Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə31/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   27   28   29   30   31   32   33   34   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
53 
"Erməni məsələsi" 
 
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi 
məsələlərini  nəzərə  almağı  zəruri  edir.  Bu  təcavüzkarlıq  siyasəti  erməni  tarixinin  mahiyyətindədir.  Məhz 
buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar 
niyyətlərini  reallaşdırmaq  üçün  bütün  vasitələrdən  istifadə  etmişlər.  "Erməni  məsələsi"  adlandırılan 
məsələnin  meydana  gəlməsini  də  təsadüfi  hesab  etmək  olmaz.  Bu  məsələni  Ermənistan-Azərbaycan 
münaqişəsi baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. Çünki "Qarabağ məsələsinə" erməni 
məsələsinin bir hissəsi kimi baxılmalıdır. "Erməni məsələsi" isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin 
axırları - XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı 
ildə  nəşr  edilmiş  Böyük  Sovet  Ensiklopediyasında  dərc  olunan  məqaləsi  də  bu  əsərlər  sırasına  aiddir.  O, 
məqalənin  sonunda  ümidvar  olduğunu  bildirərək  yazırdı:  "…erməni  mühacirləri  arasında  ən  vicdanlıları 
özlərinin  əvvəlki  istiqamətlərini  dəyişir  və  keçmişdən  əl  çəkərək,  təqsirlərini  boyunlarına  alıb  Vətənə 
qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyun tam ölümə məhkumdur". Lakin tarixçi aldanmışdı…  
Buna  görə  də  əvvəlcə  həmin  məqaləni  təqdim  edirik.  Sonrakı  mərhələlərdə"  erməni  məsələsinə"  aid 
materialların ümumiləşdirilməsi, yeni fakt və tarixi sənədlər əsasında təhlili nəzərdə tutulur.  
Erməni  məsələsi  -  Şərq  məsələsi  adlandırılan  məsələnin  bir  hissəsidir  və  ona  iki  nöqteyi-nəzərdən 
baxılmalıdır.  Zahiri  mahiyyət:  böyük  dövlətlər  Türkiyəni  daha  asanlıqla  istismar  etməkdən  ötrü  onun 
mərkəzdənqaçma  qüvvələrini  gücləndirməyə,  beləliklə,  ölkəni  zəiflətməyə  çalışırdılar.  Daxili  mahiyyət:  öz 
burjuaziyasının  rəhbərliyi  altında  ermənilər  milli  müqəddəratın  müstəqil  təyin  edilməsi  uğrunda,  elə  siyasi-
iqtisadi  amillər  əldə  olunması  uğrunda  mübarizə  aparırdılar  ki,  bu  amillərin  təsiri  altında  burjuaziya  sərbəst 
inkişaf edə bilsin.  
Erməni  məsələsinin  zəmini  hələ  XVIII  əsrdə,  Konstantinopolun  maliyyə  aristokratiyası  erməni  millətinə 
rəhbərlik etməyə başlayanda yaranmışdı.  
Kiçik  Asiya  Türkiyəsinin  hər  yerinə  səpələnmiş  erməni  xalqı  öz  arasından  çox  erkən  ticarət  burjuaziyası 
yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı - hökumətə, əyalət valilərinə 
borc pul verərək mülkiyyət sahibi olurdu və s.  
Eyni  zamanda  o,  ruhanilər  vasitəsilə  erməni  xalqının  bütün  həyatına  rəhbərlik  edirdi.  Ruhanilər  isə  çox 
böyük  təsir  gücünə  malik  idilər.  Konstantinopolu  fəth  edəndən  (1453)  sonra  türklərin  göstərişi  ilə  yaradılmış 
teokratik  erməni  icmasının  başında  duran  Konstantinopol  patriarxı  dövründə  Notabllar  şurası  (maliyyə 
aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının "rəhbəri" əslində bu şura idi.  
Türkiyədə  erməni  burjuaziyasının  inkişafında  onun  əsasən  Suriyada  və  Livanda,  eləcə  də  Amerikada 
yaşayan  erməni  tacirləri  ilə  əlaqəsi  və  xarici  kapitalın  axını  da  məlum  rol  oynamışdı.  Qeyd  edilməlidir  ki, 
erməni sənətkarlarının (əsnafların) bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar 
sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı.  
Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb dövlətləri məhz 
erməni  burjuaziyasında  özlərinə  dayaq  nöqtələri  axtarmağa  can  atırdılar.  Axı,  həmin  burjuaziyanın  əsarət 
altında,  siyasi  cəhətdən  tabelik  vəziyyətində  olması  onun  iqtisadi  fəaliyyətinin  inkişafını  hədsiz  dərəcədə 
məhdudlaşdırırdı  -  bu  səbəbdən  də  o,  Türkiyənin  natural  təsərrüfatının  və  daxili  qapalılığının  dağıdılmasına 
yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi. Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri 
erməni  maliyyə  burjuaziyasından  yan  keçərək  öz  məqsədləri  üçün  əvvəlcə  ruhanilərdən  (erməni-katolik  və 
erməni-protestant qurumdan) istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin 
ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi: onun 
köməyi bu burjuaziyanın güclənməsinə səbəb oldu və milli hərəkatın inkişafına təkan verdi.  
Ziyalılar,  xüsusilə  Moskvadakı  və  Tiflisdəki  ziyalılar  hərəkata  tərəfdar  çıxdılar.  70-ci  illərdə  "erməni 
liberalizmi"nin mərkəzlərinə çevrilmiş (Rusiya liberal hərəkatının bilavasitə təsiri altında) bu şəhərlərdə nəinki 
ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla "milli özünüdərkin oyanması" və 
hətta döyüşkən millətçilik təbliğatı aparılırdı.  
Orta  erməni  burjuaziyasının  özünütəsdiqə  doğru  ilk  addımları,  təbiidir  ki,  ruhanilərin  hökmranlığının 
məhdudlaşdırılmasına  doğru  yönəldildi:  o,  şəhər  sənətkarlarına  arxalanaraq  kilsəni,  əsas  etibarilə 
Konstantinopol  patriarxatını  dünyəviləşdirmək  uğrunda  mübarizəyə  başladı.  Bu  mübarizə  müvəfəqqiyyətlə 
nəticələndi: patriarxallıqda və kilsə mərkəzlərində yaradılmış "erməni nümayəndəliyi" adlı təşkilatda ruhanilər 
və  maliyyə  burjuaziyası  ilə  yanaşı,  orta  burjuaziya  da  yer  aldı.  Maliyyə,  ədliyyə  və  maarif  işlərinə  həmin 
nümayəndəlik baxırdı.  
Əvvəllər kəndli kütlələri bu milli hərəkatdan kənarda qalırdı…  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə