kişaf təmayüllərinin aşkarlanması da tarix elminin mühüm vəzifələri sırasın-

dadır. 

Elə  buradaca,  qeyd  edək  ki,  bir  çox  hallarda  təmayül  =  qanun 



eyniyyətinə  rast  gəlinir.  Çılpaq  yanılmadan  başqa  bir  şey  deyildir.  Hər 

şeydən əvvəl, elmi qanun – universal təsbitdir, onun ümumi formasıdır. 

Təmayül  isə  universal  yox,  ekzistensialdır.  Təmayül  –  müəyyən  məkan 

və  zaman  çərçivəsində  hansısa  dəyişikliklərin  istiqamətini  ehtiva  edir. 

Əgər,  qanun  həmişə  və  hər  yerdə  fəaliyyətdədirsə,  təmayül  konkret 

zaman kəsiyində mövcuddur və onun mövcudluğu hüdudsuz deyildir. 

Bu baxımdan ən tipik yanılmalardan biri ondan ibarətdir ki, “indi” 

mövcud olan təmayülü gələcəyə və keçmişə aid edirlər. 

Artıq  elmə məlum olan tarixi proseslərin səbəbləri problemi – tarix 

fəlsəfəsində  mərkəzi  problemlərdən  biri  kimi  çıxış  edir.  Daha  konkret 

şəkildə  ifadə  etsək,  söhbət  determinizm  və  indeterminizm,  yaxud 

qanunauyğunluq  və  təsadüfilik  arasında  seçimdən  gedir.  Məlumdur  ki, 

intibah  dövründə  tarixi  qanunauyğunluğun  primatlığı  tam  şəkildə  ortada 

idi.  Sonrakı  dövrlərdə  determinist  yanaşmanın  məşhur  tərəfdarları  (A.  de 

Tokvil,  K.Marks,  M.Veber  və  s.)  təsadüfiliyi  ümumiyyətlə  tarixi 

təfəkkürün  periferiyasına  sıxışdırmağa  çalışmış,  onu  elmi  tarixin 

çərçivəsindən  kənara  çıxarmağa  cəhd  etmişlər.  Son  onilliklər  ərizndə 

struktur  tarix  məktəbi  də  həmin  istiqamətdə  fəlaiyyət  göstərmişdir.  Bu 

məktəb  belə  bir  qənaətdən  çıxış  edir  ki,  insan  fəaliyyətinin  “görünən” 

tarixinin əsasında latent tarixi proseslər (demoqrafik dəyişikliklər, iqtisadi 

strukturlar,  dəyər  yönlənməsi)  dayanır  və  həqiqətən  də,  mühüm  tarixi 

hadisələr  təsadüfdən  deyil,  struktur  transformasiyadan  asılı  olaraq  baş 

vermişdir. 

Qanunauyğunluğun  hökmran  mövqeləri  (elmi  fikirdə)  “zəbt” 

etməsinə baxmayaraq, təsadüfilik heç vaxt tarixin sərhədlərindən kənara 

çıxmamışdır.  Təsadüf  –  tarixi  əsaslandırmanın  üsulu  kimi  qalmaqdadır. 

Təsadüfilik  problematikası  müasir  ənənəviçilərin  əsərlərində  yer 

almaqdadır.  Tarixi  ənənəviçilər  sistemli  tədqiqatların,  təkamül 

sxemlərinin, abstraksiya və ümumiləşdirmələrin əleyhinədirlər. 

Hər  bir  tarixi  hadisənin  unikallığını  təsbit  etməklə,  onun,  yəni 

tarixin  interpretasiyasında  təsadüfi  olanın  və  gözlənilməzin  əsas  rol 

oynadığı qənaətindədirlər. 

Ənənəviçilərin  fikrincə,  determinizm  –  tarixin  əsas  fiquru  olan 

insanın azadlığını inkar edir. 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə