Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə11/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   7   8   9   10   11   12   13   14   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
19 
-  Qarabağ  xanlığı  ləğv  edildikdən  və  rus  üsul-idarəsi  yarandıqdan  bir  il  sonra,  1823-cü  ildə  rus  idarəsi 
tərəfindən "Qarabağ  əyalətinin təsviri..."  adlı  kitab  hazırlandı.  Qarabağda  əhalinin  sayı,  etnik  tərkibi  haqqında 
az-çox etibarlı mənbə məhz bu kitabdır.  
Professor Süleyman Əliyarlının bu mənbə ilə bağlı araşdırmalarına əsasən, 1823-cü ildə rus idarəçiliyinin 
Qarabağda  qeydə  aldığı  18563  ailədən  1559-u,  yəni  8,4  faizi  beş  erməni  məlikliyinin  payına  düşür.  Erməni 
alimləri  isə  bu  mənbəyə  istinadən  1823-cü  ildə  Qarabağda  20  mindən  artıq  ailənin  5107-sinin  erməni  ailəsi 
olduğunu yazırlar. Bu rəqəm ermənilərin Qarabağa İran və Türkiyədən kütləvi köçürülməsindən əvvəl onların 
azərbaycanlı əhali ilə müqayisədə azlıqda olduqlarını təsdiqləyir. "Qarabağ əyalətinin təsviri..." əsəri ermənilərə 
sərf  etmədiyi  üçün  onlar  demək  olar  ki,  Rusiyanın  bütün  kitabxanalarından  bu  mənbəni  müxtəlif  vasitələrlə 
çıxarıb məhv ediblər. İndi bu mənbənin daha dərindən tədqiqinə, kütləvi nəşrinə və təbliğinə böyük ehtiyac var.  
1828-ci  ildə  Türkmənçay  müqaviləsindən  sonra  ermənilərin  İrandan  Qarabağa  köçürülməsi  kütləvi  və 
mütəşəkkil xarakter almağa başladı. Həmin dövrdə bu işlərə general Paskeviç və onun köməkçisi, milliyyətcə 
erməni  olan  Lazarov  başçılıq  edirdi.  1828-ci  il  fevral  ayının  29-da  general  Paskeviç  göstəriş  vermişdi  ki, 
ermənilər  İrəvan  və  Naxçıvan  vilayətlərində,  qismən  də  Qarabağa  yerləşdirilsinlər,  müsəlman  kəndləri  isə 
müsəlmanların ən çox məskunlaşdığı yerlərə köçürülsün və həmin yerlər ermənilərə verilsin. İran ermənilərinin 
köçürülməsi  işlərinə  başçılıq  edən  Lazarov  Paskeviçə  yazırdı:  "Qabaqca  Marağa  erməniləri,  sonra  isə  bütün 
ermənilər  yerlərini  tərk  etməyi  qərara  aldılar».  Ermənilərin  köçürülməsini  təsvir  edən  Qlinka  1831-ci  ildə 
yazırdı  ki,  Türkmənçayla  həmhüdud  kəndlərin  erməniləri  Qarabağa  yollanıb  və  üç  ay  yarım  ərzində  8  min 
erməni ailəsi Araz çayını keçib.  
Rus müəlliflərinin, ilk növbədə Şavrovun yazdığına görə, məhz 1828-1830-cu illər ərzində 40 000 İran və 
84 600 Türkiyə ermənisi Qarabağın da daxil olduğu Yelizavetpol və İrəvan quberniyalarına köçürülüb. Şavrov 
isə yazırdı ki, Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı gəlmədir. Şavrovun bu 
fikrini 8 cilddən ibarət «XIX əsri tarixi» kitabının fransız müəllifləri Lavissa və Rambo da təsdiq ediblər. 1925-
ci ildə Fransada nəşr olunmuş bu əsər akademik Evgeniy Vasilyeviç Tarlenin redaktəsi ilə 30-cu illərin sonunda 
SSRİ-də də nəşr olunub. Onlar da təsdiq edirdilər ki, İrəvan quberniyası istisna olmaqla ermənilər Qafqaza yeni 
gəliblər  (XIX  əsr  tarixi.  Professor  Lavissa  və  Rambonun  redaktəsi  altında;  1939,c.8,s.298).  Bir  sözlə, 
Azərbaycanı  və  Qafqazı  işğal  etdikdən  sonra  Rusiyanın  yeritdiyi  siyasət  ermənilərin  simasında  bölgənin 
xristianlaşdırılmasına  yönəldilmişdi.  Bu  siyasət  nəticəsində  Azərbaycanın  qədim  ərazilərində  ermənilərin  sayı 
artmağa başladı və, bu da sonrakı problemlərin başlanğıcını qoydu.  
- Rusiyada baş verən oktyabr inqilabından sonra regionda nə baş verdi?  
-  İstər  birinci,  istərsə  də  ikinci  rus  inqilabından  sonra  regionda  ağır  hadisələr  baş  verdi.  Məsələn,  götürək 
Gəncədən Birinci Dövlət Dumasına deputat seçilmiş İsmayıl xan Ziyadxanovun 1906-cı ilin iyun ayının 12-də 
Dumadakı  çıxışını.  O  deyirdi:  "Hörmətli  millət  vəkilləri,  hər  dəqiqə  ölkəmizdən  qorxulu  xəbərlər  alıram. 
Cənablar,  iki  ildən  bəri  qan  içində  üzən  ölkəmizdə  cəsədlərin  üstündən  keçirik.  Artıq  səbrimiz  tükənib.  Biz 
anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərə keçirildiklərini görmüşük, biz 
hamilə  qadınların  qarnına  salınan  xəncərlərin  açdığı  yarıqlardan  uşaq  əllərinin  bayıra  sallandığının  şahidi 
olmuşuq.  Qoy  dəlik-deşik  edilən  cəsədlərdən, anaların,  uşaqların fəryadlarından,  iniltisindən  həzz  alanlar rədd 
olsunlar". Bu mənzərə oktyabr inqilabından sonrakı dövr üçün də xarakterik idi. Bolşevizmin Qafqazda erməni 
donunda  zühur  etməsi  Azərbaycan türklərinə  böyük  fəlakətlər  gətirdi. Təkcə  Bakıda  1918-ci  ilin  mart ayında 
dini  və  milli  əlamətlərə  görə  3  gün  ərzində  12  min  adam  vəhşicəsinə  qətlə  yetirilib.  Eyni  hadisə  Şamaxıda, 
Qarabağda, Naxçıvanda, İrəvanda və digər yerlərdə də təkrar edildi. Yalnız 1918-ci ilin mayında Azərbaycan 
Xalq Cümhuriyyəti qurulduqdan sonra bu fəlakətlərin qarşısını almaq mümkün oldu.  
Yeri gəlmişkən, 1918-20-ci illərdə Ermənistan Cənubi Qafqazda 10 min kvadrat kilometr ərazisi olan dövlət 
idi.  Sovetləşmədən  sonra  onun  ərazisi  29,8  min  kvadrat  kilometr  oldu.  Heç  kəs  maraqlanmaq  istəmir  ki,  bu 
ərazilər  haradan  gəldi.  Axı  Ermənistanın  indiki  ərazisinə  əlavə  edilən  bu  19,8  min  kvadrat  kilometr  ərazinin 
hamısı Azərbaycanın idi. Qarabağa gəldikdə isə Xalq Cümhuriyyəti dövründə orada vəziyyəti stabilləşdirmək 
mümkün  olmuşdu.  1919-cu  ildə  Ermənistandan  gəlmiş  milli  Şuranın  üzvləri  Qarabağın  erməni  əhalisinin 
qurultayını çağırdı və həmin qurultay Azərbaycan hökumətinə tabe olmaq barədə qətnamə qəbul etdi. Bu qərar 
Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdanbəy Topçubaşov tərəfindən Versal 
Ali  Şurasına  təqdim  edildi.  Orada  deyilirdi:  "Qarabağın  erməni  əhalisinin  nümayəndələri  bu  əhalinin 
Azərbaycan hökumətinə tabe olması haqqında qətnamə qəbul etmişdir".  
- Ermənilər bildirirlər ki, Stalin Qarabağı Ermənistandan ayıraraq Azərbaycana verib...  
-  Belə  bir  şey  olmayıb.  Məsələnin  qoyuluşu  səhvdir.  Qarabağ  heç  vaxt  Ermənistanın  tərkibində  olmayıb. 
Belə yanlış fikirlərlə dünya ictimaiyyətini aldadırlar, guya nə vaxtsa Qarabağ Ermənistanın tərkibində olub və 
sonra  onu  Stalin  alıb  Azərbaycana  verib.  Bununla,  sadəcə  olaraq,  SSRİ-nin  dağılmasından  sonra  ermənilər 
Stalin əleyhinə başlanan kampaniyadan yararlanmaq istəyirdilər. Məsələ tamamilə əksinədir. Qarabağın dağı da, 
aranı  da  tarixən  vahid  ərazi  olub  və  həmişə  Azərbaycanın  ayrılmaz  hissəsi  kimi  tanınıb.  Məhz  Moskvanın 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə