Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə10/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   6   7   8   9   10   11   12   13   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



24

                                                            

2.

  Araşdırma  prosesində  obyektə  müxtəlif  istiqamətlərdən  baxışı 



təmin  etmək,  nəzəri  ehkamçılıqdan  uzaqlaşmaq,  idrakın 

müxtəlif modellərindən yararlanmaq. 



 

§ 1.3. Tarixi inkişaf problemi 

 

Tarixin  mənası  və  qanunları  prizmasından  tarixi  inkişaf  problemi 

xüsusi  diqqət  tələb  edir.  Tərəqqi  ideyası  –  dönmədən  irəliləmək, 

ibtidaidən  aliyə  yüksəlmək,  inkişafın  daha  yüksək  pillələrinə  keçmək 

anlamında  ilk  dəfə  olaraq  intibah  dövründə  formalaşmışdır.  Sonrakı 

dövrlərdə  tərəqqi  ideyası  tarixi  dinamikanın  determinasiyasını  ehtiva 

edən ən ümumi qanun kimi çıxış etməyə başladı. 

K.Dason  qeyd  eidrdi  ki,  tərəqqiyə  (inkişafa)  olan  inam  sözün 

müəyyən  mənasında  tarixin  gedişi  haqqında  xristian  təsəvvürün  yeni 

interpretasiyasıdır.  Yəni  tərəqqiyə  olan  inam  xalis  rasional  konstruksiya 

yox, ənənəvi xristian baxışlarının sekulyar versiyasıdır. 

K.Marks,  eləcə  də  V.Hegel  yüksələn  inkişafı  bütün  tarixi  prosesin 

əsası kimi səciyyələndirirdilər. Tərəqqinin ümumdünya tarixi mərhələləri 

K.Marksda  ictimai-iqtisadi  formasiyalar  formasında  bölünmüşdür. 

Məhsuldar  qüvvələrin  inkişafı  özünə  uyğun  gələn  yeni  istehsal 

münasibətləri  doğurmaqla  inkişafın  yüksələn  xətlə  gedişini  təmin  edir. 

K.Marks kapitalizmin süqutunun labüdlüyü fikrini irəli sürmüş, lakin onu 

ümumiyyətlə, mədəniyyətin qürubu kimi səciyyələndirməmişdir. Sadəcə 

olaraq,  o,  labüd  dünya  inqilabında  yeni,  daha  proqressiv  (kapitalizmlə 

müqayisədə) epoxanı görürdü. 

Tarix fəlsəfəsində tərəqqi ideyasının iki formasını fərqləndirirlər: 

1.

  Sərhədsiz, hüdudsuz, sonsuz yüksələn xətlə inkişafa olan inam; 



2.

  Yekun  etibarilə  yüksək  səviyyəli  cəmiyyətin  formalaşması 

yönümlü inkişafa olan inam. 

Tarixi  tərəqqidə  sonsuzluq  V.Hegeldə,  onun  dialektik  üçlüyündə 

(Tezis→  antitezis→  sintez  )  öz  əksini  tapmışdır.  Eyni  zamanda,  tərəqqidə 

hansısa  yekunlaşma  mərhələsinin  yoxluğu  yeni  keynsçilərdə  də  müşahidə 

olunur.  Bu  yanaşmaya  görə,  gerçəklik  →  insanın  mədəni  fəaliyyətindən 

qaynaqlanan  və  heç  vaxt  bitməyən,  yekunlaşmayan  yaradıcılıq  aktıdır. 

P.Tillixin fikrincə, tərəqqinin ikinci forması utopizmdir. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



25

                                                            

“Utopizm  –  tərəqqinin  forması  olmaqla  konkret  məqsədə  can  atır: 

tarixin elə mərhələsinə yetişmək ki, burada həyatın qeyri-müəyyənliyinə 

qalib gəlmək mümkün olsun”.

26

 



XX  əsrdə  baş  verən  iki  dünya  müharibəsi,  sosialist  inqilabı  və  digər 

kataklizmlər tərəqqi ideyasının problematik xarakter daşıdığını üzə çıxardı. 

Tərəqqinin  -  ən  ümumi  tarixi  qanun  olmadığı  dərk  edilməyə 

başlandı.Tərəqqi – heç də sosial həyatın bütün aspektlərini əhatə etmir, hətta 

əhatə etdiyi sferalara münasibətdə birmənalılıq yoxdur. 

“.... Biz “tərəqqiyə” olan  inamı itirmişik və hesab edirik ki, tərəqqi 

anlayışı  yalançı  anlayışdır.  Bəşəriyyət...  heç  də  fasiləsiz  olaraq 

kamilləşmir,  əksinə,  o  “azmaqdadır”(kursiv  –  Ş.H.,  Ə.B.)  və  hər  bir 

epoxa  hansısa  inama  söykənir,  sonralar  isə  bu  inamın  yalan  olduğu  üzə 

çıxır”.


27

 

Y.Boxenski, ümumiyyətlə tərəqqini XIX əsrdən miras qalmış “... ən 



zərərli yanılmalardan biri”

28

 hesab edir. 



Xüsusi təfsilata varmadan da, aydındır ki, hər iki tədqiqatçı (Frank 

və Boxenski) ifrat dərəcədə skeptisizmə meyil edirlər. 

Bəşəriyyətin  təkamül  tarixinə,  hətta  ötəri  nəzər  salındıqda  belə, 

görməmək  mümkün  deyildir  ki,  tərəqqi  –  3  səviyyəli  konsept  kimi 

mövcud  olmuşdur:  Bəzi  sahələrdə  tərəqqi  açıq-aydın  şəkildə  müşahidə 

edilir,  bəzilərində  tənəzzüllə  növbələşir,  digər  sahələrdə  isə  sadəcə 

olaraq,  baş  vermir,  yaxud  tarixi  dövrün  qısalığı  ucbatından  onu 

aşkarlamaq mümkün olmur. Eyni zamanda, qeyd etmək lazımdır ki, elm 

və  texnikada  (hansı  ki,  aydın  şəkildə  müşahidə  olunur)  baş  verən 

tərəqqini  ən  ümumi  tarixi  qanun  kimi  deyil,  uzunmüddətli  təmayül 

keyfiyyətində  qəbul  etmək  və  nəzərə  almaq  lazımdır  ki,  sözügedən 

sferadakı tərəqqi bəşəriyyətin deyil, elmi biliklərin “vahidləşməsinə” yol 

açır. 

Təbiidir ki, incəsənətdə, insanın təbiəti ilə bağlı məsələlərdə, sosial 



quruluşun  formalarında  və  s.  və  i.a.  tərəqqinin  “gerçəkliyi”  heç  də 

birmənalı  şəkildə  qavranılmır.  Beləliklə,  tərəqqi  –  tarixin  qanunu  deyil 

(eləcə də, inkişaf – dünya iqtisadiyyatının). 

 Tərəqqi – harda baş verməsindən asılı olmayaraq, insan zəkası və 

fəaliyyətinin məhsuludur. 

 

                                                 



26

 Тиллих П. История и Царство Божие// Философия истории. Антoлогия. М., 

1995.- С.239-240 

27

 Франo С.Л. Крушение кумиров// Сочинения. М., 1990.- С.141 



28

 Бохеньский Ю. Сто суеверий. М., 1993. с.120 




Dünya iqtisadiyyatının tarixi 

 

 



26

                                                            



§1.4. Dünya tarixinin və bəşəriyyətin vahidliyi problemi 

 

Tarixçilər  “dünya  tarixi”  anlayışına  iki  müxtəlif  yönümdə 

yanaşırlar: 

1.

  Bəşər tarixi ümumi kosmik tarixin bir hissəsi olmaqla, həm 



təbiətin tarixini (canlı təbiət), həm də bəşər tarixini özündə 

ehtiva  edir.  Eyni  zamanda,  bəşər  tarixi  ilkin  başlanğıcdan 

vahiddir  və  tamdır;  O,  kosmik  tarixin  üzvi,  hətta  zəruri  bir 

hissəsidir. 

2.

  Dünya tarixi – bəşəriyyətin qərarlaşan tarixidir. Bəşəriyyət, 



zaman  keçdikcə  vahidləşən  tam  kimi  formalaşır.  O,  eyni 

zamanda,  bəşəriyyətə  aidiyyəti  olan,  onun  tərkib  ünsürləri 

kimi  çıxış  edən  və  bir-biri  ilə  sıx  qarşılıqlı  əlaqədə  olan 

xalqların və cəmiyyətlərin tarixidir. 

Birinci  yanaşma  –  vahid  dünya  tarixi  ideyası  K.Marks  və  V.Hegel 

tərəfindən (bu ideya orta əsrlərdə meydana çıxmışdır) əsaslandırılmağa cəhd 

edilmişdir. 

Hər bir tarixi epoxa, hər bir xalq vahid zəncirin halqaları kimi qəbul 

edilirdi. Bununla yanaşı, Hegel, eləcə də Marks bir çox epoxaları, mədə-

niyyətləri  və  s.  tarix  üçün  heç  bir  əhəmiyyət  daşımayan  kimi  prosesdən 

xaric edirdilər. 

Ümumiyyətlə,  yığcam  şəkildə  təsvir  etdiyimiz  yanaşma  gələcəyə 

münasibət  baxımından  teoloji  baxışlarla  üst-üstə  düşür.  Belə  ki,  həm 

Marks-Hegel,  həm  də  teoloji  yanaşmaların  daxili  məntiqindən  çıxış 

etsək,  onda  belə  alınır  ki,  müəyyən  dövrdən  sonra  vahid  dünya  tarixi 

özünün yekun nöqtəsinə çatacaq, yekunlaşacaq və fərqli zaman ölçüsünə 

keçməklə  sözün  müstəqim  mənasında  öz  mahiyyətini  (tarix  kimi) 

itirəcəkdir. 

kinci  yanaşma  –  dünya  tarixinin  tədricən,  addım-addım  bəşəri 

vahidliyə gətirəcəyi haqqındakı baxışlar real bazarın formalaşdığı dövrdə 

meydana  çıxmışdır.  Əslində,  qeyd  edilən  baxışlar  sistemi  sırf  iqtisadi 

məzmun  daşıyır,  yaxud  dünya  tarixinin  iqtisadi  interpretasiyası 

anlamında çıxış edir. Belə ki, sözügedən təsəvvürlərin ortalığa çıxmasını 

şərtləndirən  əsas  amillər  sırasında  insanların  sayının  sürətli  artımı  və 

qarşılıqlı  əlaqələrin  kəskin  şəkildə  genişlənməsi,  ticarətin  inkişafı,  ayrı-

ayrı regionların iqtisadi cəhətdən qarşılıqlı asılılığının güclənməsi və s. – 

iqtisadi  məzmun  daşıyanlar  həlledici  əhəmiyyət  kəsb  edir.  Təbiidir  ki, 

təsvir  etdiyimiz  yanaşma  birinci  yanaşmanı  –  bəşər  tarixini  ümumi 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə