Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə10/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   6   7   8   9   10   11   12   13   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
18 
xarici siyasət hüququndan çarın xeyrinə imtina edirdi. Beşinci maddəyə görə, çar söz verirdi ki, xanın varis və 
arxasının  "Qarabağ  xanlığı  üzərində  hakimiyyəti  dəyişməz  saxlanacaq,  daxili  idarəetmə  ilə  bağlı  hakimiyyət 
işləri,  məhkəmə  və  divanxana,  ölkədən  yığılan  gəlir  zati-alilərinin  (İbrahim  xanın)  səlahiyyətlərində  qalacaq. 
Səkkizinci maddəyə görə, Qarabağ xanı çar xəzinəsinə hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü.  
Sənədin ən ağır maddələrindən biri bu idi ki, Rusiya xanlığın mərkəzində, Şuşa qalasına bitişik Xan bağında 
toplarla təchiz olunmaqla 500 nəfərlik komendantlıq saxlamaq hüququ əldə edirdi.  
Kürəkçay  müqaviləsinə  görə,  xan  nəvələrindən  birini  əmanət  olaraq  Tiflisə  baş  komandanın  qərargahına 
göndərməli və onun xərcini də özü çəkməli idi.  
Müqaviləyə  görə,  çarın  fərmanı  ilə  İbrahim  xana  rus  ordusunun  general-leytenantı,  oğlanları 
Məhəmmədhəsən və Mehdiqulu ağaya general-mayor, Xanlar ağaya isə polkovnik rütbələri verilirdi. Bu rütbəni 
almaqla Qarabağ xanı və onun oğlanları Qafqaz komandanlığının əmrlərini yerinə yetirməli idi.  
Eyni  məzmunda  müqavilə  bir  həftə  sonra  21  may  1805-ci  ildə  Şəki  xanlığı  ilə  imzalandı.  Kürəkçay 
müqaviləsinin 11 maddəsi içərisində elə bir maddə yoxdur ki, orada ermənilərlə bağlı nə isə olsun. Bu müqavilə 
Qarabağın  bir  Azərbaycan  xanlığı  olaraq  Rusiyanın  vassallığına  keçməsini  özündə  əks  etdirən  siyasi-hüquqi 
aktdır və orada hər şey çox aydın formada yazılıb. Özünü tarixçi, ya siyasətçi hesab edən adamların həqiqəti çox 
qabarıq formada əks etdirən belə mühüm sənəddən yayınmasını heç cür anlamaq olmur.  
Göründüyü  kimi,  müqavilədə  bütün  öhdəliklər  və  imtiyazlar  erməni  məlikləri  ilə  deyil,  bilavasitə  şuşalı, 
qarabağlı İbrahim xanla bağlıdır.  
- Müqavilə şərtləri necə yerinə yetirilirdi?  
- Həmişə olduğu kimi Rusiya öz üzərinə götürdüyü öhdəliklərə əməl etmədi. Halbuki, Kürəkçay müqaviləsi 
əbədilik  imzalanmışdı.  1806-cı  ildə  İran  qoşunları  Şuşaya  yaxınlaşarkən  öz  ailəsini  Şuşa  qalasının 
yaxınlığındakı Xankəndinə köçürmüş Qarabağ xanı İbrahim xan bütün ailəsi ilə birlikdə (oğlu Mehdiqulu ağa 
istisna olmaqla) mayor Lisaneviç tərəfindən qətlə yetirildi. Lisaneviç İran ordusunun Qarabağa hücum edəcəyi 
halda xanın satqınlıq edəcəyindən şübhələnirdi və bu, əsassız şübhə idi.  
Haqqında  danışdığımız  ağır  qətl  hadisəsi  Kürəkçay  müqaviləsindən  sonra  Rusiyanın  üzərinə  götürdüyü 
öhdəliklərin  və  çar  fərmanı  ilə  İbrahim  xana  general-leytenant  rütbəsi  verilməsinin  sırf  simvolik  xarakter 
daşıdığını  inandırıcı  şəkildə  təsdiqləyir.  Bununla  belə,  nə  qədər  ki,  İranla  müharibə  davam  edirdi,  Rusiya 
xanlığın statusunu dəyişdirmədi.  
1806-cı il sentyabrın 10-da imperator I Aleksandrın fərmanı ilə Mehdiqulu ağa qətlə yetirilmiş atası İbrahim 
xanın yerinə Qarabağ xanı təyin edildi. Fərmanda deyilirdi: "Biz ali məqamlı və ali cəlallı ehsanı ümumə şamil 
olan allahın mərhəmət və köməyi ilə bütün Rusiya məmləkətinin, habelə başqa vilayət və ölkələrin istiqlal və 
rifahını təmin edən imperator I Aleksandr, bildiririk: Qoy, bizim şahanə lütf və qayğımıza, imperatorluq qüdrət 
və  mərhəmətimizə  ümid  bağlayan  Qarabağ  vilayətinin  bütün  ali  üləma,  hörmətli  başbilənləri,  görkəmli  və 
şərafətli  əyanları,  bəyləri,  sərkərdələri,  kəndxudaları,  ağsaqqalları  və  bütün  rəiyyətləri  bilsinlər  ki,  keçən  ildə 
mərhum  İbrahim  xan  bizim  şahlıq  canişinimiz  olan  general  knyaz  Sisianovla  birlikdə  bir  "Əhdnamə"  tərtib 
etmişdilər və general onu dərhal imperatorluq dərgahına çatdırmışdı. Biz həmin "Əhdnamənin" tələb və şərtləri 
ilə  tanış  olduqdan  sonra  mərhum  xanın  irəli  sürdüyü  bütün  arzu  və  tələbləri,  öz  sonsuz  şahanə  lütf  və 
qayğıkeşliyimizlə  qarşılayıb,  onu  bütün  Qarabağ  əhalisi  ilə  birlikdə  himayəmizə  alıb,  mərhum  İbrahim  xanı 
xüsusi imperator fərmanı ilə Qarabağ vilayətinin müstəqil hakimi təyin etdik. Və təminat verdik ki, Qarabağın 
imperatorluq  təbəəliyinə  daxil  olan  bütün  rəiyyətləri,  mərhum  xanın  varisləri  nəsildən-nəslə  Qarabağın  xanlıq 
taxtında oturub müstəqil surətdə hökmranlıq etmək hüququ ilə təmin olunacaqlar".  
Daha  sonra  fərmanda  deyilirdi:  "İbrahim  xanın  bir  iğtişaş  nəticəsində  qətlə  yetirilməsi  kimi  hüznlü  bir 
hadisədən sonra yenə sədaqətli rəiyyətlərinin müstəqilliyini təmin etmək sahəsində əlahəzrətin xeyirxah fikirləri 
və  münasibəti  dəyişməz  olaraq  qalır.  Əlahəzrət  verdiyi  sözə  əməl  edərək  öz  şahlıq  mərhəməti  və  qayğısı  ilə 
yüksək  rütbəli  vərəsə  general-mayor  Mehdiqulu  ağanı  mərhum  atasının  yerində  bərqərar  edib  Qarabağ 
vilayətinin xanlıq taxtında oturdub və bu qərarı imperator fərmanı ilə təsdiq edir".  
Bu fərmanda İbrahim xana verilmiş bütün hüquqlar Mehdiqulu xana verilirdi və Qarabağda "bütün əhalinin 
ona  baş  əyib  sözündən  çıxmaması,  xanın  əmrinə  və  hakimiyyətinə  aid  olan  bütün  qayda-qanunlara  əməl 
etmələri" təsbit olunurdu. Fərmanda ermənilərlə bağlı heç nə yox idi. Qarabağın kimə məxsusluğunu öyrənmək 
üçün imperator I Aleksandrın 1806-cı il 10 sentyabr tarixli fərmanı çox mühüm tarixi sənəddir.  
1813-cü  ildə  Gülüstan  müqaviləsindən  sonra  Rusiya  Azərbaycanda  xeyli  möhkəmləndi  və  "əbədi"  olaraq 
imzalanmış "Əhdnamələrə" məhəl qoymayaraq xanlıqları ləğv etməyə başladı. 1819-cu ildə Şəki xanlığı, 1820-
ci ildə Şirvan xanlığı ləğv edildi. Mehdiqulu xan rus təzyiqlərinə dözməyib İrana qaçdıqdan sonra 1822-ci ildə 
Qarabağ xanlığı da ləğv edildi və onun yerində komendant üsul-idarəsi təsis olundu. Beləliklə, 17 ildən sonra 
Kürəkçay müqaviləsi öz əhəmiyyətini itirdi.  
-  Qarabağı,  o  cümlədən  Şimali  Azərbaycanı  özünə  birləşdirəndən  sonra  çar  Rusiyasının  siyasətini  necə 
xarakterizə edərdiz?  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə