Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   82   83   84   85   86   87   88   89   ...   163

 
 
 
179 
Taxıl  böcəkləri  Sərtqanadlılar  və  ya  Böcəklər  dəstəsinin  (Coleoptera),  Karabid  böcəklər 
fəsiləsinin (Carabidae), Zabrus cinsinə mənsub olub, Taxıl böcəyi növünə (Zabrus tenebrioides 
Goeze) aiddir [2;6].  
Azərbaycan ərazisində bu böcəyin sistematikası, biodinamikası görkəməli entomoloq alim 
N. H. Səmədov tərəfındən öyrənilmişdir [1;6]. 
N.Səmədova görə, Azərbaycan ərazisində bu böcəyin bir neçə növü: Cənubi taxıl böcəyi 
(Zabrus  morio  Men),  Adi  Zaqafqaziya  taxıl  böcəyi  (Zabrus  tenebrioides  elongatus  Men),  Dağ 
taxıl böcəyi  (Zabrus triinii Fisch), Böyük taxıl böcəyi  (Zabrus spinipes rugosus Men) müxtəlif 
səviyyədə  yayılmışdır.  Bunlardan  taxıl  sahələrində  Adi  Zaqafqaziya  və  Cənubi  taxıl  böcəkləri 
daha  geniş  yayılaraq,  taxıl  bitkilərinə  ziyan  vururlar.  Digər  növlər  isə  əlverişli  şərait  olduqda 
kütləvi çoxala bilir [1;3;6]. 
Taxıl  böcəklərinin  yayılması  və  zərərvericiliyi:  Taxıl  böcəkləri  əvvəllər  Böyük 
Qafqazın Dağətəyi bölgələrində və Dağlıq Qarabağ ərazisində yayılaraq həşəratın ilkin mənbəyi 
hesab edilirdi. 
Taxıl böcəklərinə Azərbaycanın taxılçılıqla məşğul olan əksər yerlərində təsadüf olunur. 
Lakin,  son  illər  bu  zərərverici  Şəki-Zaqatala  (Şəki,  Oğuz,  Qəbələ,  İsmayıllı)  və  Aran  İqtisadi 
bölgəsi (Beyləqan, Fizuli, Ağdam, Ağcabədi) rayonlarında geniş yayılmışdır. 
 
Əkin sahəsində taxıl böcəklərinin miqdarını təyin etmək üçün, payızda  və  yazda torpaq 
0,25  m
2
  ölçüdə  (50  sm  x  50  sm),  20-30 sm  dərinlikdə  qazılır  və  hər  10  hektardan  4-5  nümunə 
götürülür. Sahə böyük olduqda hər 10 hektara əlavə 4 numunə götürmək lazımdır [5;7].  
2010-12-ci  illərdə  Fizuli  rayonunun  (Haramı  düzü)    fermer  təsərrüfatlarında    dəmyə 
şəraitində  ardıcıl  olaraq  əkilən  taxıl  sahələrinin  taxıl  böcəyi  ilə  kütləvi  zədələnməsi  müşahidə 
olunmuşdur. Belə ki, taxıl böcəyinin sürfələrinin sayı l m
2
-də 40-50 ədəd olmuş və  nəticədə 30 
min hektar buğda sahəsindən 2 min hektarı tamamilə məhv olmuşdur. 
Anoloji  vəziyyət  Qəbələ  rayonunun  taxıl  əkinlərində  də  qeyd  olunmuşdur.  Burada  da 
sürfələrin sayının bu iqtisadi zərərvurma həddindən yüksək olduğunu nəzərə alıb (l m
2
-də 10-15 
ədəd) kimyəvi mübarizə tətbiq olunmuşdur. 
Taxıl böcəkləri taxıl bitkisinin dəni, sürfələri isə cücərtiləri ilə qidalanrlar. Bir böcək 20 
gün ərzində 50-60 dəni zədələyə bilir [3;4]. 
Surfələr bitki yarpaqlarını elə gəmirir ki, bu yaraqlardan yalnız damarlar  qalır və bu bir-
birinə  dolaşmış  sap  yumağı  kimi  olur.  Güclü  zədələnmə  nəticəsində  bitki  məhv  olur,  əkin 
sahələri seyrəkləşir. Onlar payızlıq əkin cücərtilərini bəzən о qədər zədələyir ki, belə sahələrdə 
təkrar səpin aparmaq lazım gəlir. Böcəyin zərərvericiliyi nəticəsində məhsul itkisi 20-30, bəzən 
70-80%-ə çatır [5; 8]. 
    Ədəbiyyat məlumatlarma görə, [5;9] normal sıxlığa malik əkin sahəsinin 1 m
2
-də bir sürfənin 
olması,  1%  bitkini  məhv  edir.  Buna  görə  də  l  m
2
-də  6-7  sürfə  olduqda  kimyəvi  mübarizə 
aparmaq lazımdır və bu zaman məhsul itkisini 50-60%-ə qədər azaltmaq olar. Sahənin 1 m
2
-də 
30 və ya daha artıq sürfə olarsa, ikiqat çilənmə aparılmalıdır. 
Taxıl böcəyinin iqtisadi zərərvurma həddi bitkinin inkişaf fazasından asılı olaraq 1 m
2
-
dəki sürfələrin yaşı və sayı ilə müəyyən olunur [10]. 
 
Taxıl böcəyinin iqtisadi zərərvurma həddi 
                                
Bitkinin inkişaf fazası 
1 kv.m-dəki sürfələrin sayı, ədədlə 
Cücərmə 
Kollanma (payızda) Böyümə 
(yazda) Kollanmanın sonu 
3-4 əd. I yaşlı və ya 0,5 əd. III yaşlı 3-6 əd. II-III yaşlı 
3-4 əd. 
4-10 əd. 
 


 
 
 
180 
Taxıl böcəklərinin bioloji inkişafı: Adi Zaqafqaziya və Cənubi Taxıl böcəkləri əsas növ 
olan Taxıl böcəyinin (Zabrus tenebrioides Goeze) Azərbaycan ərazisində yayılmış yarımnövüdür 
(şəkil  1).  Çox  kiçik  xarici  görünüşünə  (rənginə,  ölçüsünə)  görə  fərqlənsə  də,  həyat  tərzi, 
zədələmə xarakterləri bu böcəklərdə əsas növdə olduğu kimidir [1;2;6]. 
Cənubi  taxıl  böcəyinin  (Zabrus  mario  Men)  uzunluğu  13-14  mm,  bədən  forması 
uzunsov  -  ovalşəkillidir.  Ön  kürəkcik  qanadüstlüklərindən  bir  qədər  ensiz,  qanadüstlükləri  isə 
orta hissədən enlidir. Qarıncığın orta sterniti bir neçə qılcıqdan ibarətdir [6]. 
Cənubi  taxıl  böcəyi  də  digər  növlər  kimi  torpaqda  özünə  yuva  düzəldərək  orada yaşayır, 
gecələr  isə  torpağın  üst  qatına  çıxaraq  taxılın  cücərtiləri  ilə  qidalanırlar.  Qeyd  etdiyimiz  kimi 
bioloji xüsüsiyyəti və zədələmə xarakteri ilə Zaqafqaziya taxıl böcəyindən heç nə ilə fərqlənmir, 
yalnız  bu  böcəklər  daha  körpə,  zərif  və  şirəli  yarpaqlarla  qidalanmağa  üstünlük  verir  və  buna 
görə də gec əkin sahələri daha da çox zədələnməyə məruz qalırlar. 
Adi  Zaqafqaziya  taxıl  böcəyinin    bədəni  yoğun  və  qabarıq  olub,  qara  rəngdədir. 
Sapşəkilli  bığcıqları,  ağız  hissələri  və  pəncələri  qonur  qırmızıdır.  Qabaq  kürəkciyi  ilə 
qanadüstlüyünün eni bir bərabərdədir. Qanadüstlüyü üzərində uzununa 9 nöqtəli zolaqlar vardır. 
Qarıncığın orta sterniti iki qılcıqdan ibarətdir. Böcəyin uzunluğu 15-17 mm-dir. 
Sürfələri kampodia şəkilli olub, 3 cüt döş ayaqlarına malikdirlər. Rəngləri bulanıq ağımtıl, 
başı və döş buğumları tünd qonur rəngdədir. Qarıncıq buğumlarının üst tərəfində qəhvəyi ləkələr 
vardır. Sürfələrin uzunluğu 25-30 mm-ə çatır [2;6;10]. 
Taxıl  əkinlərində  böcəklər  dağətəyi  bölgələrdə  mayın  I  yarısında,  dağlıq  yerlərdə  isə  bir  həftə 
sonra müşahidə edilir. Kütləvi uçuşu mayın II yarısında olur. Böcəklər gecə həyat tərzi keçirərək 
gün batan kimi gizləndikləri yerdən çıxıb, sünbüllərə daraşır və təzə əmələ gəlmiş və dolmaqda 
olan  dənlərlə  (buğda,  аrpа,  çovdar  və  s.)  qidalanırlar.  Gün  çıxan  kimi  böcəklər  sünbüllərdən 
düşür,  torpaqda  kəltənciklər,  bitki  qalığı,  küləş  topası,  kəsəklərin  altında  gizlənirlər.  İstilər 
düşdükdə, taxılın tam yetişmə fazasında onlann fəaliyyəti zəifləyir və yay yuxusunu (diapauza) 
keçirmək  üçün  25-30  sm  torpağın  dərinliyinə  girirlər  [3;5;6].  Diapauza  hava  şəraitindən  asılı 
olaraq, sentyabrın əvvəllərinədək uzanır. 
Yay yuxusundan sonra, böcəklər daha da fəal olaraq qidalanır və əsasən, torpağın 5-15 sm 
dərinliyinə topa halında yumurta qoyurlar. Bir dişi fərd 70-100-ə qədər yumurta qoyur. Yumurta 
qoyduqdan sonra, böcəklərin çoxu ölur, bir qismi isə qışlayırlar. Yumrtaqoyma diapauzadan 8-
11 gün sonra başlayır və oktyabrın II yarısınadək davam edir. Yumurtalar ağ rəngdə, ölçusü darı 
dəni  böyüklüyündə  olur.  Yumurtalardan  2  həftədən  sonra,  sentyabrın  II  yarsından  etibarən 
sürfələr çıxır. Sürfələr 2 dəfə qabıq dəyişərək 3 yaş dövrü keçirir. 
Cavan sürfələr əvvəlcə yerə tökülmüş toxumlardan əmələ gəlmiş cücərtilərlə, daha sonra 
geniş  taxıl  sahələrinə  keçərək  qidalanırlar.  Sürfələrin  qidalanması  soyuqlar  düşənədək  davam 
edir  və  bundan  sonra  onlar  torpağm  20-30  sm  dərinliyində  qışlamağa  gedir.  Qış  mülayim 
keçəndə sürfələrin qidalanması bütün qış ərzində müşahidə olunur və aprelin axırına kimi davam 
edir.  Azərbayacan  ərazisində  əsasən  II-III  yaşlı,  nadir  hallarda  I  yaşlı  sürfələr  qışlayırlar.  Bəzi 
ədəbiyyat məlumatlarına görə payızlıq taxıl əkinlərində torpağın 20-30 sm dərinliyində qışlamış 
yumurtalara da rast gəlmək olur [6;7]. 
Yazda  sürfələr  yenidən  zərərli  fəaliyyətə  başlayır  və  aprel  ayının  axırlarına  qədər  yalnız 
taxılların yaşıl yarpaqları ilə qidalanırlar. Aprelin axırı və ya mayın  I yarısında sürfələr torpağın 
20 sm-dək dərinliyində puplaşır və puplardan 2-3 həftədən sonra böcəklər çıxır. Taxıl böcəkləri 
ildə bir nəsil verir. 
Taxıl böcəklərinə qarşı mübarizə aparmaq üçün profilaktika məqsədilə aqrotexniki, kütləvi 
sirayətlənmə müşahidə olunduqda isə kimyəvi mübarizə tədbirləri tətbiq olunur. 
Aqrotexniki tədbirlər: Taxıl böcəkləri yayılmış sahədə dənin yerə tökülməsinin qarşısını 
almaq  üçün  məhsul  tez  və  vaxtında  yığılaraq,  küləşin  təmizlənməsi  lazımdır.  Taxıl  təmiz 
biçilərək  yığıldıqdan  sonra  kövşəmək  əvvəlcə  üzdən,  sonra  isə  kotancıqlı  kotanla  azı  22  sm 
dərinlikdə şumlanmalıdır. 
       Aran  və  dağətəyi  bölgələrdə  sahə  avqustun  əvvəlinə,  dağlıq  yerlərdə  isə  avqustun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə