Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə20/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   16   17   18   19   20   21   22   23   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
35 
Türkmənçay müqaviləsi 
 
Türkmənçay müqaviləsi Rusiya ilə İran arasında 1828-ci il fevralın 10 (22)-da Cənubi Azərbaycanda, 
Təbriz yaxınlığında Türkmançay kəndində bağlanmışdır. Bu müqavilənin bağlanması ilə həmin dövlətlər 
arasında 1813-cü il 12 oktyabr tarixli Gülüstan müqaviləsi qüvvədən düşmüş sayılır, Zaqafqaziya ölkələri 
Rusiyaya qəti şəkildə birləşdirilir (Naxçıvan və İrəvan xanlıqları da daxil olmaqla), Rusiya yeganə dövlət 
olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirmək hüququnu saxlayır, İran üzərinə gümüş pul ilə 20 
milyon  manatlıq  təzminat  qoyulurdu.  Türkmənçay  müqaviləsi  ilə  1804-1813  və  1826—1828-ci  illər 
Rusiya—İran  savaşlarına  son  qoyuldu,  Zaqafqaziya  feodal—ara  çəkişmələri  kəsildi.  Bununla  yanaşı, 
Türkmənçay müqaviləsi vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçalamış oldu. 
Türkmənçay  müqaviləsinin  mətni  Rusiyada  dəfələrlə  çap  edilmişdi.  Aşağıda  müqavilənin  mətni  ilk 
çaplardan  biri  üzrə  azərbaycancaya  çevrilmişdir:  «Sbornik  traktatov,  konvençii  i  druqix  aktov, 
zaklyuçennıx Rossii s Evropeiskimi i Aziatskimi derjavami a takje i s Severo-Amerikanskimi Ştatami». 
SPb., 1845, s. 13Ə—14Ə. 
 
TÜRKMƏNÇAY TRAKTATI 
 
I maddə 
 
Bütün  Rusiya  imperatoru  Həzrətləri  və  İran  şahı  Həzrətləri    arasında,  onların  vərəsələri  və  taxt-taçın 
varisləri,  onların  dövlətləri  və  qarşılıqlı  surətdə  təbəələri  arasında  bundan  sonra  əbədi  sülh,  dostluq  və  tam 
razılıq olacaqdır. 
 
II maddə 
 
Bütün Rusiya imperatoru Həzrətləri və İran şahı Həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək 
tərəflər  arasında  baş  vermiş  və  indi  xoşbəxtlikdən  qurtarmış  müharibə  ilə  Gülüstan  traktatının  qüvvəsi  üzrə 
qarşılıqlı  təəhhüdlər  də  başa  çatmışdır;  onlar  göstərilən  Gülüstan  traktatını  Rusiya  və  İran  arasında  yaxın  və 
uzaq  gələcəyə  sülh  və  dostluq  münasibətləri  qurmalı  və  təsdiq  etməli  olan  indiki  şərtlər  və  qərarlarla  əvəz 
etməyi zəruri hesab etdilər. 
 
III maddə 
 
İran şahı Həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan 
xanlarını və Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah Həzrətləri bu güzəşt 
nəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla altı aydan keç olmayaraq, yuxarıda adları çəkilən 
hər iki XANLIĞIN idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd 
edir. 
 
IV maddə 
 
Müqaviləyə qoşulan yüksək tərəflərin razılıqı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara 
alınır:  sərhəd  xətti  Türkiyə  torpaqlarının  ucundakı  kiçik  Araratın  zirvəsindən  aralıda  duz  istiqamətə  ən  yaxın 
nöqtədən  başlayaraq  o  dağların  zirvəsindən  keçir;  buradan  maillik  üzrə  kiçik  Araratın  cənub  tərəfindən  axan 
Aşarı  Qarasu  çayının  yuxarılarına  düşür,  sonra  sərhəd  xətti  o  çayın  axarı  üzrə  Şərur  qarşısında  onun  Araza 
töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının  yatağı üzrə keçir; burada 
qalanın  Arazın  sağ  sahilində  yerləşən  xarici  istehkamları  yanında  yarım  araç,  yəni  3,2  Rusiya  persti  enində 
bütün  istiqamətlərdə  dövrə  haşiyələnəcək  və  o  ətrafda  olan  torpaq  sahəsi  büsbütün  məhz  Rusiyaya  məxsus 
olacaqdır  və  bu  gündən  sayılmaqla  iki  ay  ərzində  ən  yüksək  dəqiqliklə  ayrılacaqdır.  Sərhəd  xətti  o  yerdən, 
göstərilən  dövrənin  şərq  tərəfdən  Arazın  sahilinə  birləşdiyi  yerdən  başlayaraq  bir  daha  o  çayın  yatarı  ilə 
Yeddibulaq bərəsinədək gedir; buradan İran torpaqları Araz çayının yatarı üzrə 3 araça, yəni 21  Rusiya versti 
uzanacaqdır; sonra sərhəd Muran düzü vasitəsilə Bolqarcayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının 
birləşməsindən 3 araç, yəni 21 verst  aşağında olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə 
yuxarı, adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının 
sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Çikoir yüksəkliyinin zirvəsinədək elə davam edir 
ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular 
isə  İrana  məxsus  olacaqdır.  Burada  iki  dövlət  arasındakı  sərhəd  dar  zirvələr  ilə  müəyyən  edilir; 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
36 
qərarlaşdırılmışdır  ki,  onların  Xəzər  dənizinə  dərin  enişi  Rusiyaya  məxsus  olmalıdır,  o  biri  yandakı  enişi  isə 
İrana məxsusdur. Sərhəd Çikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkuhun 
zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Çikoir 
zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd  hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd 
xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Zuvand 
və Ərş dairələrini ayıran dar silsiləsi üzrə Velkiç dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən 
Darin zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Zuvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət 
arasındakı  sərhəd  xətti  su  axınının  yuxarıda  qeyd  olunan  qaydalarına  daima  uyğun  olaraq,  Velkiç  dairəsi 
sərhədindən  Kloputanın  zirvəsi  və  Velkiç  dairəsindəki  dağların  baş  silsiləsi  üzrə  Astara  çayının  şimal 
mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada 
da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır. 
 
V maddə 
 
İran şahı Həzrətləri bütün Rusiya imperatoru Həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə 
həm  öz  adından,  həm  də  öz  vərəsələri  və  İran  taxt-taçının  varisləri  adından,  yuxarıda  göstərilən  sərhəd  xətti 
arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla 
bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya imperiyasına 
məxsus olduğunu təntənə ilə tanıyır. 
 
VI maddə 
 
İran şahı Həzrətləri hər iki dövlət arasında yaranmış müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli zi-
yana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul 
təzminatı  ilə  ödəməyi  öhdəsinə  götürür.  Müqaviləyə  qoşulan  hər  iki  yüksək  tərəf  o  mükafatın  məbləğini  on 
kurur  tümən  raiçə,  ya  iyirmi  milyon  gümüş  manat  qərarlaşdırmışdır,  onun  vaxtı,  ödəniş  qaydası  və  təminatı 
sözbəsöz hazırkı Traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır. 
 
VII maddə 
 
İran  şahı  Həzrətləri  öz  əlahəzrət  oğlu  şahzadə  Abbas  Mirzəni  öz  vərəsəsi  və taxt-taçın  varisi təyin  etmək 
iltifatına bulunan kimi, Bütün Rusiya imperatoru Həzrətləri İran şahı Həzrətlərinə öz dostluq münasibətlərini və 
bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə 
Abbas Mirzə Həzrətlərinin simasında İran taxt-taçının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu 
o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür. 
 
VIII maddə 
 
Rusiya  tacir  gəmiləri,  əvvəlki  qayda  üzrə,  Xəzər  dənizində  və  onun  sahilləri  boyunca  azad  üzmək  və 
bununla  bərabər  onlara  yaxınlaşmaq  hüququna  malikdir;  gəmi  qəzası  hallarında  İranda  onlara  hər  cür  kömək 
edilməlidir. Bu üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə 
yan  almaq  hüququ  verilir  ki,  orada  gəmi  qəzası  hallarında  onlara  qarşılıqlı  surətdə  hər  cür  vəsaitlə  kömək 
göstərilməlidir.  Hərbi  gəmilərə  gəldikdə  isə,  qədimdə  olduğu  kimi,  yalnız  Rusiya  hərbi  bayrağı  altında  olan 
hərbi gəmilər Xəzər dənizində üzə bilər; bu səbəbdən də əvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq 
edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz. 
 
IX maddə 
 
Bütün  Rusiya  imperatoru  Həzrətləri  və  İran  şahı  Həzrətləri  hər  vasitə  ilə  onlar  arasında  bu  qədər 
xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya 
daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların [hökumətlərin. — Red.] səfirlərinin, 
nazirlərinin  və  işlər  müvəkkillərinin,  onların  dərəcəsinin,  razılığa  gələn  yüksək  tərəflərin  şərəfinə,  onları 
birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini 
qarşılıqlı  surətdə  rəva  bilirlər.  Xüsusi  protokol  ilə  bu  və  ya  o  biri  tərəfin  əməl  etməsi  üçün  bu  məzmunda 
mərasim qərarlaşdırılacaqdır. 
 
 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə