Dünya iqtisadiyyatının tarixi
24
2.
Araşdırma prosesində obyektə müxtəlif istiqamətlərdən baxışı
təmin etmək, nəzəri ehkamçılıqdan uzaqlaşmaq, idrakın
müxtəlif modellərindən yararlanmaq.
§ 1.3. Tarixi inkiş af problemi
Tarixin mənası və qanunları prizmasından tarixi inkişaf problemi
xüsusi diqqət tələb edir. Tərəqqi ideyası – dönmədən irəliləmək,
ibtidaidən aliyə yüksəlmək, inkişafın daha yüksək pillələrinə keçmək
anlamında ilk dəfə olaraq intibah dövründə formalaşmışdır. Sonrakı
dövrlərdə tərəqqi ideyası tarixi dinamikanın determinasiyasını ehtiva
edən ən ümumi qanun kimi çıxış etməyə başladı.
K.Dason qeyd eidrdi ki, tərəqqiyə (inkişafa) olan inam sözün
müəyyən mənasında tarixin gedişi haqqında xristian təsəvvürün yeni
interpretasiyasıdır. Yəni tərəqqiyə olan inam xalis rasional konstruksiya
yox, ənənəvi xristian baxışlarının sekulyar versiyasıdır.
K.Marks, eləcə də V.Hegel yüksələn inkişafı bütün tarixi prosesin
əsası kimi səciyyələndirirdilər. Tərəqqinin ümumdünya tarixi mərhələləri
K.Marksda ictimai-iqtisadi formasiyalar formasında bölünmüşdür.
Məhsuldar qüvvələrin inkişafı özünə uyğun gələn yeni istehsal
münasibətləri doğurmaqla inkişafın yüksələn xətlə gedişini təmin edir.
K.Marks kapitalizmin süqutunun labüdlüyü fikrini irəli sürmüş, lakin onu
ümumiyyətlə, mədəniyyətin qürubu kimi səciyyələndirməmişdir. Sadəcə
olaraq, o, labüd dünya inqilabında yeni, daha proqressiv (kapitalizmlə
müqayisədə) epoxanı görürdü.
Tarix fəlsəfəsində tərəqqi ideyasının iki formasını fərqləndirirlər:
1.
Sərhədsiz, hüdudsuz, sonsuz yüksələn xətlə inkişafa olan inam;
2.
Yekun etibarilə yüksək səviyyəli cəmiyyətin formalaşması
yönümlü inkişafa olan inam.
Tarixi tərəqqidə sonsuzluq V.Hegeldə, onun dialektik üçlüyündə
(Tezis→ antitezis→ sintez ) öz əksini tapmışdır. Eyni zamanda, tərəqqidə
hansısa yekunlaşma mərhələsinin yoxluğu yeni keynsçilərdə də müşahidə
olunur. Bu yanaşmaya görə, gerçəklik → insanın mədəni fəaliyyətindən
qaynaqlanan və heç vaxt bitməyən, yekunlaşmayan yaradıcılıq aktıdır.
P.Tillixin fikrincə, tərəqqinin ikinci forması utopizmdir.
Dünya iqtisadiyyatının tarixi
25
“Utopizm – tərəqqinin forması olmaqla konkret məqsədə can atır:
tarixin elə mərhələsinə yetişmək ki, burada həyatın qeyri-müəyyənliyinə
qalib gəlmək mümkün olsun”.
26
XX əsrdə baş verən iki dünya müharibəsi, sosialist inqilabı və digər
kataklizmlər tərəqqi ideyasının problematik xarakter daşıdığını üzə çıxardı.
Tərəqqinin - ən ümumi tarixi qanun olmadığı dərk edilməyə
başlandı.Tərəqqi – heç də sosial həyatın bütün aspektlərini əhatə etmir, hətta
əhatə etdiyi sferalara münasibətdə birmənalılıq yoxdur.
“.... Biz “tərəqqiyə” olan inamı itirmişik və hesab edirik ki, tərəqqi
anlayışı yalançı anlayışdır. Bəşəriyyət... heç də fasiləsiz olaraq
kamilləşmir, əksinə, o “azmaqdadır”(kursiv – Ş.H., Ə.B.) və hər bir
epoxa hansısa inama söykənir, sonralar isə bu inamın yalan olduğu üzə
çıxır”.
27
Y.Boxenski, ümumiyyətlə tərəqqini XIX əsrdən miras qalmış “... ən
zərərli yanılmalardan biri”
28
hesab edir.
Xüsusi təfsilata varmadan da, aydındır ki, hər iki tədqiqatçı (Frank
və Boxenski) ifrat dərəcədə skeptisizmə meyil edirlər.
Bəşəriyyətin təkamül tarixinə, hətta ötəri nəzər salındıqda belə,
görməmək mümkün deyildir ki, tərəqqi – 3 səviyyəli konsept kimi
mövcud olmuşdur: Bəzi sahələrdə tərəqqi açıq-aydın şəkildə müşahidə
edilir, bəzilərində tənəzzüllə növbələşir, digər sahələrdə isə sadəcə
olaraq, baş vermir, yaxud tarixi dövrün qısalığı ucbatından onu
aşkarlamaq mümkün olmur. Eyni zamanda, qeyd etmək lazımdır ki, elm
və texnikada (hansı ki, aydın şəkildə müşahidə olunur) baş verən
tərəqqini ən ümumi tarixi qanun kimi deyil, uzunmüddətli təmayül
keyfiyyətində qəbul etmək və nəzərə almaq lazımdır ki, sözügedən
sferadakı tərəqqi bəşəriyyətin deyil, elmi biliklərin “vahidləşməsinə” yol
açır.
Təbiidir ki, incəsənətdə, insanın təbiəti ilə bağlı məsələlərdə, sosial
quruluşun formalarında və s. və i.a. tərəqqinin “gerçəkliyi” heç də
birmənalı şəkildə qavranılmır. Beləliklə, tərəqqi – tarixin qanunu deyil
(eləcə də, inkişaf – dünya iqtisadiyyatının).
Tərəqqi – harda baş verməsindən asılı olmayaraq, insan zəkası və
fəaliyyətinin məhsuludur.
26
Тиллих П. История и Царство Божие// Философия истории. Антoлогия. М.,
1995.- С.239-240
27
Франo С.Л. Крушение кумиров// Сочинения. М., 1990.- С.141
28
Бохеньский Ю. Сто суеверий. М., 1993. с.120
Dünya iqtisadiyyatının tarixi
26
§1.4. Dünya tarixinin və bəşə riyyə tin vahidliyi problemi
Tarixçilər “dünya tarixi” anlayışına iki müxtəlif yönümdə
yanaşırlar:
1.
Bəşər tarixi ümumi kosmik tarixin bir hissəsi olmaqla, həm
təbiətin tarixini (canlı təbiət), həm də bəşər tarixini özündə
ehtiva edir. Eyni zamanda, bəşər tarixi ilkin başlanğıcdan
vahiddir və tamdır; O, kosmik tarixin üzvi, hətta zəruri bir
hissəsidir.
2.
Dünya tarixi – bəşəriyyətin qərarlaşan tarixidir. Bəşəriyyət,
zaman keçdikcə vahidləşən tam kimi formalaşır. O, eyni
zamanda, bəşəriyyətə aidiyyəti olan, onun tərkib ünsürləri
kimi çıxış edən və bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan
xalqların və cəmiyyətlərin tarixidir.
Birinci yanaşma – vahid dünya tarixi ideyası K.Marks və V.Hegel
tərəfindən (bu ideya orta əsrlərdə meydana çıxmışdır) əsaslandırılmağa cəhd
edilmişdir.
Hər bir tarixi epoxa, hər bir xalq vahid zəncirin halqaları kimi qəbul
edilirdi. Bununla yanaşı, Hegel, eləcə də Marks bir çox epoxaları, mədə-
niyyətləri və s. tarix üçün heç bir əhəmiyyət daşımayan kimi prosesdən
xaric edirdilər.
Ümumiyyətlə, yığcam şəkildə təsvir etdiyimiz yanaşma gələcəyə
münasibət baxımından teoloji baxışlarla üst-üstə düşür. Belə ki, həm
Marks-Hegel, həm də teoloji yanaşmaların daxili məntiqindən çıxış
etsək, onda belə alınır ki, müəyyən dövrdən sonra vahid dünya tarixi
özünün yekun nöqtəsinə çatacaq, yekunlaşacaq və fərqli zaman ölçüsünə
keçməklə sözün müstəqim mənasında öz mahiyyətini (tarix kimi)
itirəcəkdir.
kinci yanaşma – dünya tarixinin tədricən, addım-addım bəşəri
vahidliyə gətirəcəyi haqqındakı baxışlar real bazarın formalaşdığı dövrdə
meydana çıxmışdır. Əslində, qeyd edilən baxışlar sistemi sırf iqtisadi
məzmun daşıyır, yaxud dünya tarixinin iqtisadi interpretasiyası
anlamında çıxış edir. Belə ki, sözügedən təsəvvürlərin ortalığa çıxmasını
şərtləndirən əsas amillər sırasında insanların sayının sürətli artımı və
qarşılıqlı əlaqələrin kəskin şəkildə genişlənməsi, ticarətin inkişafı, ayrı-
ayrı regionların iqtisadi cəhətdən qarşılıqlı asılılığının güclənməsi və s. –
iqtisadi məzmun daşıyanlar həlledici əhəmiyyət kəsb edir. Təbiidir ki,
təsvir etdiyimiz yanaşma birinci yanaşmanı – bəşər tarixini ümumi
Dostları ilə paylaş: |