Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə6/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   2   3   4   5   6   7   8   9   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
11 
Qarabağ xanlığı 
(Qarabağda Azərbaycan dövlətçilik ənənəsinin bərpası) 
 
Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan 
Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, 
Qarabağın  Sarıcalı  kəndində  anadan  olmuşdur.  Qarabağ  xanlığının  vəziri  olmuş  tarixçi  Mirzə  Camal  yazır: 
"Mərhum  Nadir  şah  Qarabağ,  Gəncə,  Tiflis  və  Şirvan  vilayətlərini  aldıqdan  sonra,  ellər  və  kəndlər  arasında 
görüb  tanıdığı  hər  bir  şücaətli  və  işgüzar  adamı  yanına  çağırıb,  öz  yaxın  qulluqçuları  sırasına  alar  və  onu 
məvacib,  ehtiram  və  mənsəb  sahibi  edərdi.  O  cümlədən  ellər  arasında  Pənahəli  bəy  Sarıcalı  Cavanşir  adı  ilə 
şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum 
Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilliyin 30-cu illərində Osmanlı imperiyasına qarşı 
müharibələr  nəzərdə  tutulur)  şücaət  göstərmiş  Pənah  xanı  da  öz  yanına  apardı".  Lakin  Muğan  qurultayından 
sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman 
əhalisini  Əfqanıstan  və  Xorasana  sürgün  etməyə  başlamışdı.  Bu  tədbirə  etiraz  etdiyinə  görə  Pənahəli  bəyin 
qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir 
neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər 
tutan  kimi  onu  yolda  ələ  keçirmək  üçün  ardınca  çaparlar  göndərdi.  Lakin  onu  tutmaq  mümkün  olmadı.  Nadir 
Azərbaycan  sərdarına,  Gəncə,  Tiflis  və  Şirvan  hakimlərinə  qəti  fərmanlar  göndərdi  ki,  Pənah  xanı  harda 
tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib 
cərimə etdilərsə də fayda vermədi.  
Beləliklə,  hələ  Nadirin  sağlığında  Pənahəli  bəy  ona  tabe  olmaqdan  boyun  qaçırıb  Vətəni  olan  Qarabağı 
müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında 
müstəqil Azərbaycan dövləti - Qarabağ xanlığı yarandı.  
Qarabağ  xanlığı  müstəqil  dövlət  elan  edildikdən  sonra  başlıca  vəzifə  onun  möhkəmlənməsinə  nail  olmaq 
idi.  Pənah  xanın  bu  sahədə  ilk  tədbirlərindən  biri  Qarabağın  Nadir  şah  tərəfindən  sürgün  olunmuş  türk-
müsəlman  əhalisini  geri  -  doğma  torpağa  qaytarmaq  oldu.  Köçkünlərin  geri  qaytarılması  və  dədə-baba 
torpaqlarında  yerləşdirilməsi  Qarabağ  xanlığını  gücləndirdi.  Sürgündən  ilk  qayıdanlar  içərisində  Qarabağın 
gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.  
Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd 
kimi  şəhərlər  yox  idi.  Halbuki  belə  siyasi-iqtisadi  mərkəzlərin  olması  xanlıqların  gələcək  inkişafı  üçün  çox 
mühüm  idi.  Yeni  müdafiə  qurğuları  və  şəhərlərin  salınması  Pənah  xanın  hərbi-siyasi  işlərlə  yanaşı  dəyərli 
quruculuq uğuru sayılmalıdır.  
Bu  sahədə  ilk  addımlardan  biri  1748-ci  ildə  qədim  Azərbaycan  -  türk  tayfası  olan  bayatların  adı  ilə  bağlı 
Bayat qalasının tikilməsi oldu. "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. 
Ətrafda  olan  camaat,  hətta  Pənah  xanın  tərəqqisini,  onun  rəftar  və  məhəbbətini  eşidən  Təbriz  və  Ərdəbil 
vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər".  
Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə 
Camal yazır: "Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah 
xana "xan"  adı  verilməsi  və  Qarabağ  hakimi  vəzifəsinə  təyin  edilməsi  haqqında  fərmanı,  qiymətli  xələt,  qızıl 
yəhərli  at  və  daş-qaşla  bəzənmiş  qılıncla  birlikdə  Sərdar  Əmir  Aslanın  yaxın  adamı  vasitəsilə  o  zaman 
yaşadıqları Bayat qalasına gəlib çatdı". 
Adil şahın fərmanı,  əslində gecikmiş bir sənəd idi. Həqiqi "hakimlik" şah fərmanından  əvvəl, ondan asılı 
olmadan qazanılmışdı. 
Pənah xanın "Qarabağ hakimi" kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm 
rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: "Pənah 
xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq" (və ya "Pənahəli özünü xan elan 
etmişdi,  mən  isə  öz  məğlubiyyətimlə  onun  xanlığını  təsdiq  etdim").  Hacı  Çələbi  xanın  xalq  içərisində  zərb-
məsələ  çevrilmiş  bu  sözləri,  əslində,  Adil  şahın  fərmanından  daha  artıq  gücə  malik  idi.  Əhməd  bəy  Cavanşir 
yazır:  "…Bu  qalibiyyətdən  (Bayat  döyüşündən)  sonra  Pənah  xanın  igidliyi  haqqında  dillərə  düşən  dastan  o 
zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi".  
Bayat döyüşü eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə 
də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: "Pənah xan Şahbulağı adı ilə məşhur olan 
Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar 
tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi". 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
12 
Kürəkçay müqaviləsi 
 
Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri də artırdı. 
Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə 
bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.  
Mir  Mehdi  Xəzani  çox  haqlı  olaraq  yazırdı:  "Bu  Qarabağda  ki,  beş  mahal  bundan  əqdəm  Xəmsə  mahalı 
islaq  olurmuş  və  şimdi  hər  birisi  bir  qeyri-ism  ilə  adlanırlar…".  Mirzə  Adıgözəl  bəy  Qarabağdakı  feodal 
mülkləri  -  məlikliklər  haqqında  yazırdı:  "Bu  mahallardan  biri  Dizaqdır.  Məlikləri  Məlik  Yeqan  adlanır.  O 
Loridən  qaçıb  gəlmiş,  Nadir  şahın  səltənəti  dövründə  və  onun  əmrilə  məliklik  taxtında  oturub  hörmət 
qazanmışdır.  
İkincisi - Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha 
çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə 
mahalının məliklik camından sərxoş olmuşlar.  
Üçüncü  -  Xaçındır. Məlikləri  Həsən  Cəlalyan  övladıdır.  (Onlar) riyasət  gəlininə  gözəllik  verib, (hökmran 
olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. 
Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ 
vilayətinin  bütün  sahəsini  cəlal  və  dəbdəbə  ilə  işıqlandırdı.  Bu  zaman  xınzırıstanlı  (indiki  adı  -  Xındırıstan) 
Məlik  Mirzə  xan…  bu  əbədi  dövlət  məmurlarının  əmrilə  məliklik  sikkəsini…  adına  kəsdirdi.  Ondan  sonra  da 
oğlu Allahverdi və nəvəsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar.  
Dördüncü - Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib 
Çiləbörddə məlik omuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir 
yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığnaq və mənzil etmişlər. Çiləbördə 
müstəqil  olaraq  yiyələnmiş  və  böyük  bir  şöhrət  qazanmışlar…  Nadir  şah…  ona  sultanlıq  rütbəsi  və  xələti 
verdi…  
Beşinci - Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində 
sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib 
orada sakin olmuşdur". 
Qarabağ məliklikləri  
Məlikliyin adı 
Qarabağa gəlmələri 
Nə vaxt 
Haradan 
Vərəndə 
1603 
Göyçə mahalından 
Çiləbörd 
1637 
Zəngəzurdan (Sünikdən) 
Xaçın 
XVIII əsrdə yaranmışdır 
Yerli 
Dizaq 
XVIII əsrin əvvəlləri 
Lori vilayətindən 
Gülüstan (Talış) 
XVIII əsrin əvvəlləri 
Şirvandan (Qəbələ sultanlığının 
Nic kəndindən) 
 
Beləliklə,  Xaçın  istisna  olmaqla,  Qarabağdakı  digər  məliklər  və  onların  mənsub  olduqları  nəsillər  əslən 
Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin 
nümayəndələri  idilər.  Buna  görə  də  erməni  millətçilərinin  Azərbaycana  qarşı  ərazi  iddialarına  "haqq" 
qazandırmaq üçün həmin məliklərə "erməni dövlətçiliyinin" davamı kimi baxmaları kökündən yanlışdır, daha 
doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra 
kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə 
bir-birilə  çəkişən  mahal  başçıları  səviyyəsindən  yuxarı  qalxa  bilməmişdilər.  Bundan  başqa,  yuxarıdakı 
cədvəldən  göründüyü  kimi  Xaçın  istisna  edilməklə  XVII  yüzildən  əvvəlki  dövrdə  onların  Qarabağda  kökü 
yoxdur. "Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər".
 
Məliklərin 
separatçı-mərkəzdənqaçma  fəaliyyəti  xanlıqda  və  bütün  ölkədə  gedən  mərkəzləşdirmə  işinə  mane  olurdu. 
Onların  yadelli  qüvvələrin  Qarabağa  hücumunun  həyata  keçirilməsində  iştirak  etmələri  Qarabağ  xanlığının 
müstəqilliyinə  ağır  zərbə  vururdu.  Buna  görə  də  məlikliklərin  separatçılıq  meyillərini  aradan  qaldırmaq  üçün 
görülən  tədbirlər  etnik  konflikt  olmayıb,  Qarabağ  xanlığının  müstəqilliyinə  yönəlmiş  qəsdlərə  qarşı  mübarizə 
idi.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə