------------------------------------------Neft Daşları-------------------------------------------
Neft – yanar maye, faydalı qazıntı. Yer səthinə yaxın yaylarda və ya çatlarda
yerləşərkən oksidləşərək qatı maltaya, yarımbərk asfalta çevrilir. Spesifik qoxusu
var. Rəngi açıq – qəhvəyidən tünd qonura və qarayadək dəyişir.
Neft müxtəlif karbohidrogenlərdən (alkanlar, sikloalkanlar, arenlər – aromatik
karbohidrogenlər və onların hibridləri) və tərkibində C və H-dan əlavə O, S və N
olan birləşmələrdən ibarətdir. Azərbaycan nefti dünyada ən yüksək keyfiyyətli
neftlərdən biridir.
ASE. c. VII. s. 202.
Neft Daşları – Azərbaycan Respublikası, Abşeron yarımadasından 42 km
c.ş.-də açıq dənizdə, polad dirəklər üzərində salınmış neft şəhəridir. Bu ərazi,
oradakı daşların bəzilərində (təqribən 20 ədəd) neft-qaz nişanələrinin olması ilə
əlaqədar Neft Daşları adlandırılmışdır. Neft Daşları açıq dənizdə olduğundan burada
güclü küləklər əsir, dalğanın hündürlüyü 10-12 m olur. İlk kəşfiyyat quyusu 1949-cu
ildə qazılmışdır. Quyunu M.P.Kaveroçkinin briqadası qazmışdır (qazmaçılar:
Q.Abbasov, Y.Kərimov, N.Babayev və s.).
ASE. c.VII. s. 203 – 204.
13
------------------------------------------Neft Daşları-------------------------------------------
Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür.
Heydər Əliyev
Neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indi deyil, həm
də gələcək nəsillərə mənsubdur.
Heydər Əliyev
Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada
işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz.
Heydər Əliyev
Yaxın gələcəkdə yataqlarda böyük platformalar tikiləcək və biz hamımız
böyük bir gəmiyə toplaşıb Neft Daşlarına, “Azəri”, “Çıraq”, “Günəşli” və digər
yataqlara yollanacağıq. O günlər uzaqda deyil...
Heydər Əliyev
Çox şadam və böyük qürur hissi keçirirəm ki, mən də həyatımın bir hissəsini
neftçilər arasında keçirmişəm. Dövlət Neft Şirkətində işləmişəm. O illər mənim üçün
çox əzizdir, həm də çox dəyərlidir. Çünki orada qazandığım təcrübəbu gün də
mənim üçün gərəklidir və əzizdir. əlbəttə ki, mən özümü bu yüksək Prezident
vəzifəsində neftçilərin nümayəndəsi kimi hesab edirəm və bundan sonra da belə
hesab edəcəyəm.
İlham Əliyev
Azərbaycanın neft strategiyası xalqımıza təhlükəsizlik gətirəcək, ölkənin
müstəqillyini daha da möhkəmləndirəcəkdir.
İlham Əliyev
14
------------------------------------------Neft Daşları-------------------------------------------
5 il bundan əvvəl biz sizinlə bərabər bu salonda Neft Daşlarının 55-ci
ildönümünü qeyd edirdik. Qısa müddət ərzində - cəmi 5 il ərzində burada görülmüş
işlər, bu gün burada gördüklərim məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti
yaxşılaşır, həm də Neft Daşları abadlaşır, gözəlləşir. Eyni zamanda, Neft Daşlarında
Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılır.
İlham Əliyev
Нефтяной сектор будет в Азербайджане всегда, так как нефть, газ – это
наше богатство…
Обладание Азербайджаном большими запасами нефти и газа является
счастьем нашего народа и служит самым главным фактором для хорошей
жизни народа, развития страны сегодня, в будущем.
Гейдар Алиев
55 лет назад на Нефтяных Камнях впервые в мире в море стала
добываться нефть. Азербайджанские нефтяники с честью продолжают свою
героическую эпопею и сегодня.
Нефтяная стратегия общенационального лидера нашего народа Гейдара
Алиева успешно осуществляется. Работающие в море нефтяники выносят свой
ценный вклад в укрепление экономического потенциала Азербайджана.
Ильхам Алиев
15
------------------------------------------Neft Daşları-------------------------------------------
Heydər Əliyev və Neft Daşları
Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən əvvəl də,
DTK-da işlədiyi dövrlərdə dəniz neftçilərinin qonağı olmuşdu. Veteranlar
xatırlayırlar ki, DTK-nın 50 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində
Heydər Əliyev Neft Daşlarına gəlmiş, müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı
mühazirələr oxumuş, fərdi söhbətlər aparmışdı. Neft Daşları rəhbərliyi ilə görüşən
ulu öndər klubda, kitabxanada, yaşayış evlərində olmuş, neftçilərin şəraiti, məişəti,
istirahəti, asudə vaxtının təşkili ilə maraqlanmış, gecə saat 2-yə qədər qəsəbəni,
mədənləri gəzmiş, səhərəcən neftçilərin qonağı olmuşdu.
Ümummilli lider Heydər Əliyev neftçilərə dərin hörmətlə yanaşır, onlara
yüksək dəyər verirdi. Azərbaycan KP MK-nin birinci katibi seçiləndən sonra ilk
fəallar yığıncaqlarının birində O qeyd etmişdi ki, dəniz neftçiləri ən təmiz, saf
qüvvələrdir, hətta atalar sözünü misal gətirmişdi: “Su murdar götürməz”. Yəni dəniz
yalnız təmiz insanlara öz qoynunda yer ayırır. Bu, dəniz neftçilərinə verilən yüksək
qiymət idi.
1972-ci ildə Ulu öndər Heydər Əliyev ömür gün yoldaşı, akademik Zərifə
xanım Əliyeva ilə Neft Daşlarında olmuşlar. Onlarla söhbətlər uzun müddət
xatirələrdən silinmədi. Zərifə xanım böyük həssaslıqla neftçi qadınların problemləri,
qayğısı ilə maraqlanırdı.
1975-ci ildə Azərbaycan KP MK Neft Daşlarının 25 illik yubileyinin qeyd
olunması barədə qərar qəbul etdi. Bu yubiley yerlərdə ümumxalq bayramı kimi qeyd
olunurdu. Tədbirin zirvəsi isə Neft Daşlarında keçirilən unudulmaz mərasim idi.
Yubiley təntənələri 1975-ci il iyunun 17-də keçirildi. Respublika rəhbəri, Neft
Daşlarının yüksəlişində misilsiz xidməti olan Heydər Əliyev və digər nümayəndələr
“Möcüzələr adası”na gəmi ilə gəldilər. Gəmi meydançasında neftçilər ulu öndəri
böyük sevinclə, gül-çiçəklə qarşıladılar.
16
Dostları ilə paylaş: |