------------------------------------------Neft Daşları-------------------------------------------
inkişaf etsin.
Neftin qiyməti qısa müddət ərzində 140 dollardan 37 dollara düşmüşdür.
Azərbaycanda bir adam bunu hiss elədi?! Halbuki dövlət büdcəmiz - bu ilin
büdcəsində neftin qiyməti 70 dollardan hesablanıb. Bir adam bunu hiss etmədi. Nə
üçün? Çünki birincisi, Azərbaycan dövlətinin güclü sosial siyasəti vardır və bu sosial
məsələlərin həlli prioritetdir. İkincisi, Azərbaycanın iqtisadiyyatı artıq təkcə neft-
qazdan asılı deyildir. Neft sənayesindən əldə edilən gəlirlərin ağılla
və böyük səmərə
ilə qeyri-neft sektoruna yatırılması nəticəsində Azərbaycanda kənd təsərrüfatı,
tikinti, emal sektoru sürətlə inkişaf edir. Bu gün biz artıq ərzaq təhlükəsizliyinin
böyük hissəsini həll etmişik. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə demək olar
ki, maksimum dərəcədə təmin edir.
Bu, heç vaxt belə olmayıb. Həmişə Azərbaycan ərzaq məhsullarının
idxalından asılı idi. Vəzifə qoyulmuşdu ki, özümüzü əsas ərzaq məhsulları ilə təmin
etməliyik və biz bu məqsədə çatırıq. Güzəştli kreditlərin verilməsi, Dövlət
İnvestisiya Şirkətinin yaradılması, bölgələrdə infrastruktur layihələrinin icrası,
elektrik stansiyalarının tikintisi - bütün bunlar vəsait tələb edir, pul tələb edir. Bəzi
başqa ölkələrdən fərqli olaraq bizə qıraqdan heç kim pul vermir. İndi bizim buna
ehtiyacımız da yoxdur. Bütün bunları biz öz hesabımıza edirik. Bu hesab hansı
hesabdır? Bu hesab neftçilərin əməyidir. Bu gün Azərbaycan vətəndaşları neftçilərin
hesabına daha da yaxşı yaşayırlar, qaçqınlar daha da yaxşı vəziyyətdə yaşayırlar.
Son beş il ərzində Azərbaycanda 1800 məktəb tikilibdir. Uşaqlar yaxşı məktəblərdə
oxuyurlar.
Bütün bunların təməlində, bir daha demək istəyirəm ki, neft sənayesidir,
Azərbaycan neftçiləridir. Həmişə olduğu kimi, Azərbaycan neftçiləri çox böyük
hörmətə malikdirlər. Bu hörməti onlar öz zəhməti hesabına, çətin, ağır şəraitdə
Azərbaycanın inkişafı üçün çəkilən zəhmət hesabına qazanmışlar.
Azərbaycan Dövlət Neft Şirkəti son illərdə sürətlə inkişaf edir. Vəzifə
28