Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi


Microsoft Word 2007 Mətn Redaktoru



Yüklə 13,54 Mb.
Pdf görüntüsü
səhifə119/270
tarix01.05.2022
ölçüsü13,54 Mb.
#86364
1   ...   115   116   117   118   119   120   121   122   ...   270
15Kompüter-Texnikasının-əsasları-SAMO (1)

3.1.Microsoft Word 2007 Mətn Redaktoru 
Microsoft  Office  paketinin  ən  geniş  yayılmış  proqramlarından  biri  Word  mətn 
redaktorudur.  Word  ingiliscədən  tərcümə  edildikdə  söz  mənasını  verir.  Mürəkkəb  mətnlərin 
yığılmasında, sənədlərin, məktub və hesabatların cədvəllərin yaradılması və hazırlanmasında 
tətbiq  olunur.  Bu  proqram  vasitəsilə  böyük  həcmli  kitablar  hazırlamaq,  kitabı  müxtəlif 
fəsillərə  ayırmaq,  hər  fəslə  müxtəlif  formatlı  stillər  tətbiq  etmək  və  bir  cox  faydalı 
əməliyyatları icra etmək mümkündür. Microsoft Word 2007  proqramı istifadəçiyə mətnlərin 
redaktə  edilməsi  və  formalaşdırılması  kimi  müxtəlif  əməliyytları  həyata  keçirməyə  geniş 
imkanlar  verir.  Microsoft  Word  2007  mətn  redaktorundan  istifadə  etməklə  həll  olunacaq 
məsələlərin siyahısı aşağıda verilən kimidir: 

 
Mətnin üslubunun və  yazı  stilinin (şriftlərin) geniş  seçilmə imkanının varlığı 
ilə mətn sənədlərinin yaradılması və redaktə olunması; 

 
Mətn  sənədlərinin  tərtibatı  (başlıqların,  kolontitulların  və  mündəricatın 
hazırlanması,  mətnin  səhifədə  yerləşdirilməsi,  şriftlərin  sazlanması  və  abzas 
parametrlərinin  qurulması,  müxtəlif  bölgülərdən  istifadə  etməklə  mətn 
sənədlərinin hazırlanması; 

 
Mətnə  müxtəlif  elementlərin:  xüsusi  simvolların,  şəkillərin,  qeydlərin, 
hiperistinadların, haşiyələrin və s. əlavə olunması; 

 
Bufer  yaddaşdan  istifadə  etməklə  mətnin  surətinin  alınması,  kəsilmiş 
fraqmentlərin yerinin dəyişdirilməsi və s. yerinə yetirilməsi; 

 
Hazırlanmış mətnin cədvələ çevrilməsi və əks əməliyyatın həyata keçirilməsi


 
 
 
129 

 
Yığılmış  mətnin  səhifələr  sayını,  mətndəki  simvolların  sayını,  abzasların 
sayını və s. müəyyən etməklə sənədə baxışın keçirilməsi

 
Yığılmış mətndə qramatik, stilistik və s. səhvlərin aşkarlanmasının avtomatik 
olaraq həyata keçirilməsi

 
Xüsusi  funksiyalardan  istifadə  etməklə  şəkilllərin  (həmçinin  təsvirlərin) 
yaradılması; 

 
Formalaşdırılmış mətnin müxtəlif formatlarda saxlanması; 

 
Hazır mətnlərin çapa hazırlanması və çapa verilməsi (lazım gələrsə mətnı çap 
etməzədən əvvəl öncə baxış əməliyyatının yerinə yetirilməsi); 

 
Öndə  göstərilənlərdən  əlavə  Microsoft  Word  2007   əməliyyat  sistemi 
istifadəçinin  tələbinə  uyğun  olaraq  digər  əməliyyatları  da  yerinə  yetirmək 
qabiliyyətinə malikdir. 
 

Yüklə 13,54 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   270




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə