------------------------------------------Neft Daşları-------------------------------------------
olmasaydı, "Əsrin kontraktı"nın imzalanması hesab edirəm ki, bizə o qədər böyük
səmərə verməzdi, ümumiyyətlə, xarici şirkətlər 1994-cü ildə Azərbaycana sərmayə
qoyacaqdı, qoymayacaqdı, bu, hələ sual doğururdu.
Yəni, bugünkü Azərbaycanın inkişafında, müstəqil ölkə kimi inkişafında və
güclənməsində neftçilərin payı, əməyi, zəhməti çox böyükdür. Azərbaycan xalqı
bunu həmişə yadda saxlayır.
1970-1980-ci illərdə neftayırma sahəsində, neft hasilatı sahəsində çox böyük
və önəmli addımlar atılmışdır. Azərbaycan müstəqilliyi bərpa edəndə, əlbəttə ki,
1970-1980-ci illərdə, ondan əvvəlki illərdə görülmüş işlər bizim inkişafımızı
müəyyən etdi. Baxmayaraq ki, 1980-ci illərin sonlarında-1990-cı illərin əvvəllərində
Azərbaycanda neft-qaz hasilatı kəskin şəkildə aşağı düşmüşdü.
Hətta biz yaxşı xatırlayırıq ki, özümüzü təbii qazla təmin edə bilmirdik və bir
müddət xaricdən qaz alırdıq. Ancaq bu gün Azərbaycan öz enerji təhlükəsizliyi
məsələlərini tam şəkildə həll edib. Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş
kimi öz mühüm rolunu oynayır. Azərbaycanın neft-qaz resursları başqa ölkələrin
enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır.
Ancaq müstəqilliyimiz əldə ediləndə neft sənayesi bütün başqa sənaye
sahələri ilə bərabər ağır vəziyyətdə idi. İnvestisiyalar demək olar ki, yox idi,
mərkəzləşdirilmiş fondlar yox idi, Azərbaycan iqtisadiyyatı tənəzzülə uğrayırdı.
Ölkədə gedən xoşagəlməz proseslər sabitliyin pozulması və hərc-mərcliyin,
anarxiyanın yaranması, əlbəttə ki, xarici investorları Azərbaycana cəlb etmək üçün
müsbət rol oynaya bilməzdi. Bir vaxt neft diyarı, dünyanın neft paytaxtı kimi tanınan
Azərbaycan və Bakı neft-qaz sahəsində çətinliklərlə üz-üzə qalmışdı.
Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra, 1993-cü
ildən bu sahədə vəziyyət dəyişdi və müsbətə doğru meyillər görünməyə
başlanmışdır. Qısa müddət ərzində-hakimiyyətə gələndən sonra bir il ərzində "Əsrin
kontraktı" imzalanmışdır. "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri
23
------------------------------------------Neft Daşları-------------------------------------------
vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O
vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ
ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün
yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o
çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə
etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq,
eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi
təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə
əməkdaşlığı, eyni zamanda, bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın
imzalanması, eyni zamanda, böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər
Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik. Bu
gün - 15 il keçəndən sonra biz görürük ki, "Əsrin kontraktı"nın imzalanması, əslində,
Azərbaycan qarşısında yeni inkişaf yolunu açmışdır.
O illər hamımızın yaxşı xatirimizdədir. Azərbaycan özünü dünyaya təqdim
etdi. Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərdi və beləliklə, böyük
investisiyaları Azərbaycana cəlb etdi. Bütün gənc, müstəqil ölkələr öz inkişafı üçün
ilkin addımları birinci növbədə xarici investisiyalar hesabına atırlar. Azərbaycan da
o yolu keçmişdir. Ancaq bu gün özümüz başqa ölkələrə investisiya qoyuruq.
Azərbaycan Dövlət Neft Şirkəti bu gün xaricdə investisiyalar qoyur. Yəni biz artıq
xarici sərmayədən asılı deyilik. Əgər xarici sərmayələr Azərbaycana qoyularsa,
əlbəttə ki, biz bundan çox məmnun olarıq. Qoyulmazsa, bu, bizim inkişafımıza heç
bir təsir etməyəcəkdir.
Bizim indi əsas vəzifəmiz investisiyaları neft-qaz sektoruna deyil, qeyri neft-
qaz sektoruna cəlb etməkdir. Çünki neft-qaz sahəsində biz istədiyimizə nail ola
bilmişik. Azərbaycan indi böyük neft-qaz hasilatçısıdır. Bizim yeddi neft-qaz
kəmərimiz vardır - üçü neft kəməri, dördü qaz kəməri.
Biz nefti də, qazı da müxtəlif ölkələrə ixrac edirik. Biz artıq neft sənayesinin
24
------------------------------------------Neft Daşları-------------------------------------------
inkişafı sayəsində elektrik enerjisini də ixrac edirik.
Beləliklə, biz hətta böhranlı 2009-cu ildə maddi sıxıntılar yaşamırıq. Əksinə,
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, hətta 2009-cu ildə
iqtisadiyyatı inkişaf edib və bu ilin 9 ayında iqtisadiyyat 6 faizdən çox artıb. Bütün
bunların təməlində, əlbəttə ki, Azərbaycanın neft strategiyası dayanır. Dövlət Neft
Şirkətinin xarici tərəfdaşlarla uğurlu əməkdaşlığı bugünkü reallıqları yaradıbdır.
Azərbaycan fəxr edir ki, biz dünyada müstəqil siyasət aparırıq. Bu, həqiqətən də
belədir. Artıq bütün dünya bunu bilir və bu, hər bir ölkə üçün ən vacib məsələdir.
Biz bu müstəqil siyasəti nəyin hesabına apara bilirik? İlk növbədə, ona görə ki, biz
iqtisadi cəhətdən müstəqilik. Biz heç kimdən asılı deyilik. Biz öz hesabımıza
yaşayırıq. Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına
yaşayırıq.
Əlbəttə ki, iqtisadi müstəqillik bizə siyasi müstəqillik də verir. Biz öz
sözümüzü qətiyyətlə deyirik. Biz bölgədə yaşanan proseslərə daim öz
münasibətimizi bildiririk. Artıq bölgədə Azərbaycanın maraqları nəzərə alınmadan
heç bir təşəbbüs reallaşa bilməz. Bu, artıq reallıqdır və bu reallığı biz özümüz
yaratmışıq. Nə iqtisadi, nə siyasi, nə enerji, nə nəqliyyat sahəsində heç bir layihə icra
oluna bilməz. Azərbaycan bölgənin çox güclü ölkəsinə çevrilibdir və bu müstəqil
siyasəti aparmaq üçün, ilk növbədə, iqtisadi imkanlar bizim üçün şərait yaradır. Əgər
ancaq iqtisadi imkanlar olsaydı və başqa amillər olmasaydı, müstəqil siyasət
aparmaq, Azərbaycan xalqının maraqlarını tam şəkildə qorumaq bizim üçün yenə də
çətin olardı. Bizdə iqtisadi müstəqilliklə bərabər çox güclü siyasi iradə vardır. Biz
prinsipial mövqedən yanaşırıq. Azərbaycan xalqının maraqlarını bütün sahələrdə və
istənilən formada müdafiə edirik. Bu amillərin sintezi Azərbaycanın hərtərəfli
inkişafı üçün şərait yaradır. Azərbaycanı dünya miqyasında böyük hörmətə malik
olan ölkə kimi tanıdır və ən önəmlisi Azərbaycan xalqının rifah halının
yaxşılaşmasına xidmət göstərir.
25
Dostları ilə paylaş: |