------------------------------------------Neft Daşları-------------------------------------------
6 noyabr 2009-ci ildə Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin çıxışı
Əziz neftçilər, əziz dostlar!
Mən sizin hamınızı Neft Daşlarının 60 illik yubileyi münasibətilə ürəkdən
təbrik edirəm, sizə cansağlığı və gələcək uğurlar arzulayıram.
Bu gün nümayiş etdirilən film Neft Daşlarının şanlı tarixini göstərir.
Doğrudan da bu tarix dünyada nadir bir tarixdir. Dünya miqyasında dənizdə ilk dəfə
olaraq neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən başlanmışdır. Bu gün
Neft Daşları yaşayır. Neft Daşlarında aparılan quruculuq-abadlıq işləri məni çox
sevindirir.
Beş il bundan əvvəl biz sizinlə bərabər bu salonda Neft Daşlarının 55-ci
ildönümünü qeyd edirdik. Qısa müddət ərzində - cəmi 5 il ərzində burada görülmüş
işlər, bu gün burada gördüklərim məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti
yaxşılaşır, həm də Neft Daşları abadlaşır, gözəlləşir. Eyni zamanda, Neft Daşlarında
Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılır. Bu gün biz
yeni kompressor stansiyasının açılışını bərabər qeyd etdik. Beləliklə, Azərbaycanın
neft-qaz potensialının gücləndirilməsi və müasirləşməsi üçün çox vacib addım
atılmışdır.
Neft Daşları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bu gün
göstərilən filmdəki maraqlı tarixi məqamlar bir daha bunu əyani şəkildə sübut edir.
Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox
gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə
malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və
neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə
olacaqdır. Çox vacibdir ki, neftçilərin məişət şəraiti, iş şəraiti, sosial vəziyyəti daim
diqqət mərkəzində olsun. Neft Daşlarının inkişafı bunu göstərir. Gələcəkdə daha da
21