Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə25/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   21   22   23   24   25   26   27   28   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
43 
Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 
13 iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı  ki, bu muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya 
Ölkə  Komitəsilə  bağlı  olmalıdır;  "Zaqfederasiyanın  rəhbərləri  problemin  belə  alternativ,  daha  ağıllı  həllinə 
getmədilər".  Bununla  o,  Ermənistanın  Dağlıq  Qarabağla  bağlı  sonrakı  fəaliyyətinin  əsas  formulası  haqqında 
yuxarıda söylənənləri çox aydın təsdiq edir.  
Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Qarabağın  dağlıq  hissəsinə  muxtariyyət  verilməsi  və  onun 
ətrafında  yaranan  məsələlərə  münasibət  Kirovun  AK(b)  P-nın  VI  qurultayında  (1924,  5  may)  yekunlaşdırılır. 
Onun Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan şübhə və inamsızlığı, hər cümlədə hiss olunur. O, həmin 
qurultayda  demişdir:  bu  məsələni  biz,  nəhayət  (!)  həll  etdik  və  şübhəsiz  (!)  tamamilə  düzgün  iş  gördük.  Bu 
məsələni,  əsasən,  yenidən  həll  etməyə  qayıtmayacağımıza  heç  bir  şübhə  (?!)  yoxdur.  Əslində  isə,  yuxarıda 
göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuna şübhəsi vardı və bu tamamilə əsaslı şübhə idi  
 
Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistan tərəfindən ələ keçirilməsi, Naxçıvanın digər 
Azərbaycan torpaqlarından ayrı salınması 
Yuxarıda  göstərilənlərdən  aydın  olduğu  kimi  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  Azərbaycanın 
tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Qarabağ 
general-qubernatorluğunda  birləşdirmişdi  və  bu  regiona  vahid  inzibati  ərazi  kimi  baxırdı.  Azərbaycan  SSR 
hökuməti də, artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və 
Qarabağı  öz  qoşunlarından  təmizləməsini  tələb  etmişdi.  Lakin  sonralar,  sovet  dövründə,  müəyyən  məqsədlər 
əsas  götürülərək  Zəngəzurun  Qarabağdan  ayrı  olması  təsəvvürünün  yaradılmasına  başlandı.  Bu  həmin 
torpaqların  taleyinin  həllində  Azərbaycana təzyiqi  gücləndirmək  məqsədi  güdürdü.  Hadisələrin  sonrakı  gedişi 
göstərdi  ki,  Sovet  Rusiyasının  təzyiqi  nəticəsində  1920-ci  ilin  aprelindən  noyabrın  29-da  Ermənistanda  sovet 
hakimiyyəti  qurulmasınadək  olan  dövrdə  Zəngəzura  münasibətdə  mövqe  dəyişdi.  Azərbaycan  İnqilab 
Komitəsinin  Ermənistan  Sovet  Respublikasına  30  noyabr  tarixli  teleqramı  və  1  dekabr  bəyannaməsində 
("Nərimanov  Bəyannaməsi"),  artıq,  Zəngəzurun  Ermənistana  verilməsindən  bəhs  olunur.  Lakin  həqiqətdə 
Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 
kv.verstlik  hissəsi  isə  Ermənistana  verilmişdi.  Azərbaycanın  tarix  ədəbiyyatında  bu  problem  kifayət  qədər 
həllini tapmamışdır.
 
Bu məsələ hələlik A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində müəyyən dərəcədə 
əks  olunmuşdur.  O  yazırdı:  "N.Nərimanovun  Zəngəzur  qəzasını  "Sovet  Ermənistanının  ayrılmaz  hissəsi  elan 
edən Bəyannaməsi" ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən yayınır. Bu "Dağlıq Qarabağın əməkçi 
kəndlilərinə  öz  müqəddəratlarını  təyin  etmək  üçün  tam  hüquq  verilməsi"  haqqında  Azərbaycan  hökumətinin 
Bəyanatıdır.  Bu  gün  həmin  Bəyanat  ancaq  Muxtar  Dağlıq  Qarabağ  Vilayətinə  aid  edilir.  O  vaxtlar  isə 
bütövlükdə  Dağlıq  Qarabağa  və  özü  də  təkcə  Azərbaycan  sərhədləri  daxilində  yaşayan  ermənilərə  yox, 
həmçinin  Ermənistana  təklif  edilən  Zəngəzur  qəzasının  daxilində  kürdlərə  muxtariyyət  verilməsini  nəzərdə 
tuturdu…  Ermənistan  İnqilab  Komitəsinin  sədri  Ş.İ.Kasyan…  qəzanın  kürdlər  yaşayan  şərq  hissəsinin 
Azərbaycanda  qalmasını  daha  ağıllı  və  məqsədəuyğun  hərəkət  saymışdır".  Bu  baxış  Rusiya  Kommunist 
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu tərəfindən qəbul edilmişdi. Ermənistana verilmiş hissə 
Zəngəzur adını saxlamış, Azərbaycan SSR inzibati bölgüsündə isə dəyişiklik baş vermişdi.  
Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən ən böyük düşmənçilik aktı isə bu idi ki, Zəngəzurun 
Ermənistana  verilməsi  ilə  Naxçıvanla  Azərbaycanın  digər  torpaqları  arasında  əlaqələr  kəsildi,  Naxçıvan 
Azərbaycandan ayrı salındı. Digər tərəfdən, bu ermənilərin Naxçıvanla bağlı gələcək məkrli niyyətlərinin həyata 
keçirilməsi üçün bir hazırlıq xarakteri daşıyırdı.  
 
Qarabağın digər torpaqlarının inzibati bölgüsündə dəyişikliklər 
1920-1923-ci illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının 
tərkibinə  daxil  olan  Azərbaycan  torpaqları  ənənəvi  tarixi-coğrafi  vahidliyini  və  ya  bütövlüyünü  itirdi. 
Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıya almalarının materialları əsasında nəşr edilmiş yaşayış 
məskənləri  siyahısında  ölkə  ərazisi  15  qəzaya  ayrılır.  Qarabağ  ərazisində  Cəbrayıl  (Karyagin),  Cavanşir, 
Qubadlı  (keçmiş  Zəngəzur  qəzasının  bir  hissəsi),  Şuşa  qəzalarının  olduğu  göstərilir.  Göründüyü  kimi,  bu 
mərhələdə  artıq  Zəngəzur  qəzasının  bölünməsi  öz  əksini  tapır,  digər  qəzaların  əraziləri  isə  hələlik  əvvəlki 
sərhədləri  daxilində  qalır.  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  təşkili  nəticəsində  Cavanşir,  Şuşa  və  Qubadlı 
qəzalarının bəzi yaşayış məskənləri ənənəvi inzibati bölgüsündən qoparılaraq onun tərkibinə verildi. Nəticədə 
yeni  inzibati  bölgü  aparmaq  tələbi  meydana  gəldi.  Bu  məsələ  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  Əsasnaməsini 
hazırlayan komissiyanın iclasında müzakirə edildi. Aran (düzən) Qarabağın idarə forması və inzibati bölgüsünə 
dair  3-cü  məsələ  üzrə  belə  bir  qərar  çıxarıldı:  Tərkibinə  Cavanşir  qəzasının  aran  hissəsi,  Şuşa,  Qubadlı  və 
Karyagin (Cəbrayıl) qəzalarının daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə Komitəsi yaratmaq, ona RSFSR-
in  quberniya  icrakomları  haqqında  1923-ci  il  əsasnaməsini  tətbiq  etmək,  Aran  Qarabağ  vilayətinin 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə