Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə19/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   15   16   17   18   19   20   21   22   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
33 
Maddə 18 
Razılığa  gələn  tərəflər  arasında  dostluq  münasibətlərini  möhkəmləndirmək  üçün  ticarət  münasibətləri 
qurmaq, bütün iqtisadi, maliyyə və digər məsələləri tənzimləmək məqsədi ilə bu müqavilə imzalandıqdan dərhal 
sonra Tiflisdə maraqlı tərəflərin təmsilçilərindən ibarət komissiya yaradılacaq.  
 
Maddə 19 
 
Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı  
3 ay ərzində Konsul Konvensiyasını başa çatdırmağı öhdələrinə götürülər.  
 
Maddə 20 
 
Türkiyə,  Ermənistan,  Azərbaycan  və  Gürcüstan  hökumətləri  arasında  bağlanmış  bu  müqavilə  ratifikasiya 
edilməlidir.  
Ratifikasiyalarla mübadilə ən qısa müddətdə Erivanda olacaq.  
Bu  müqavilə  ratifikasiya  olunduğu  andan  qüvvəyə  minir.  6,  14,  15,  16,  18  və  19-cu  maddələr  istisnadır, 
onlar müqavilə imzalandıqdan dərhal sonra qüvvəyə minirlər.  
Bu göstərilənləri təsdiq etmək üçün yuxarıda adları çəkilən müvəkkillər bu müqaviləni imzaladılar və ona 
öz möhürlərini vurdular.  
Qarsda 13 oktyabr 1921-ci ildə (1337) beş nüsxədən ibarət tərtib edilmişdir.  
(M.Y.) imza. Askanaz Mravian, (M.Y.) imza. Kazım Qarabəkir.  
(M.Y.) imza. Poqos Makinzian. (M.Y.) imza. Vəli bəy.  
(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.  
(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.  
(M.Y.) imza. Aleksandr Svanidze.  
(M.Y.) imza. Qanetski.  
Əlavə 1.  
Türkiyənin  şimal-şərq  sərhədi  aşağıdakı  şəkildə  müəyyənləşdirilir:  (rus  baş  qərargahının  1/210000  - 
düymdə 5 verst miqyasında xəritəsinə əsasən).  
Qara dənizdə Sarp kəndi - Qara Şalvar dağı (5014) - çayın suayrıcı ilə V.Maradidi kəndindən şimalda "uçuq 
kilsə" istiqaməti ilə  
V.Maradidi  kəndindən  şimalda  Çoroxu  kəsir  və  sonra  Sabur  kəndinin  şimalından  keçir  -  Xedis  Mta  dağı 
(7052) - Kva-Kibe dağı  -  Kavtereti kəndi - Medzıbna dağının ayırıcı xətti  - Qerat Kesun dağı (6468)  - Korda 
dağının (7910) ayırıcı xəttindən keçir - Şavşet sıra dağlarının qərb hissəsinə keçmiş Artvin dairəsinin inzibati 
sərhədinə  çıxır  -  Şavşet  dağlarının  ayırıcı  xəttindən  keçərək  Sarı  Çay  (Kar-İssal)  (8478)  dağına  çıxır  -  Kviral 
aşırımı  -  oradan  Kankı  dağda  keçmiş  Ərdahan  dairəsinin  əvvəlki  inzibati  sərhədinə  çıxır  -  oradan  şimala 
yönələrək  Tlil  (Qrmali)  dağınadək  çatır  -  Ərdahan  dairəsinin  həmin  sərhədi  ilə  irəliləyərək  Badela  kəndinin 
şimal-şərqinə, Posxov çayına çıxır və həmin çayla cənuba Çançaq kəndindəki dağa qədər gedir - orada bu çayı 
geridə qoyur - gədiklə xətti ilə irəliləyərək Ayrılan-Baş dağına (8512) qalxır - Kəllə təpə (8463), Karman təpə 
(9709) dağlarından keçir  - Kasris-Seri dağına (9681) çatır  - buradan Karzamet çayı ilə Kür çayınadək gedir  - 
oradan Kür çayının talveqi ilə Kartanakev kəndinin şərqindəki məntəqəyə çıxır - orada Qaraoğlu dağının (7.259) 
gədiyindən keçməklə Kür çayından aralanır - oradan Xazapin gölünü iki yerə bölərək 7582 yüksəkliyinə, oradan 
Göydağa  (9152)  çıxır  -  Üçtəpələr  (9783),  burada  Gürcüstanla  sərhəd  bitir  və  Ermənistanla  sərhəd  başlanır: 
Taya-qala (9716) - 9065 zirvəsi, burada sərhəd Ərdəhan dairəsinin keçmiş sərhədini tərk edir və Böyük Ağbaba 
dağından  (9973  və  ya  9963)  -  8828  və  ya  8827  -  7602  -  buradan  düz  xətlə  7.518  zirvəsinə  -  İbiş  kəndinin 
şərqindən, sonra Qızıldaş dağından (7.439 və ya 7.440, yaxud 7.490), Yeni Qazılıdaş kəndindən keçir - oradan 
Novıy Qızıldaş kəndinlən axan çayla onun Qaraməmməddən şimal-qərbdə yerləşən döngəsinədək çayayırıcı ilə 
gedir - oradan Delaver, B.Kmlı və Tikinis kəndlərindən şərqdə yerləşən Camuşçu çayına çıxır - Vartanlı və Baş 
Şuragel kəndlərindən keçir - adı çəkilən çayla gedərək Kəlala və ya Qalalıdan şimalda Arpa-çayına çıxır - orada 
həmişə Arpa-çayın talveqi ilə gedərək Araza çıxır və Arazın talveqi ilə gedərək Urmiya  kəndinə çıxır, burada 
Ermnəistanla sərhəd bitir və Azərbaycanla sərhəd başlanır - Arazın talveqi ilə Aşağı Qarasunun ona töküldüyü 
yerədək gedir və burada Azərbaycanla sərhəd qurtarır).  
N.B. Aydındır ki, sərhəd göstərilən yüksəkliklərin ayırıcından keçir.  
(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.  
(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.  
(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.  
(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
34 
(M.Y.) imza. Aleksandr Svanidze.  
(M.Y.) imza. Qanetski.  
Əlavə 2.  
Sərhəd  xəttinin  Əlavə  1-də  göstərildiyi  kimi,  Arpa-çay  və  Araz  çaylarının  talveqindən  keçdiyini  diqqətə 
aldıqda,  Türkiyə  Böyük  Millət  Məclisi  Hökuməti  yalnız  Arpaçay  rayonunda  blokhauz  xəttini  onun  indiki 
cizgisində Aleksandropol-Yerevan dəmiryolundan 8 verst məsafəyə geri çəkməyi və Araz rayonunda göstərilən 
dəmiryol xəttindən 4 verst geriyə çəkməyi öhdəsinə götürür  
Yuxarıda  göstərilən rayonları  məhdudlaşdıran  xətlər Arpaçay  zonası  üçün  aşağıda  A  və  B  bəndlərində 1, 
Araz zonası üçün 2 bəndində göstərilir.  
1.Arpaçay zonası  
A) Vartanlıdan cənub-şərqə - Uzun Kilisadan şərqə, Bozyar dağından (5.096) keçməklə - Karmir-vankdan 
şərqdə  5082  -  5047,  Üçtəpə  (6478  və  ya  5578)  -  Arazoğlunun  şərqi  -  Aninin  şərqi  -  -  Yeniköydən  qərbdə 
Arpaçaya çatır.  
B)  Yenidən  Arpaçaydan  5019  yüksəkliyinin  şərqinə  sarı  aralanır  -  birbaşa  5481  yüksəkliyinə  gedir  - 
Qızılquladan şərqdə 4 1/2 verstdən - Bocalıdan şərqdə 2 verstdən - sonra Diqorçay - bu çay boyunca Düzkeçid 
kəndinə qədər irəliləyir və düz xətlə Qarabağ xarabalıqlarından şimala irəəliləyir və Arpaçaya çıxır.  
II.Araz zonası  
Xaraba Alican və Süleyman Dizə kəndi arasında düz xətt.  
Bir tərəfdən Aleksandropol-Yerevan dəmiryol xətti ilə  
və digər tərəfdən yuxarıda adı çəkilən dəmiryol xəttindən  
səkkiz və dörd verst məsafədə yerləşən xətlərlə məhdudlaşan  
zonada Türkiyə Böyük Millət Məclisi Hökuməti hər hansı  
fortifikasiya istehkamları qurmayacağını öhdəsinə götürür.  
(bu məsafə xətti göstərilən zonadan kənarda yerləşir) və  
onlarda nizami qoşunlar saxlamayacaq, lakin o göstərilən  
zonalarda asayişin, təhlükəsizliyin təmin olunması üçün  
və inzibati ehtiyaclar üçün qoşun saxlamaq hüququnu saxlayır.  
(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.  
(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.  
(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.  
(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.  
(M.Y.) imza. Aleksandr Svanidze.  
(M.Y.) imza. Qanetski.  
Əlavə 3.  
Naxçıvanın ərazisi  
Urmiya kəndi - oradan düx xətlə Arazdəyən stansiyasına  
(onu Ermənistan Sosialist Sovet Respublikasına saxlamaqla) -  
sonra düz xətlə 3142 qərbində Daşburun dağına - Daşburun  
dağının şərq ayırıcı xətti (4108) - Cəhənnəm dərəsi çayından  
"bulaq" yazısının cənubu - Bağarsıq dağının gədik xətti  
ilə (6607 və ya 6587) və oradan əvvəlki İrəvan dairəsinin  
və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi ilə gedir -  
6629 yüksəkliyi - Kömürlü dağı (6839 və ya 6930) - oradan  
3080 yüksəkliyi - Sayat dağı (7868 - Qurdqulaq kəndi)  
Qamesur dağı (8160) - 8022 yüksəkliyi - Kükü dağ (10282)  
və əvvəlki Naxçıvan dairəsinin inzibati sərhədinin şərqindən keçir.  
(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.  
(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.  
(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muştar bəy.  
(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.  
(M.Y.) imza. Aleksandr Svanidze.  
(M.Y.) imza. Qanetski.  
 
Müqavilə Ümumittifq MİK tərəfindən 16 mart 1922-ci ildə ratifikasiya olunmuşdur.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə