Dünya iqtisadiyyatının tarixi
22
Digər, daha müasir arqument bundan ibarətdir ki, determinizm –
tarixin nəzəriyyələşdirilməsi anlamındadır və nəzəriyyə tarixi digər
ictimai elmlərdən asılı vəziyyətə salır.
Yekun olaraq, tarix – digər elmlərin (sosiologiya, sosial
antropologiya, iqtisadiyyat və s.) nəzəri müddəalarinin aprobasiyası
poliqonuna çevrilir. Yəni keçmiş haqqında biliyin müstəqil sferası kimi
çıxış etmir. Ənənəviçilər – tarixi alternativlərin sonsuz axını kimi şərh
edirlər.
Təsadüfiliyin tarixi prosesin arqumenti kimi modernləşdirilməsi
cəhdləri də olmamış deyildir. Bu anlamda modernistlərə aksidental və
antifaktiki tarix məktəblərini aid etmək olar.
Tədqiqatçıların bir qrupu (A.Teylor, A.Fletçer) öz vəzifələrini
məlum tarixi hadisələrin səbəbləri haqqında sabit təsəvvürlərə yenidən
baxmaqla, onların mütləq təsadüfi xarakter daşıdığını sübut etməkdə
görürlər. Digər qrup (R.Foqel, S.Engerman və s.) tarixdə nəyin baş
vermədiyini, yaxud həqiqətdə nəyin baş verdiyini istisna etməklə model
formalaşdırmağa çalışırlar.
Tarixin, bir elm kimi proqnostik funksiyası da şübhə altına
alınmışdır. Tarixi öngörmə əslində cəmiyyətin elmi idarəedilməsi
anlayışı ilə eyni məzmun kəsb edir.
“... Müasir cəmiyyətin ümuminkişaf prosesini tam və rasional bilik
səviyyəsində idarəetməyə çalışmaq – illiyuziyaya qapılmaq deməkdir”.
22
Maraqlıdır ki, K.Marks tarixi prosesdə alternativ seçimlərin mümkün-
lüyünü istisna etməmişdir: “təsadüfləri” həm də, insanların xarakterinə aid
edirdi.
23
Həqiqətən
də,
tarixi
öngörmənin
dəqiqliyinə
inanmaq
mümkünsüzdür. Belə ki, əvvəla, insan səhv edə bilər; ikincisi, tarixin
hərəkətverici qüvvəsi kimi təkcə iqtisadiyyat (əsasında texniki tərəqqi
dayanan) deyil, həm də külli sayda amillər (siyasi, mədəni, ideoloji və s.)
çıxış edirlər; üçüncüsü, insan – tarixi prosesdə yeganə imperativə tabe
olan “kapillyar” deyildir.
R.Aron yazırdı ki, tarixi bilik “... Keçmişdə qalmış cəmiyyətlərin,
epoxa və mədəniyyətlərin interpretasiyasında hamı tərəfindən qəbul edilə
biləcək yeganə versiyanı ortalığa qoymaqda acizdir”.
24
Beləliklə, universal xarakterli “tarix qanunları” olmayıb və yoxdur.
22
Joffrin L. La gauche retrouvce. Paris, 1994.p.103
23
Маркс К. Энгельс Ф. Соч. Т.33.- С.175
24
Aron R. Dimensions de la conscience historique. Paris, 1961, p.14
Dünya iqtisadiyyatının tarixi
23
Tarix fəlsəfəsinin ortalığa qoyduğu ziddiyyətli məqamların və ifrat
müxtəlifliyin mahiyyətini bir sıra amillərlə izah etmək olar.
Belə ki, tarix, yaxud tarix prosesi:
1.
Müxtəlif sosial zamanlarda baş verir: Yəni zamanın “sosial” məz-
munu müxtəlif dövrlərdə müxtəlif təzahür xüsusiyyətlərinə
malikdir. Əgər, nəzərə alsaq ki, zamanın “yeganəliyi”, yaxud
vahid zaman deyilən şey yoxdur və müxtəlif dövrlərdə zamanın
iqtisadiləşmə, siyasətləşmə və sosiallaşma dərəcəsi, eləcə də
mahiyyəti arasında əsaslı fərqlər mövcuddur, onda “müxtəlif sosial
zamanda” gedən tarixi proses məna tutumu baxımından fərqli
hissələrə parçalanacaqdır;
2.
Müxtəlif mədəniyyətlər, sivil dəyər öz mahiyyətlərinə adekvat
olaraq tarixi prosesi “müxtəlif cür” məna ilə yükləyirlər;
3.
Coğrafi mühitin müxtəlifliyi birmənalı olaraq fərqlilik doğurur;
4.
Sosial-iqtisadi, texniki inkişaf (ayrı-ayrı cəmiyyətlərdə) səviyyəsinin
fərqliliyi tarixi prosesin mahiyyət eyniliyini parçalayan amil kimi
çıxış edir;
5.
Müxtəlif cəmiyyətlərdə (yaxud ölkələrdə) hakim dəyər sistemi,
din, ideologiya və s.-nin fərqliliyi mövcuddur.
Bununla belə, etiraf etmək lazımdır ki, tarixi tərəqqi bütövlükdə
obyektiv xarakter daşıyır. Belə ki, insanın harada, nə vaxt və necə
yaşamasından asılı olmayaraq, yaşamanın əsasını maddi tələbatların
ödənilməsi təşkil edir. Yəni istənilən halda cəmiyyət (inkişaf səviyyəsindən
asılı olmayaraq) maddi istehsal sferasına xüsusi diqqət yetirməlidir.
stehsalın təşkili və həyata keçirilməsi bir qayda olaraq, “irsi keçənlərə”,
yaxud “mirasa” (əvvəlki nəsillərdən qalan) əsaslanır. Yəni bizim qəbul edib-
etməməyimizdən asılı olmayaraq, obyektivdir. Beləliklə, tarixi prosesin
obyektivliyi 3 əsas sütun üzərində bərqərardır:
1)
nsaların həyat fəaliyyətinin, müəyyən maddi əsaslarının
mövcudluğu;
2)
Mənafelər;
3)
Tələbat;
Müasir elmi fikirdə tarix fəlsəfəsi qarşısına qoyulan və həlli
istənilən əsas problemi aşağıdaki kimi ifadə etmək olar:
25
1.
Çoxsaylı tarixi faktlar arasından əsas olanı (olanları) aşkara
çıxarmaq və tarixi hadisələrin (sosial-iqtisadi sistemlərin) in-
kişaf təmayülləri və qanunauyğunluqlarını müəyyənləşdirmək;
25
Социальная философия. М; 1996.- С.51