Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə27/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   23   24   25   26   27   28   29   30   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
45 
Beləliklə,  yuxarıdakı  faktlardan  Azərbaycanın  Qarabağ  torpağına  köçürülüb  gətirilmiş  ermənilərin  özgə 
torpaqlarında  özlərinə  dövlət  yaratmaq  hiyləsinin  anatomiyası  çox  aydın  görünür.  Ermənilər  vaxtı  ilə  Qərbi 
Azərbaycanda  -  köç  saldıqları  İrəvan  xanlığının  ərazisində  də  belə  etmişdilər,  indi  Qarabağda  da  bu  hiyləni 
işlətmək niyyətindədirlər.  
Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən biri 
onun  əhalisinin  say  dinamikası  və  etnik  tərkibi  ilə  bağlı  olan  məsələdir.  Bu  barədə  erməni  müəlliflərinin 
mövqeyini əyani göstərmək üçün prof.Y.Barseqovun təqdim etdiyi bir cədvələ nəzər yetirək.  
Dağılq Qarabağ Muxtar Vilayəti əhalisinin faktik (əhali siyahıya almalar üzrə) sayı və prof. Y.Barsaqovun 
guya əhalinin təbii hərəkəti əsasında müəyyən edilmiş "hesablama" sayının müqayisəsi (əvvəlki dövrə nisbətən 
artıma dair hesablama bizimdir)  
 
illər 
Ermənilər 
Azərbaycanlılar 
faktik say 
hesablama sayı 
faktik say 
hesablama sayı 
1921 
128 060 
128 060 
7 594 
7 594 
1939 
132 800 (3,7%)* 
208 317 (62,7%) 
14 100 (77,2%) 
9 875 (24,1%) 
1959 
110 100 (-17,1%) 
375 677 (80,3%) 
18 000 (27,6%) 
15 803 (60%) 
1970 
121 100 (10%) 
517 223 (37,7%) 
27 200 (51,1%) 
22 312(41,2%) 
1979 
123 100 (1,6%) 
620 238 (19,9%) 
37 200 (36,7%) 
27 176 (21,8%) 
1989 
  
731 959 (18%) 
  
32 548 (19,7%) 
 
Qaynaq:  Барсегов  Ю.Г.  Право  на  самоопределение-основа  демократического  решения 
межнациональных проблем. К проблеме Нагорного Карабаха. Ереван,1989,с.101 
Əvvəlki dövrə nisbətən artım.  
Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərhin daha aydın olması üçün isə nisbi 
rəqəmlərə  ehtiyac  vardır.  Cədvələ  belə  hesablamaları  əlavə  etdikdə  onun  nə  dərəcədə  absurd  olduğu  aşkara 
çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6% olduğu halda, 
hesablamalarla  38,5%-ə  qaldırılsın,  azərbaycanlılarda  isə  faktik  artım  46,1%  olduğu  halda,  hesablamalarla 
23,1%-ə endirilsin. Belə yanaşma həqiqətin qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu 
oxucunu  ələ  salmaqdan  başqa  bir  şey  deyildir!  Biz  isə  problemi  elmi  məcraya  yönəltmək  üçün  belə  bir 
hesablamaya müraciət edək.  
Ermənilərin Ermənistanda və Y.Barseqovun Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin "hesablama" yolu 
ilə müəyyən edilmiş sayı üzrə DQMV-də orta sıxlığı və onların müqayisəsi (hər kv.km.-ə)  
 
Ermənilər orta sıxlığı 
İllər 
Ermənistanda  
(faktiki) 
DQMV-da (Y.Barseqovun  
hesablamasına görə) 
   
cəmi 
Ermənistanla  
müqayisədə fərq 
   
1921 

29,1 

   
1926 
25 


   
1937 
33,8 


   
1939 
35,6 
47,3 
+11,7 
   
1959 
52,1 
85,4 
+33,3 
   
1970 
74,1 
117,5 
+43,4 
   
1979 
91,4 
141 
+49,6 
   
1989 
103,4 
166,4 
+63 
   
 
Qaynaq: Всесоюзная перепись населения 1926 г. Закавказская СФСР.т.ХЫВ. М., 1929, с.11-13; Вестник 
статистики,  1990,  7,  с.77;  "Правда"  от  2  июня  1939  г;  Итоги  Всесоюзной  переписи  населения  1959  г. 
Армянская ССР. М., 1963, с.11, 102-103; Численность и состав населения СССР. По данным Всесоюзной 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
46 
переписи  населения  1979  г.  М.,  1984;  Ходжабекян  В.Е.  Армянская  Советская  Социалистическая 
республика. Население союзных республик. М., 1977, с.278  
Y.Barseqovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, adından da məlum olduğu kimi 4,4 
min kv. km-lik dağlıq ərazidə, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün 
astronomik rəqəmlər irəli sürür! Beləliklə, erməni müəllifləri (daha doğrusu millətçiləri!) tarixi o dərəcədə təhrif 
edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir. Həqiqətdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin 
say dinamikasının real vəziyyəti aşağıdakı kimi olmuşdur.  
1926-1988-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikası  
 
İllər 
Əhalinin sayı,  
min nəf. 
Əvvəlki dövrə görə artım 
Dövr ərzində orta  
illik artım, faizlə 
min nəf. 
faizlə 
1926 
125,3 



1939 
150,8 
25,5 
20,4 
1,45 
1959 
130,4 
-20,4 
-13,5 
-0,7 
1970 
150,3 
19,9 
15,3 
1,3 
1979 
162,2 
11,9 
8,1 
0,85 
1988 
182,4 
20,2 
12,5 
1,3 
 
Qaynaq:  Самедзаде  З.  Нагорный  Карабах:  неизвестная  правда  (О  некоторых  аспектах  социально-
экономического и демографического развития региона). Баку, 1995, с. 31  
Rəsmi sovet əhali siyahıya almalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan yuxarıdakı cədvəl 
real  vəziyyəti  daha  doğru  əks  etdirir  və  erməni  müəlliflərinin  xüsusi  məqsədlə  uydurduqları  (daha  doğrusu 
şişirtdikləri!) qondarma rəqəmlər onları təkzib edə bilməz.  
İndi də Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibinə keçək.  
Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibi (əhali siyahıyaalmaları üzrə; min nəfərlə)  
 
Etnik tərkib 
1939 
1959 
1970 
1979 
mütləq 

mütləq 

mütləq 

mütləq 

Bütün əhali 
150,8 
100 
130,4 
100 
150,3 
100 
162,2 
100 
ermənilər 
132,8 
88,1 
110,1 
84,4 
121,1 
80,5 
123,1 
75,9 
azərbaycanlılar 
14,1 
9,4 
18,0 
13,8 
27,2 
18,1 
37,3 
23,0 
ruslar 
3,2 
2,1 
1,8 
1,4 
1,3 
0,9 
1,3 
0,8 
 
Qaynaq:  Достижения  Нагорного  Карабаха  в  девятой  пятилетке.  Стат.  сб.  Степанакерт,  1976,  с.8, 
Самед-заде З. Указ.соч., с.31  
SSRİ-nin  dağılması  ərəfəsində  keçirilən  1989-cu  il  əhali  siyahıyaalması  dövrün  təsirinə  məruz  qalsa  da, 
Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyi  həmin  siyahıyaalmanın  materialları  əsasında  Dağlıq  Qarabağ 
Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmişdir. Həmin xəritədən aydın olduğu kimi 1989-cu il sovet əhali 
siyahıyaalmasının  yekunlarına  görə  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  187,8  min  nəfərlik  əhalisinin  145,4 
mini (77%) erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur.  
Göründüyü  kimi,  1939-1979-cu  il  əhali  siyahıya  almalarına  görə  Dağlıq  Qarabağ  Muxtar Vilayəti  əhalisi 
içərisində  azərbaycanlıların  sayı  müəyyən  dərəcədə  artmışdır.  Bu  erməni  separatçılarının  təqiblərinə 
baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması 
ilə əlaqədar olmuşdur. Ermənilərin isə, əksinə, miqrasiyaya meylli olmaqları ilə bərabər, təbii artımları da aşağı 
olmuşdur.  1989-cu  il  əhali  siyahıyaalması  ərəfəsində  Mərkəzdən  bütün  vasitələrlə  himayə  olunan  erməni 
separatçılarının  vilayətin  etnik  tərkibində  azərbaycanlıların  sayını  süni  şəkildə  azaltmaq  cəhdləri  isə 
azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur.  
Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın, tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla 
da  digər  Azərbaycan  torpaqları ilə tarixi bağlılıq  ənənələrini davam  etdirməsi, digər tərəfdən  Dağlıq  Qarabağ 
Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyyəti illərində sosial-siyasi və 
iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan 
ayırmağı qarşılarına məqsəd qoymuş erməni "ideoloqları" və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə