Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə15/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   11   12   13   14   15   16   17   18   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
24 
3. Ərəb xilafətinin Şimali Azərbaycanın işğalı və hökmranlığı dövründə VII-IX əsrlərdə ölkədə İslam dini 
yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan albanlar xristianlıqda qalmışlar;  
4.  Cənubi  Qafqaza  miqrasiya  edən  erməni-qriqorian  missionerləri  Ərəb  xilafətinin  işğalları  nəticəsində 
əlverişli şəraitdən istifadə edərək Qarabağın dağlıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırması, bunun 
ardınca da erməniləşdirməsı uzun proses oldu.  
5. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. 
Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər;  
6.  Rusiyanın  regiona  müdaxiləsi  ermənilərin  digər  ölkələrdən  Cənubi  Qafqaza,  o  cümlədən  Azərbaycana 
köçürülüb  gətirilməsi  burada  erməni  amilinin  gücləndirilməsinə  kömək  etdi.  Bu  siyasət  Qarabağın  dağlıq 
hissəsini  qriqorianlaşdırılmış  albanlarının  tarixi  taleyində  dönüş  yaratdı.  Onların  erməniləşdirilməsi  son 
mərhələyə qədəm qoydu;  
7.  Rus-İran  müharibələri  dövründə (1804-1813,  1826-1828),  xüsusilə  1828-ci  il Türkmənçay  və  Rus-Türk 
müharibələri  (1806-1812,  1828-1829)  zamanı,  xüsusilə  1829-cu  il  Ədirnə  müqaviləsindən  sonra  İran  və 
Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə birgə Qarabağa ermənilərin kütləvi köçürülməsi 
qriqorianlaşmış  alban  əhalisinin  erməniləşməsini  başa  çatdırmışdı.  1836-cı  ildə  Alban  katolikosluğu  ləğv 
edilmişdir. Məhz bundan sonra onları sözün əsl mənasında erməni adlandırmaq olar;  
8. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içərisində alban 
kökündən əmələ gələn spesifikasını saxlamışdır.  
 
Ermənilərin Azərbaycanda, o cümlədən Qarabağda soyqırımı fəaliyyətinin genişlənməsi 
XIX  yüzilin  30-cu  illərindən  sonra  da  ermənilərin  kütləvi  surətdə  Şimali  Azərbaycan  torpaqlarına,  o 
cümlədən  Qarabağa  köçürülməsi  davam  etdirilirdi.  N.Şavrov  məhz  buna  görə  yazırdı  (1911)  ki, 
Zaqafqaziyadakı  1,3  min.  erməninin  1  min-dan  çoxu  gəlmə  idi.  Bütün  bunlara  baxmayaraq,  1916-cı  ildən 
Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli 
alban  mənşəli  ermənilərlə  birlikdə)  idi.  Köçürülüb  gətirilən  ermənilərin  Qarabağın  dağlıq  hissəsində 
məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin 
etmək məqsədilə edilirdi və strateji niyyət güdürdü.  
Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə 
artırılması  və  onların  iqtisadi  potensialının  möhkəmləndirilməsi  paralel  surətdə  həyata  keçirilirdi.  Beləliklə, 
Ermənilər  çarizmin  hərtərəfli  dəstəyi  və  yaratdığı  əlverişli  şərait  nəticəsində  Qarabağın  iqtisadi  həyatında  da 
möhkəmlənə bildilər.  
Rusiya  imperiyasının  ayrı-seçkilik  siyasəti,  çarizmin  dəstəyi  və  məqsədyönlü  siyasəti  nəticəsində 
ermənilərin Şimali Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində 
iltizam sisteminin ləğvi  zamanı daha aydın nəzərə çarpmağa başladı; nəticədə neftli torpaq sahələrinin hərracı 
prosesində  azərbaycanlılar  cəmi  5%,  ermənilər  isə  50%  -dən  çox  torpaq  sahəsi  almışdılar.  Bakıda  fəaliyyət 
göstərən  167  neft  şirkətindən  55  iri  və  orta  şirkət  ermənilərə  məxsus  idi  və  s.  Ermənilərin  mədəni-təhsil 
səviyyəsinin  yüksəldilməsi  üçün  də  hərtərəfli  şərait  yaradılmışdı.  Bütün  bunlara  baxmayaraq  Qarabağ,  onun 
mərkəzi olan Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar 
hökumətinin və onun əlalıları olan ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq Qarabağ Azərbaycan 
- müsəlman diyarı kimi inkişaf edirdi.  
Beləliklə,  Çar  Rusiyası  ermənilərin  Şimali  Azərbaycana,  o  cümlədən  Qarabağa  kütləvi  surətdə  köçüb 
gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdı. Çox 
keçmədən  ermənilər  Azərbaycan  torpaqlarında  "Böyük  Ermənistan"  ideyasının  reallaşdırılması  uğrunda  açıq 
mübarizəyə  başladılar.  Həmin  ideyanın  əsas  tərkib  hissələrindən  biri  də  Qarabağ,  İrəvan,  Naxçıvan  və  digər 
Azərbaycan  torpaqlarının  yerli  -  azərbaycanlı  əhalisini  məhv  etmək  və  onların  yaşadıqları  torpaqları  ələ 
keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar 
qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.  
Ermənilər  1905-ci  ildən  başlayaraq  Azərbaycan  xalqına  qarşı  kütləvi  soyqırımları  törətdilər.  Ermənilərin 
azərbaycanlılara  qarşı  soyqırım  siyasəti  Qarabağda  daha  faciəli  şəkil  aldı.  Lakin  1905-1906-cı  illərdə 
törətdikləri  qırğınlar  da  erməniləri  sakitləşdirmədi.  Onlar  Birinci  Dünya  müharibəsinin  doğurduğu  tarixi 
şəraitdən  istifadə  edərək  yenidən  mifik  "Böyük  Ermənistan"  dövləti  yaratmağa  cəhd  göstərdilər.  1915-ci  ildə 
Osmanlı  dövlətinə  qarşı  qaldırdıqları  yeni  qiyamlarda  uğursuzluğa  düçar  olan  ermənilər,  əsas  qüvvələrini 
Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam 
etdirməyə  başladılar.  Əvvəlcə  çar  hökumətinin  devrilməsi  (1917,  fevral),  sonra  isə  Rusiyada  bolşeviklərin 
hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində - uzun tarixi dövr ərzində 
Rusiya  ordusunda  xidmət  edən  erməni  silahlı  dəstələri  daşnak-bolşevik  güruhu  ilə  birləşərək  azərbaycanlılara 
qarşı  soyqırımın  yeni,  daha  dəhşətli  dövrünü  başladılar.  1918-ci  ilin  martında  Bakıda  başlanan  və  bütün 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə