Dünya iqtisadiyyatının tarixi
18
düzəldilə biləndir. Başqa sözlə, daha yaxşı nəticə əldə etmək
üçün uyğun gələn mexanizm var, amma bu nəticə əldə
olunmayıbdır.
Sonuncu dərəcə o deməkdir ki, texnologiya və institutların
seçimində, bu və ya digər səbəbdən, daha effektiv alternativlərin
olmasına baxmayaraq, daha az effektiv olana üstünlük verilir.
Beləliklə, birinci dərəcə - sadəcə olaraq əlaqənin mövcudluğunu
təsbit edir (qeyri-effektivlik haqqında heç bir nəticəyə gəlmir).
kinci dərəcə - belə bir qeyd-şərtlə çıxış edir ki, zamanlararası
effekt səhvləri artırır.
Üçüncü dərəcə - nəinki bunu (səhvləri artırmanı) təsdiq edir, eyni
zamanda ondan qaçma imkanlarının olduğunu göstərir.
Konsepsiyanın xüsusi əhəmiyyəti ondan ibarətdir ki, “qeyri-
effektiv” texnologiya və institutların seçilməsi ilə olan tarixi hadisələrin
heç də hamısını neoklassik model və terminlərlə - bazarın fiaskosu,
Pareto-optimumu və s. ifadə etmək olmaz.
Problemin qəlizliyi ondadır ki, əvvəlki inkişaf yolundan asılılığın
yanlış interpretasiyası yanlış siyasətə gətirib çıxarır.
§ 1.2. Tarixi tə
rə
qqi və
tarixi qanunlar
Elmi fikrin təkamülü prosesində tarixi inkişafın gerçəkləşməsini
təmin edən xüsusi qanunların mövcudluğu haqqında ilkin biliklər yeni
dövrdə formalaşmağa başlamışdır. Bu dövrə qədər elmi dövriyyədə
hakim mövqelərə yiyələnmiş dini konsepsiyaya xas olan teleoloji
interpretasiya nomoloji yanaşma ilə - yəni tarixi hadisələrin universal
qanunlar əsasında şərhini nəzərdə tutan konsepsiya ilə əvəzlənir. Sovet
tədqiqatçıları da ciddi şəkildə “tarixin qanunlarını” axtarmaqla məşğul
olmuşlar. M.A. Barq yazırdı ki: “...Tarixi tədqiqatlarda aparılan sintezin
zirvəsi ictimai – tarixi qanunauyğunluqları formalaşdırmaqdan ibarətdir
və “.... Hansısa lokal - tarixi epoxanın öyrəniməsində ümumdünya - tarixi
kateqoriyadan uzaqlaşmaq üzə çıxarılan ictimai əlaqələrin siyasi-iqtisadi
mahiyyətini müəyyənləşdirməkdə tam acizlik doğurur”
16
. Başqa sözlə,
tarixin əsas məqsədi tarixi prosesin qanunauyğunluqlarını aşkarlamaqdır.
Bununla belə, tarixin elmi statusunu əsaslandıra biləcək tarixi qanunların
aşkarlanması prosesi ifrat bəsitlik və primitivliklə müşayiət olunurdu.
16
Барг М.А. Понятие всемирно-исторического как познавательный принцип исто-
рической науки. М; 1973. -С.6., 15-16.
Dünya iqtisadiyyatının tarixi
19
Bu prizmadan V.Vundt tərəfindən irəli sürülən inkişafın sosial
qanunları səciyyəvi hal kimi nəzərdən keçirilə bilər. “... Sosial aspektdə
eyni fəaliyyət göstərənlər qanununa uyğun olaraq hər bir konkret
vəziyyət həmişə eyni vaxtda mövcud olan toplananlara şamil edilməklə
birgə fəaliyyət göstərmək məqsədilə birləşirlər”.
17
Bunun tarixə, tarixi
inkişafa aidiyyəti aydın deyil. Yaxud, Vundtun digər qanununa – “sosial
təzadlar qanununa” münasibətdə də eyni hal müşahidə edilir.
Tamamilə mümkündür ki, qeyd olunan dağınıq təsbitlərin əsasında
hansısa psixoloji müşahidənin qənaətləri dayanır. Lakin bu təsbitlərin tarixi
tətbiqi, yaxud tarixi interpretasiya üçün əhəmiyyətinin nədən ibarət olduğu
anlaşılmır.
Tarixi qanunların aşkarlanması prosesində yanılmalar və səhv
yanaşmalar kifayət qədər çox olmuşdur. Məsələn, K.Breyziqin
18
“dünya
tarixinin qanunları” (cəmi – 20 qanun) bu qəbildən olanlar sırasındadır.
K.Breyziqə görə, tarixi inkişaf ardıcıl olaraq ailədən nəsilə, sonra
dövlətə, xalqa və s. yönümündə baş verir.
Tarixi inkişaf qanunlarının aşkarlanmasını tarix elminin vəzifəsi hesab
edənlərin və bu aspektə xüsusi diqqət yetirənlərin sırasında kifayət qədər
məşhur tədqiqatçılar vardır (K.Marks, C.Mill, Q.Zimmel, M.Veber və s. və
i.a.). Lakin XX əsrdən başlayaraq qeyd edilən istiqamətin prioritetliyini önə
çəkənlərin sayı əhəmiyyətli dərəcədə azalmağa başladı.
Görkəmli tədqiqatçıların böyük əksəriyyəti “tarixin qanunlarının”
olmasını şübhə altına alır və onun mümkünsüzlüyünü göstərirdilər.
(Q.Rikkert, N.Kareev, R.Vipper, E.Tarle və s.).
Postpozitivizmin banisi K.Popper tarix elmləri və ümumiləşdirici
(nəzəri) elmlər arasındaki fərqə istinadla tarixi qanunların mövcud
olmadığını ortalığa qoymuşdur. O qeyd edirdi ki, nəzəri ümumiləşdirici
elmlər universal hipotezlərin yoxlanılması, tətbiqi ümumiləşdirici elmlər
– konkret hadisələrin öngörməsi ilə maraqlanır. Tarix elmləri konkret,
spesifik hadisələr və onların interpretasiyası ilə məşğuldur. “... Bizim
fikrimizcə, həqiqətən də heç bir tarixi qanun ola bilməz... Tarixin vəzifəsi
ondan ibarətdir ki, ayrı-ayrı hadisələri təhlil etsin və onların səbəblərini
göstərsin. Qanunlarla maraqlananlar isə nəzəri ümumiləşdirici elmlərə
müraciət etməlidirlər.”
19
17
Вундт В. Социальные законы// Философия истории. Антология, М; 1995.- С.146
18
Брейзиг К. Законы мировой истории// Философия истории. Антология. М,
1995.- С. 153
19
Поппер К. Открытое общество и его враги. Т.II, М.1993.с.305