97
Tədqiqat ilində gövdələrin və yarpaqların miqdarı öyrənilərək faizlə ifadəsi verilmişdir.
Öyrənilən genotiplərdə yarpaqlama faizi 47,9-51,9 % arasında dəyişmişdir. Ot çıxımı faizinin isə
öyrənilən genotiplərdə 23,7-24,8 % intervalında olduğu təyin edilmişdir.
Qeyd etdiyimiz kimi II çalımda təcrübə sahəsi toxuma saxlanaraq ot məhsuldarlığı
hesablanmış və fenoloji fazalar təyin edilmişdir. II çalımda bitkilərin boyu I çalımla müqayisədə
azalmışdır. Bu fərq standart “Aran” sortunda 10 %-ə qədər olmuşdur. II çalımda digər göstəricilərdə
də azalma müşahidə edilmişdir. “Aran” sortunda II çalımda bitkilərin orta boyu 77 sm olmuşdur.
Standartla müqayisədə sıra nömrəsi 3, 7, 9, 10, 17, 24, 39, 44, 50, 51, 52, 53, 55, 59, 60 və 64 olan
genotiplərdə müşahidə edilərək 82-84 sm olmuşdur ki, bu da “Aran” sortundan 6,4%-9% yüksək
olmuşdur. Minimal qiymətlər isə sıra nömrəsi 4, 5, 13, 30, 35, 62 və 63 olan sortlarda (61-67 sm)
müşahidə edilmişdir ki, bu da standartdan 13-21 % az olmuşdur. Tədqiqt ilində II çalımda
hektardan yaşıl kütlənin miqdarı “Aran” sortunda 145,4 sen/ha, onunla müqayisədə yüksək qiymət
sıra nömrəsi 3, 4, 7, 9, 15, 16, 20, 23, 24, 25, 40, 41, 47, 49, 56, 57, 59,60 olan genotiplərdə
müşahidə edilərək 148-180 sen/ha təşkil edərək standartdan 2-24 % yüksək olmuşdur. Ən az
məhsuldarlıq isə sıra nömrəsi 2, 12, 19, 26, 27, 28, 30, 31, 45, 62, 64 və s. genotiplərdə müşahidə
olunaraq 100-120 sm təşkil etmişdir ki, bu da standartdan 18-32 % az olmuşdur. Tədqiqatlar
zamanı müəyyən olunmuşdur ki, yaşıl kütlədəki bu hal quru otun miqdarı ilə analogiya təşkil edir.
Tədqiqat zamanı qeyd etdiyimiz kimi toxum məhsuldarlığı da müəyyən edilmişdir. Toxum
məhsuldarlığı “Aran” sortunda 3,78 sen/ha, ən yüksək məhsuldarlıq isə sıra nömrəsi 7, 17, 23, 24,
25, 39, 47, 49 və 60 olan nümunələrdə müşahidə olunaraq 5,0-6,5 sen/ha təşkil etmiş və standartdan
32-71 % yüksək olmuşdur. Ən az məhsuldarlıq isə 28, 29, 30, 32, 33, 34 və 56 nömrəli genotiplərdə
müşahidə olunaraq 2,0-2,5 sen/ha təşkil etməklə standartdan 34-48 % az olmuşdur, digər nümunələr
isə standartla analogiya təşkil etmişlər.
Abşeron şəraitndə yonca sort nümunələrinin bəzi təsərrüfat xüsusiyyətlərinin
qiymətləndirilməsi (2012)
S.s
Sortun
adı
Bitkinin
boyu,
sm
Fərq,
%
Yaşıl
kütlənin
miqdarı,
sen/ha
Fərq,
%
Quru
otun
miqdarı,
sen/ha
Fərq,
%
Ot
çıxımı,
%
Toxumun
miqdarı,
sen/ha
Fərq,
%
Srandart
Aran
79
100
518
100
124,0
100,0
23,9
3,78
100,0
6
Ferri-
Morse-49
79
0
468
-10
112,0
-9,7
23,9
5,1
34,9
7
Adriana
87
10,0
544
5
129,7
4,6
23,8
5,1
34,9
9
Bresaola
86
8,8
520
0,3
125,0
0,8
24,0
5,8
53,4
18 Vavilovka
74
-6,4
436
-16
107,2
-13,5
24,5
4,2
11,1
38
Donskaya-
1
80
1,2
456
-12
109,5
-11,7
24,0
3,5
-7,5
39
Donskaya-
2
85
7,5
534
3
127,5
2,4
23,8
5,5
45,5
44
Flora-2
84
6,3
482
-7
116,0
-6,5
24,0
4,2
11,1
98
I çalımla müqayisədə II çalımda quru ot çıxımının nisbətən yüksək olduğu müəyyən
edilmişdir.
II çalımda ot çıxımının 23,8-25,2 %, yarpaqlanmanın isə 48,3-50,9 % olduğu təyin
edilmişdir.
Tədqiqat ilində III çalımda da qeyd etdiyimiz əlamətlər öyrənilmişdir. Belə ki, standart
“Aran” sortunun boyu 74 sm olmuşdur. Standartla müqayisədə maksimal qiymət sıra nömrəsi 7, 17,
19, 20, 23, 42, 43, 44, 52, 53, 55, 59, 60 və 64 olan genotiplərdə 78-82 sm təşkil etməklə
standartdan 5-11 % yüksək olmuşdur. Minimal qiymət isə 4, 13, 14, 15, 32, 35, 62 və s.
nümunələrdə müşahidə edilərək standartdan təxminən 15-18 % az olmuşdur. Digər nümunələrin
boyu isə standartla oxşarlıq təşkil etmişdir.
III çalımda əsas nəticə kimi götürülən yaşıl kütlə və quru otun miqdarı standart sortda
hektardan 137 və 38,4 sentner olmuşdur. Qeyd etdiyimiz göstəricilərin ən yüksək qiyməti sıra
nömrəsi 3, 17, 18, 23, 24, 40, 41, 56, 59, 60 olan genotiplərdə müşahidə edilərək 148-164 sen/ha
təşkil etməklə standartdan 8-20 % yüksək olmuşdur. Bu tendensiya quru otun miqdarında da
müşahidə edilmişdir. Məhsuldarlıqda minimal qiymət isə sıra nömrəsi 2, 13, 14, 19, 28, 29, 30, 32,
33, 35, 36, 37, 45, 62 və s. olan nümunələrdə 90-120 sen/ha təşkil etməklə “Aran” sortundan 12-34
% az olmuşdur. Digər nümunələrdə isə məhsuldarlıq standartla analogiya təşkil etmişdir.
III çalımda yarpaqlanma və ot çıxımı uyğun olaraq 48,5-50,9 %, 23,7-24,3 % təşkil etmişdir.
Qeyd etdiyimiz kimi tədqiqatlar yoncanın həyatının 4-cü ilində kolleksiya tingliyində
aparılmışdır. Tədqiqat üçün seçilmiş 57 nümunə üzərində fenoloji müşahidələr və təsərrüfat
xüsusiyyətləri standart “Aran” sortu ilə müqayisədə təhlil edilərək öyrənilmişdir. Əvvəlki tədqiqat
işlərinin nəticəsi kimi standartla müqayisədə məhsuldarlığı yüksək olan 11 nümunə təhlil
edilmişdir. Cari tədqiqat ilində isə fərqli nəticələr alınmışdır. Belə ki, seçilmiş 11 nümunədən
bəzilərinin məhsuldarlığı aşağı düşmüş, kolleksiya pitomnikindən olan bəzi nümunələrin
məhsuldarlığı isə artmışdır. Bütün bunları nəzərə alaraq yekun nəticə kimi əvvəlki tədqiqat
işlərindən seçilmiş nümunələr və cari ildə yüksək məhsul verən sortların təhlili məqsədəuyğun
hesab edillmişdir.
Tədqiqat ilində standart “Aran” sortunda bitkilərin orta boyu 79 sm olmuşdur. Sıra nömrəsi
18 olan “Vavilovka” sortunun boyu seçilmiş nümunələr içərisində minimal 74 sm olub “Aran”
sortundan 6,4 % az, digər nümunələrdən sıra nömrəsi 6 olan “Ferri-Morse-49” isə standartla
analogiya təşkil etmişdir. Seçilmiş digər nümunələrdə isə bitkilərin boyu standartdan hündür
olmuşdur. Maksimal qiymətlər isə sıra nömrəsi 7, 9, 23, 59 və 60 olan, “Adriana”, “Bresaola”,
“Zvezdoçka”, “Abşeron” və s.sortlarda müşahidə edib 86-88 sm təşkil etməklə “Aran” sortundan
8,8-11 % artıq olmuşdur. Yaşıl kütlənin miqdarı isə “Aran” sortunda 518 sen/ha olmuşdur. Seçilmiş
3
Marenmana
82
3,8
500
-3,5
120,0
-3,6
24,0
4,6
21,7
10
Es
Eremanese
84
6,3
548
5,8
138,1
11,3
25,2
4,8
26,9
23
Zvezdoçka
88
11,4
604
16,6
144,6
16,6
23,9
5,5
45,5
24
Berers
81
2,5
552
6,5
132,3
6,7
23,9
6,5
71,9
40
Sparta
83
5,0
562
8,5
134,4
8,4
23,9
4,7
24,3
56
Çisminskaya-
131
83
5,0
636
22,8
151,0
21,8
23,7
2,5
-
43,9
59
Abşeron
86
8,8
612
18,1
145,8
17,6
23,8
3,9
3,1
60
S.Nuse
86
8,8
600
15,8
144,7
16,7
24,0
6,2
64,9
Dostları ilə paylaş: |