Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə21/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   17   18   19   20   21   22   23   24   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
37 
X maddə 
 
Bütün Rusiya imperatoru Həzrətləri və İran şahı Həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa 
olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, 
tam  qarşılıqlı  razılıq  əsasında  hökm  verdilər  ki,  ticarətə  hamilik  edilməsinə  və  qarşılıqlı  surətdə  təbəələrin 
təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər 
tərəfindən bağlanacaq  bu sülh müqaviləsinin eyni güçlu hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə 
izah  etsinlər.  İran  şahı  Həzrətləri,  qabaqlar  olduğu  kimi,  Rusiyaya  ticarətin  xeyrinə  tələb  olunan  hər  yerə 
konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər birinin rəiyyəti on nəfərdən 
çox  olmayacaq  konsul  və  agentlərə  hamilik  göstərsin  ki,  onlar  öz  rütbələrinə  verilmiş  şan-şöhrət  və 
üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru Həzrətləri öz tərəfindən İran şahı Həzrətlərinin konsul 
və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlara əməl etməyə vəd verir. İran hökumətinin Rusiya agentinə 
və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri. — Red.) və ya şah Həzrətləri sarayı yanında işlər 
müvəkkili,  ya  da  onların  bilavasitə  rəisi  öz  mülahizəsinə  əsasən  günahkarı  vəzifəsindən  uzaqlaşdıra  və  onu 
müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər. 
 
XI maddə 
 
Qarşılıqlı  surətdə  təbəələrin  bütün  tələbləri  və  müharibə  ilə  dayandırılmış  başqa  işlər  sülh  bağlandıqdan 
sonra  ədalətlə  bərpa  olunacaq  və  həll  ediləcəkdir.  Qarşılıqlı  surətdə  təbəələrin  öz  aralarında  bu  və  ya  o  biri 
hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir. 
 
XII maddə 
 
Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin  ümumi razılıqı üzrə qarşılıqlı surətdə qərara 
almışdır: onlardan Arazın hər iki tərəfində tərpənməyən əmlaka malik olanlarına uç il vaxt verilməlidir ki, onlar 
bu  müddət  ərzində  onu  azad  surətdə  satsınlar  və  dəyişsinlər.  Lakin  bütün  Rusiya  imperatoru  Həzrətləri,  ona 
aidiyyatı  olduğuna  görə,  keçmiş  İrəvan  sərdarı  Hüseyn  xanı,  onun  qardaşı  Həsən  xanı  və  keçmiş  Naxçıvan 
hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir. 
 
XIII maddə 
 
Axırıncı  və  ya  bundan  qabaqkı  müharibənin  gedişində  əsir  alınmış  hər  iki  tərəfin  bütün  hərbi  əsirləri, 
bununla bərabər hər iki hökumətin nə vaxtsa qarşılıqlı əsir düşmüş təbəələri azad edilməli və dörd ay ərzində 
qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin edilməli və onları qəbul etmək xə sonrakı yaşayış 
yerinə  yollamaqa  sərəncam  vermək  üçün  hər  iki  tərəfdən  ayrılmış  komissarlara  verməkdən  ötrü  Abbasabada 
göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına 
və  ya  başqa  bir  səbəbə  və  ya  vəziyyətə  görə  göstərilən  müddətə  qaytarıla  bilməyəcək  bütün  hərbi  əsirlərə, 
habelə  Rusiya  və  İran  təbəələrinə  də  bu  yolla  yanaşacaqlar.  Hər  iki  dövlət  belələrinin  hər  bir  vaxt  tələb 
edilməsində özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar 
haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları [bir birinə] qaytarsınlar. 
 
XIV maddə 
 
Razılığa  gələn  yüksək  tərəflərdən  heç  biri  axırıncı  müharibənin  başlanmasınadək  və  ya  o  vaxtı  digərinin 
təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcəkdir. İran hökuməti, bu qaçqınlardan 
bəzilərinin  və  onların  köhnə  həmvətənlərinin  və  ya  hakimiyyəti  altında  olanların  arasında  qərəzli  əlaqələrdən 
qarşılıqlı  surətdə  baş  verə  biləcək  zərərli  nəticələrin  qarşısını  almaq  üçün,  öhdəsinə  götürür  ki,  indi  və  ya 
sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Çakatu çayının 
və  Qızıl  Üzən  çayının  Xəzər  dənizinə  töküldüyü  yer  arasında  yaratdıqı  hüduddakı  öz  torpaqlarında  olmasını 
qadağan edəcəkdir. Bütün Rusiya imperatoru Həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan 
xanlıqlarında  və  İrəvan  xanlığının  Araz  çayının  saq  sahilində  yerləşən  hissəsində  yurd  salmasına  və  ya 
yaşamasına hər hansı bir qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə 
daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə 
onların idarəsində və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və 
dini rəislər və ya mollalara qarşı bu şərtin  gücü var və olacaqdır. Ümumiyyətlə, hər  iki  dövlətin sakinlərinə 
gəldikdə  isə,  razılığa  gələn  yüksək  tərəflər  qərara  alır  ki,  hər  iki  tərəfin  bir  dövlətdən  o  birinə  keçmiş  və  ya 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
38 
bundan  hansı  gömrük  və  vergi  qoyulmadan  tərpənməz  mülkiyyətini  sonra  keçəcək  təbəələri  onların  keçdiyi 
hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər. 
 
XV maddə 
 
Şah  Həzrətləri  öz  dövlətinə  sakitliyi  qaytarmaq  və  öz  təbəələrindən  hazırkı  müqavilə  ilə  bu  qədər 
xoşbəxtliklə  başa çatmış  müharibədə  törədilmiş  bədbəxtlikləri  daha  da  artıra  bilən  hər şeyi  kənar  etmək  kimi 
xeyirli,  xilasedici  niyyətlə  hərəkət  edərək,  Azərbaycan  adlanan  vilayətin  bütün  əhalisinə  və  məmurlarına 
büsbütün və tam barışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan heç kəs öz 
hərəkətinə  və  ya  müharibə  ərzində  və  ya  rus  ordusunun  adı  çəkilən  vilayəti  müvəqqəti  tutduğu  zaman 
davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu 
gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin 
heç  bir  maneçiliyi  olmadan  onların  satlıq  malına  və  ya  əmlakına  və  əşyalarına  hər  hansı  gömrük  və  vergi 
qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə, 
onun  satılması  və  ya  onun  haqqında  özxoşuna  sərəncam  üçün  beş  illik  müddət  müəyyən  edilir.  Lakin  bu 
barışlanma  qeyd  olunan  beş  illik  müddət  başa  çatanadək  məhkəmə  cəzası  düşən  günah  və  ya  cinayət  işləmiş 
adamlara şamil edilmir. 
 
XVI maddə 
 
Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi 
əməliyyatların  kəsilməsi  haqqında  bütün  yerlərə  xəbər  və  lazımi  fərman  göndərməlidir.  Eyni  məzmunda  iki 
nüsxədə  tərtib  edilmiş,  hər  iki  tərəfin  müvəkkilləri  tərəfindən  imzalanmış,  onların  gerbli  möhürləri  ilə  təsdiq 
edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu  sülh müqaviləsi bütün Rusiya imperatoru Həzrətləri və İran 
şahı Həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli 15 və onların imzaladığı ratifikasiya mətnləri təntənəli 
şəkildə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. 
Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır. 
 
 
Əslinə qol çəkmişlər:  
İvan Paskeviç, 
1 A. Obrözkov 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə