Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə35/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   31   32   33   34   35   36   37   38   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
58 
N.İ.Şavrov 1911-ci ildə yazırdı: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan 
çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür".  
Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsusi diqqət verilirdi.  
A.S.Qriboyedov  yazırdı:  rus  ordusunun  tutduğu  rayonlardan  -  Təbriz,  Xoy,  Salmas,  Marağadan  bütün 
erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır.  
Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.  
Şavrov yazırdı: "Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə  - K.Ş.) və İrəvan 
quberniyalarının  ən  yaxşı  xəzinə  torpaqlarında  yerləşdirildi…  Yelizavetpol  quberniyasının  dağlıq  hissəsi 
(Dağlıq Qarabağ-K.Ş.) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır".  
Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.  
1823-cü  il  məlumatına  görə  Qarabağ  vilayətinin  (keçmiş  Qarabağ  xanlığının  ərazisi  -K.Ş.)  20  minə  yaxın 
ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi.  
Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.  
1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi.  
Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı.  
XIX  əsrin  80-ci  illərində  Şuşa  qəzasında  əhalinin  milli  tərkibində  azərbaycanlılar  41,5%  ermənilər  isə 
58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 
və  52,3%  olmuşdu.  1918-1920-ci  illərdə  Ermənistan  Respublikasının  törətdikləri  azərbaycanlı  qırğınları 
Qarabağı da əhatə etmişdi.  
1923-cü  ildə  Dağlıq  Qarabağ  Muxtar  Respublikasını  təşkil  edərkən  tarixi  ədalətsizliyə  yol  verildi, 
Qarabağın  dağlıq  və  aran  hissəsi  süni  şəkildə  bir-birindən  ayrıldı,  erməni  əhalisinin  konsolidasiyası  üçün 
əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu.  
1926,  1959,  1970,  1979-cu  illərdə  keçirilmiş  siyahıya  almalara  görə  DQMV-nin  azərbaycanlı  və  erməni 
əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur.  
Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert 
–  Ağdərə  rayonunun  Marağaşen  -  Leninavan  kəndində  xüsusi  abidə  qoymuşdular.  Ermənilərin  köçürüldüyü 
qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni 
hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə 
çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan 
liderlərinin  onlar  üçün  müəyyən  etdiyi  fitnə  və  xəyanət  rolunu  həmişə  canla-başla  və  amansızlıqla  yerinə 
yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu 
fitnəkarlığın  başlıca  obyekti  olan  Türkiyə  və  Azərbaycan  müəyyən  çətinliklərə  baxmayaraq  həmişə  bu 
imtahandan uğurla çıxmışdır.  
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
59 
Münaqişənin başlanması 
 
Ermənilərin  Azərbaycan  torpaqlarına,  o  cümlədən  Dağlıq  Qarabağa  qarşı  iddiaları  onların  "Böyük 
Ermənistan"  yaratmağa  yönəlmiş  strateji  planlarının  tərkib  hissəsidir.  Ona  görə  də  ermənilər,  "ənənələrinə" 
sadiq  qalaraq,  həmişə  əlverişli  şərait  yaranan  kimi  bu  planın reallaşdırılması  uğrunda  mübarizəyə  başlamışlar. 
SSRİ-də  1985-ci  ildə  ermənipərəst  M.S.Qorbaçovun  hakimiyyətə  gəlməsilə  erməni  separatçıları  növbəti  dəfə 
yenidən fəallaşdılar.  
Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez 
aşkara  çıxdı.  Dağlıq  Qarabağ  Muxtar Vilayəti  ilə  bağlı  məxfi  planı  həyata  keçirmək  üçün  M.S.Qorbaçov,  ilk 
addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az 
sonra,  1987-ci  ilin  noyabrında  Qorbaçovun  komandasına  daxil  olan  erməni  akademik  A.Aqanbekyan  Parisdə 
Dağlıq  Qarabağ  barədə  sovet  rəhbərliyinə  təklif  verdiyini,  yenidənqurma  və  demokratiya  şəraitində  bu 
problemin  həllini  tapacağına  ümid  etdiyini  bildirdi.  Əvvəllər  gizli  fəaliyyət  göstərən  erməni  "Qarabağ 
Komitəsi",  onun  Dağlıq  Qarabağ  Muxtar  Vilayətindəki  separatçı-terrorçu  təşkilatı  "Krunk"  (Durna)  açıq  işə 
keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, 
Moskva  rəhbərliyi,  SSRİ  və  dünya  ermənilərinin  potensialına  arxalanırdı.  Hadisələr  1988-ci  ilin  fevralından 
daha  aqressiv  məcraya  yönəldi.  Fevral  günlərində  İrəvanda  və  Stepanakertdə  separatçılar  və  erməni 
millətçilərinin  mitinqlər  dalğası  başladı.  Fevralın  20-də  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Sovetinin  sessiyası 
vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.  
Bu  fakt  ermənilərin  1945-ci  ilin  noyabrı  ilə  müqayisədə  taktikanı  dəyişdirdiklərini  göstərirdi.  Onlar  II 
Dünya  müharibəsindən  ötən  dövr  ərzində  apardıqları  intensiv  təbliğat  sayəsində  və  xarici  ölkələrdəki  güclü 
erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Ona 
görə bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı 
rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında 
hazırlıqsız  idi.  Fevralın  24-də  Əsgəran  rayonunda  erməni  separatçıları-terrorçuları  tərəfindən  iki  azərbaycanlı 
gəncin  qətlə  yetirilməsi,  19  nəfərin  yaralanması  da  ermənilərin  planlarına  qarşı  düşünülmüş  siyasi  xətt 
hazırlanması  ilə  nəticələnmədi.  Fevralın  sonlarında  artıq  Azərbaycanın  böyük  sənaye  şəhəri  olan  Sumqayıtda 
ermənil xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış 
qəsdlər  törədildi.  Çox  keçmədən  Sumqayıt  hadisələrinin  nə  üçün  törədildiyi  aydın  oldu.  Əvvəlcədən 
planlaşdırıldığı  kimi,  bu  hadisədən  dərhal  Ermənistanda  yaşayan  azərbaycanlılara  qarşı  və  Dağlıq  Qarabağ 
Muxtar  Vilayətinin  Azərbaycan  SSR  tərkibindən  qoparılıb  çıxarılması  üçün  istifadə  edildi.  "Martın  10-da 
İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat 
rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında 
İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi…." Tarixdə azərbaycanlılara qarşı dəfələrlə 
təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.  
Separatçı-terrorçu  erməni  vəhşiliklərinin  baş  alıb  getdiyi  bu  dövrdə  Sovet  İttifaqı  Kommunist  Partiyası 
Mərkəzi  Komitəsi  və  Sovet  hökumətinin  vəziyyətin  real  qiymətləndirilməsində  maraqlı  olmaması  da  aydın 
şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi 
inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq 
aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların 
təcavüzkarlığını  daha  da  artırdı.  Moskva  qarşısında  mütilik  nümayiş  etdirən  Ə.Vəzirov  başda  olmaqla 
Azərbaycan  rəhbərliyi  öz  xalqına  xəyanət,  təcavüzkara  isə  güzəşt  mövqeyi  tuturdu.  Nəhayət,  Moskva  Dağlıq 
Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ 
Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində 
xüsusi  idarəçilik  formasının  tətbiqi  haqqında"  qərar  qəbul  etdi.  Məqsəd  aydın  idi:  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini 
təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-
də  Xüsusi  İdarə  Komitəsi  ləğv  edildi.  Ancaq  bunun  əvəzində  yeni  bir  qurum  -  Təşkilat  Komitəsi  yaradıldı. 
Ermənistan  SSR  bu  vəziyyətdən  istifadə  edərək  dekabrın  1-də  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi 
haqqında  antikonstitusion  qərar  qəbul  etdi.  Bu  Ermənistan  tərəfindən  Azərbaycan  SSR-in  ərazi  bütövlüyünə 
qarşı  açıq  hüquqi  müdaxilə  aktı  idi.  Moskva,  gözlənildiyi  kimi,  bu  kobud  müdaxilə  faktına  da  göz  yumdu. 
Bununla  vəziyyət  daha  da  kəskinləşdi.  Bu  dəfə  Qorbaçov  başda  olmaqla  SSRİ  rəhbərliyi  Azərbaycana  qarşı 
daha  dəhşətli  bir  cinayətə  əl  atdı.  Əsas  hədəf  kimi  Bakı  seçildi.  Sovet  dövləti  öz  vətəndaşları  qarşısındakı 
konstitusiya  öhdəliyini  pozaraq  ən  müasir  texnika  və  silahlarla  silahlanmış  iri  qoşun  kontingenti  yeritməklə 
1990-cı  il  yanvarın  19-dan  20-nə  keçən  gecə  Bakıda  qanlı  qırğın  törətdi.  Bakı  qırğınında  canlı  qüvvə  kimi 
erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə