Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə33/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   29   30   31   32   33   34   35   36   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
55 
Çevriliş  1908-ci  ildə  həyata  keçirildi,  lakin  daşnakların  gözlədikləri  nəticəni  vermədi:  yeni  rejimdə 
ermənilərin  vəziyyəti  qətiyyən  yaxşılaşmadı.  Həm  də  gənc  türklər  hökuməti  təqsirkarları  yüngülcə 
cəzalandırmaqla kifayətləndi. Bununla əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər və 
özlərini ilkin dayaq bazasına - Rusiyaya üz tutdular. Bu dəfə çar hökuməti məmnuniyyətlə onlara meyl göstərdi. 
Dünya  müharibəsi  yaxınlaşırdı;  Milyukovun  ifadəsincə,  "Rusiya  ilə  Türkiyə  arasındakı  yol  ayrıcında  məskən 
salmış"  ermənilər  böyük  siyasi  əhəmiyyət  kəsb  etdilər.  1913-cü  ildə  rus  diplomatları  mütəşəkkil  erməni 
burjuaziyası  ilə  saziş  bağladılar  və  "məzlum  ermənilərin  müdafiəsi"  uğrunda  açıq  çıxış  edərək  şərq 
vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlı 
müqavimətdən sonra 1914-cü ildə (26/1) islahatlar haqqında saziş imzalamağa məcbur oldu. Həmin sazişə görə 
ermənilər  dövlətlərin,  birinci  növbədə  Rusiyanın  nəzarəti  altında  idarəetmə,  dil,  hərbi  mükəlləfiyyət  və  i.  a. 
sahələrdə çox geniş muxtariyyət almalı idilər.  
Rusiyanın bu müdaxiləsi saziş imzalanandan azacıq sonra başlanmış dünya müharibəsi zamanı ermənilərin 
vəziyyətini  xeyli  ağırlaşdırdı,  həm  də  müharibə  başlanan  kimi  daşnaksutyunlar  "Böyük  Ermənistan"  şüarını 
yenidən ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin fərari ermənilərindən ibarət könüllü dəstələr yaratmağa 
başladılar…  
1917-ci il fevral inqilabı erməni məsələsinin tarixində yeni dövr açdı. Bir il ərzində Zaqafqaziya Rusiya ilə 
əlaqə saxlamaqda davam edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarə 
olunurdu…  
1917-ci ilin oktyabrında daşnakların rəhbərliyi altında erməni milli konqresi toplaşdı. Konqres Ermənistanla 
Rusiyanın  digər  hissəsinin  əlaqəsini  təsdiq  etdi  və  Türkiyə  Ermənistanının  dünya  müharibəsi  zamanı  rus 
qoşunları  tərəfindən  işğal  olunmuş  ərazilərinin  Rusiyada  saxlanılması  tələbini  irəli  sürdü.  Konqresdə  Tiflisdə 
yerləşən erməni "milli mərkəzi" və 15 üzvdən ibarət Milli şura seçildi…  
Mərkəzi  dövlətlərin  darmadağın  edilməsi  erməni  burjuaziyası  qarşısında  yeni  və  geniş  imkanlar  açdı: 
müharibədən  sonra  yaranmış  şəraitdə  ermənilər  qaliblərə  təkcə  Türkiyə  əleyhinə  (Kilikiyada)  deyil,  həm  də 
Sovet  Rusiyası  əleyhinə  (Zaqafqaziyada)  dayaq  kimi  çox  "lazım  idilər".  Erməni  məsələsi  yeni,  əvvəlkindən 
daha  böyük  əhəmiyyət  kəsb  edirdi.  Bununla  əlaqədar  olaraq  "qalib  dövlətlər"  hər  şeydən  əvvəl  ən  təhlükəli 
saydıqları "Sovet" istiqamətində özlərinin müvafiq "erməni bazası"nı yaratmaqdan ötrü tədbirlər gördülər.  
Daşnakların Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini, İrəvan quberniyasını geri aldı ki, bu da 
Ermənistanın  ərazisinin  17.500  ingilis  kvadratmilinə,  əhalisinin  1.510.000  nəfərə  (795.000  nəfər  erməni, 
575.000  nəfər  müsəlman,  140.000  nəfər  digər  millət)  çatmasına  imkan  verdi.  Daşnaklar  bununla 
kifayətlənməyərək,  Gürcüstanın  tərkibindəki  Axalkalaki  və  Borçalı  ərazilərinə  və  Azərbaycanın  tərkibindəki 
Qarabağa,  Naxçıvan  diyarına,  böyük  Yelizavetpol  quberniyasının  cənub  hissəsinə  yiyələnmək  iddiasında 
olduqlarını  bildirdilər.  Həmin  əraziləri  zorla  ilhaq  etmək  cəhdləri  (ingilislərin  Zaqafqaziyanın  işğal  etdikləri 
dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədə 
mübahisəli  rayonların  əhalisi  10-30  %  azaldı  və  bir  sıra  yaşayış  məntəqələri  sözün  əsl  mənasında  ermənilər 
tərəfindən yerlə-yeksan edildi…  
İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər - 1919-cu ildə İranla müqavilə bağlaması 
və Konstantinopolu işğal etməsi (16/ III-1920) onun Erməni məsələsinə marağını tam-kamal soyutdu: 1919-cu 
ilin  axırlarında  İngilislər  Zaqafqaziyanı  tərk  etdilər  və  San-Remodakı  konfransda  (aprel-may-1920) 
Ermənistanın  taleyi  məsələsi…  lazım  olmadığı  üçün  Qərbi  Avropa  imperialistlərinə  -  Şimali  Amerika 
imperialistlərinə verildi…  
Beləliklə  iki  "erməni  bazası"ndan  biri  ləğv  edildi.  Erməni  məsələsi  Zaqafqaziyada  cəmləşdi.  "Böyük 
Ermənistan"la  bağlı  bütün  ümidlərinin  açıq  aydın  puça  çıxmasına  baxmayaraq,  daşnaklar  burada  davakar 
millətçilik  siyasəti  yeritməkdə  davam  edirdilər.  Sovet  sərhədi  Ermənistanın  şimalı  boyu  müəyyən  ediləndən 
sonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdən 
təngə  gələn,  daim  aclıq  və  dilənçilik  şəraitində  yaşayan  Ermənistanın  xalq  kütlələri  kor-təbi  surətdə  Sovet 
hakimiyyətinə  can  atırdılar.  Bakıda  Sovet  hakimiyyəti  qurulandan  cəmi  üç  gün  sonra  Ermənistanın  bir  sıra 
məntəqələrində  üsyanlar  qalxdı  (Aleksandropolda  hətta  bir  neçə  saatlığa  Sovet  hakimiyyəti  elan  edildi). 
Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ci 
ildə  başlanmış  dostluq  münasibətləri  daşnak  Ermənistanı  ilə  toqquşdurdu,  çünki  daşnak  Ermənistanı  adları 
çəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu.  
Buna  görə  də  daşnaklar  Ankara  hökumətinin  başının  Qərbdəki  yunan-ingilis  cəbhəsində  mübarizəyə 
qarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki Sovet 
Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və Sovet 
Federasiyasına açıq-aydın meyl edən ərazilərin ona verilməsi təklifi ilə razılaşdı (1920-ci ilin iyununda), eyni 
zamanda daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarına 
başlasınlar.  Bu  əməliyyatlar  1920-ci  ilin  sentyabrında  başlandı.  Eyni  zamanda  ingilislərdən  silah  almış 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə