Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə17/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   13   14   15   16   17   18   19   20   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
28 
yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci 
ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan 
dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.  
 
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
29 
1918-1920-ci il hadisələri, mart soyqırımı 
 
1918-ci  ilin  martında  Rusiya  bolşeviklərinin  rəhbəri  Vladimir  Lenin  bolşevik  Stepan  Şaumyanı  Qafqaz 
fövqəladə  komissarı  təyin  edərək  Bakıya  göndərmişdir.  Bolşeviklər  Bakıda  hakimiyyəti  ələ  keçirmək  adı  ilə 
erməni  daşnaklarının  silahlı  qüvvələrinin  gizli  niyyətləri  üçün  şərait  yaratmışlar.  Martın  31-də  Bakı  şəhərində 
azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında 
Bakı  Sovetinin  altı  min  silahlı  əsgəri,  eyni  zamanda  «Daşnaksutyun»  partiyasının  3-4  minlik  silahlı  dəstəsi 
iştirak etmişdir. 
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları 
məhəllərə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi 
olmuş  Kulner  familiyalı  bir  alman,  1925-ci  ildə  Bakı  hadisələri  barədə  bunları  yazmışdır:  «Ermənilər 
müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-
deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, 
burunları  kəsilmiş,  qarınları  yırtılmış,  cinsiyyət  orqanları  doğranmışdır.  Ermənilər  uşaqlara 
acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər»
Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 
1918-1920-ci  illər)  2  milyona  yaxın  azərbaycanlı,  ermənilər  tərəfindən  qətlə  yetirilmiş,  öz  ev-eşiyindən  zorla 
qovulmuşdur. 
Mart  qırğını  zamanı  Bakı  şəhərinin  təkcə  bir  yerində  qulaqları,  burunları  kəsilmiş,  qarınları  yırtılmış  57 
azərbaycanlı  qadınının  meyidi  tapılmışdır.  Gənc  qadınların  diri-diri  divara  mıxlanması,  ermənilərin 
hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar 
sırasındadır. 
Qaçıb  canını  qurtarmağa  çalışan  əhalini  gülləboran  etmək  üçün  isə  ermənilər  şəhərin  müvafiq  yerlərində 
əvvəlcədən pulemyotlar yerləşdirmişdilər. 
İrəvan quberniyasıŞərur-DərələyəzSürməliQars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal 
iştirakçılarından  biri  olmuş  erməni  zabiti  Ovanes  Apresyanın  xatirələri  əsasında  amerikalı  aqronom  Leonard 
Ramsden  Hartvill  «İnsanlar  belə  imişlər»  adlı  kitab  yazmışdır.  Ovanes  Apresyan  kitabın  müəllifi  ilə  söhbəti 
zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda 
mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. 
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı
QubaİrəvanZəngəzurQarabağNaxçıvanQarsda da azərbaycanlıların qırğını törədilmişdir. 
1918-ci  ilin  mart-aprel  aylarında  Şamaxıda  8  minə  qədər  dinc  sakin  qətlə  yetirilmişdir.  Şamaxı  Cümə 
məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. 
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 
1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min 
nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. 
Erməni  silahlı  dəstələri  Naxçıvan  qəzasının  bir  neçə  kəndini  yandırmış,  Zəngəzur  qəzasında  115 
azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 
10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. 
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan 
edilmişdir.  Erməni  silahlı  dəstələri  daha  sonra  Qarabağa  yürüş  etmiş,  1918-1920-ci  illər  arasında  Qarabağın 
dağlıq  hissəsində  150  kənd  dağıdılmış,  əhalisi  məhv  edilmişdir.  (ADR  hökuməti,  Fövqəladə  İstintaq 
Komissiyasının materiallarından) 
1920-ci  ilin  mayında  ermənilərin  və  XI  Qızıl  Ordunun  iştirakı  ilə  Gəncədə  12  mindən  çox  azərbaycanlı 
qətlə yetirilmişdir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
30 
Qars müqaviləsi 
 
Bir tərəfdə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR,  
o biri tərəfdə - Türkiyə olmaqla Qarsda RSFSR-in iştirakı ilə  
1921-ci il oktyabrın 13-də bağlanmış müqavilə 
 
Bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan 
Sosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin 
qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı 
maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən 
ruhlanaraq  Rusiya  Sosialist  Federativ  Sovet  Respublikasının  iştirakı  ilə  dostluq  haqqında  müqavilə  bağlamaq 
qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər:  
Ermənistan Sosialist Sovet Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı, Poqos 
Makinzyan, xalq daxili işlər komissarı.  
Azərbaycan Sovet Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı.  
Gürcüstan  Sosialist  Sovet  Respublikasının  hökuməti:  Şalva  Eliva,  xalq  hərbi-dəniz  işləri  komissarı, 
Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı.  
Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət 
vəkili, Şərq Cəbhəsi komandanı,  
Vəli  bəy,  Böyük  Millət  Məclisində  Burdurdan  millət  vəkili,  Muxtar  bəy,  İctimai  İşlər  Stats-Sekretarının 
keçmiş müavini, Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.  
Rusiya  Sosialist  Federativ  Sovet  Respublikasının  hökuməti:  Yakov  Qanetski,  Latviyada  səlahiyyətli 
nümayəndə,  onlar  lazımi  və  qanuni  formada  tərtib  edilmiş  səlahiyyətlərin  mübadiləsindən  sonra  aşağıdakılar 
barədə razılığa gəldilər:  
Maddə 1 
 
Türkiyə  Böyük  Millət  Məclisi  hökuməti  və  Ermənistan,  Azərbaycan  və  Gürcüstan  Sosialist  Sovet 
Respublikaları hazırda razılığa gələn tərəflərin ərazilərinin tərkibinə daxil olan ərazilərdə öz suveren hüquqlarını 
əvvəllər  həyata  keçirmiş  dövlətlər arasında  bağlanan yuxarıda  xatırlanan  ərazilərə  aid  olan  müqavilələri,  eyni 
dərəcədə üçüncü dövlətlər tərəfindən Zaqafqaziya Respublikalarına dair bağlanmış müqavilələri ləğv edilmiş və 
öz qüvvəsini itirmiş hesab edirlər.  
Müəyyən  edilmiş  hesab  olunur  ki,  bu  maddə  Moskvada  16  mart  1921-ci  ildə  bağlanmış  Türkiyə-Rusiya 
müqaviləsinə tətbiq edilmir.  
 
Maddə 2 
 
Razılığa gələn tərəflər onlardan birinin zorla qəbul etməyə məcbur edildiyi hər hansı sülh müqaviləsini və 
sair beynəlxalq aktları tanımamaq barədə razılaşırlar. Bunun qüvvəsincə, Ermənistan, Azərbaycan və Gürcüstan 
Sosialist Sovet Respublikaları Türkiyəyə dair və hazırda onun Böyük Millət Məclisi ilə təmsil olunan Türkiyə 
Milli hökumətinin tanımadığı heç bir beynəlxalq aktı tanımamaq barədə razılaşırlar.  
(Bu  müqavilədə  Türkiyə  anlayışı  altında  Konistantinopolda  Osmanlı  deputatlar  palatası  tərəfindən  işlənib 
hazırlanmış və elan edilmiş, mətbuatda bütün dövlətlərə çatdırılmış 8 yanvar 1920-ci il (1336) tarixli Türkiyə 
Misaqi-Milli sərhədlərinə daxil edilmiş ərazilər nəzərdə tutulur).  
Öz  tərəfindən  Türkiyə  Böyük  Millət  Məclisi  Hökuməti  bu  ölkələrin  hazırda  Ermənistan,  Azərbaycan  və 
Gürcüstan sovetləri ilə təmsil olunan müvafiq Hökumətlərinin tanımadığı hər hansı beynəlxalq aktı tanımamaq 
barədə razılaşır.  
 
Maddə 3 
 
Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hökumətləri təslim rejimini hər hansı 
ölkənin  azad  milli  istəkləri  ilə,  eləcə  də  onun  suveren  hüquqlarının  tam  həyata  keçirilməsi  ilə  bir  araya 
sığmadığını hesab edərək, bu rejimə hər hansı aidiyyəti olan hər hansı hərəkəti və hüququ öz qüvvəsini itirmiş 
və ləğv edilmiş sayırlar.  
 
 
 
 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə